Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla (səsvermə) bağlı ELAN


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla (səsvermə) bağlı ELAN

Vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın birgə yığıncağında (səsvermə) iştirak etmək istəyənlər 12.01.2021-ci il tarixindən 30.01.2021-ci il tarixinədək (iş günləri saat 10.00-dan 17.00-dək) Nazirlik yanında İctimai şuranın Seçki Komissiyasına müraciət edə bilərlər. (Sənədlər Nazirliyin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinə təqdim edilməlidir. Ünvan: ƏƏSMN-nin inzibati binası, S.Əsgərova küç. 85)

Birgə yığıncaqda (səsvermə) hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.

Səsvermədə iştirak üçün müraciətə (müraciətdə səsvermədə iştirak edəcək şəxsin əlaqə vasitələri, e-mail və digər zəruri məlumatları qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları aşağıdakı sənədləri əlavə etməlidir:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuraya seçkiylə bağlı birgə yığıncaq (səsvermə) 09.02.2021-ci il tarixində saat 10.00-dan – 15.00-dək Nazirlikdə (II mərtəbə, iclas zalı) keçiriləcək.

 
 




Tarix:11/1/2021     udpo.az saytı Geri