“Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.


                                      “Oriqami”  uşaq  və  yeniyetmələr ictimai   birliyi

 

 AZ1052,Bakı şəhəri, Ağa-Neymətulla küçəsi,                                                  PRESS -RELİZE

                  ev 47 a,mənzil  4.

 Əlaqə  telefonu   99 450 519 92 79

 Əlaqə  üçün şəxs  Namiq  Nəcəfov

e-mail  namik_origami@mail.ru

 

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə   “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi”   Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində  “Fərqli fərdlərin sosial adaptasiyası”   layihəsinin icrasını davam etdirir.

Layihənin  başlanma  tarixi 01.12. 2020-ci il, bitmə  tarixi  28 fevral 2021- ci il

 

       Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə  yardımı ilə “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 01 dekabr 2020-ci il tarixində  Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində  “Fərqli fərdlərin sosial adaptasiyası”   layihəsinin icrasına start vermişdir.

      Bakı şəhəri  Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan,  risk qrupuna daxil olan,  bir qrup xüsusi qayğıya ehtiyacı olan gənclər (ümumi say 48 nəfər, 3 ay ərzində, qlobal COVİD-19  pandemiyası ilə əlaqədar  karantin rejiminin tətbiq olunduğu bir  zamanda,  onlayn qaydada, layihə barədə məlumatlandırma  prosesinə cəlb olunmuşlar. Koronavirusun yaratdığı bu situasiyada, layihə iştirakçılarına, ictimaiyyətin nümayəndələrinə  layihə barədə donor  və  icraçı təşkilat göstərilməklə ətraflı məlumatlar  verilmişdir.

       “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsi çərçivəsində  hər bir iştirakçı üçün hədiyyə olaraq  çap məhsullari ,dəftərxana ləvazimatı və layihəni fərqləndirən atributlar hazırlanmışdır.

        Layihədə iştiraka yeniyetmə və gənclər,qızlar və oğlanlar cəlb olunmuşlar.

        Statistik məlumatlara əsasən ölkəmizdə  Qlobal COVID-19 pandemiyasının fəsadları tədricən azalır,ciddi karantiun rejimində yumşalmalar baş verir.  Layihənin  aktiv və maraqlı icrasını təmin etmək,gənclər üçün  sosial adaptasiyası istiqamətində səmərəsini daha da artırmaq məqsədi ilə 15,16,17,18,19  və 22  fevral 2021-ci il  tarixlərində  kiçik qrup (8) nəfər halında,   fərqli kontinqentlə fərdlərin sosial adaptasiyası problemlərinin müzakirələrini təşkil edəcəyik.Müzakirələrin  saat 10-00-da başlanması və 11-30-da bitməsi nəzərdə rurulur. Bütün iştirakçılara  çay süfrəsi təklif edilir.

        “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsi barədə mütəmadi olaraq ictimaiyyətin, KİV-in və sosial şəbəkələrin məlumatlandırılması,icra olunacaq hər bir tədbir zamanı foto-video çəkilişlərin aparılması nəzərdə tutulmuşdur.

        “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi “Fərqli fərdlərin sosial adaptasiyası”     layihəsinin Sabunçu rayonu ,Maştağa qəsəbəsind , çətin həyat şəraitində yaşayan gənclərin   ləyaqətli həyat hüquqlarının tanınması və qorunması istiqamətində əhəmiyyətinə  inanır və səylərini əsirgəmir.  

         Sizi, göstərilən hər hansı bir tarixdə , “Fərqli fərdlərin sosial adaptasiyası”  layihəsi çərçivəsidə  təşkil olunan tədbirə dəvət edirik.

         Tədbirlərin keçiriləcəyi ünvan.: Maştağa qəsəbəsi, Sabir küçəsi, ev 472.

 

 

                                                                                              Layihənin rəhbəri          Namiq  Nəcəfov

 

 

Əlil Təşkilatları İttifaqı

 
 




Tarix:12/2/2021     udpo.az saytı Geri