“Kənd yerlərində əlilliyi olan şəxslər üçün xidmətlərinin inkişaf etdirilməsi” layihəsi


Press Reliz

 

       Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Kənd yerlərində əlilliyi olan şəxslər üçün xidmətlərinin inkişaf etdirilməsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində Qusar, Şəki və Göyçay rayonlarının ucqar kəndlərində yaşayan əlilliyi olan şəxslərin ehtiyaclarının öyrənilməsi, təlimlərin keçirilməsi, xidmətlərə çatımını asanlaşdırılması və xidmətlərin göstərilməsidir. Qeyd etmək istəyirik ki, həmin kəndlər rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdir.

      Layihənin yerinə yetirilməsi Yerli İcra hakimiyyəti orqanları, bələdiyyə, icmalar, yerli QHT-lər və əlilliyi olan şəxslər ilə əməkdaşlıqla və birgə həyata keçirilir.

Göstərilən tələblərə uyğun olaraq qeyd olunan rayonların hər birində 10 ucqar kənd və bu kəndlərdə yaşayan əlilliyi olan şəxslər müəyyənləşdirilərək nəzərdə tutulan müvafiq fəaliyyətlər yerinə yetirilir. 

COVİD-19 pandemiyası ilə əlaqədar olaraq fəaliyyətlər Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahın təsdiq etdiyi qaydalara ciddi riayət olunmaq şərti ilə, o cümlədən sosial məsafənin gözlənilməsi, maskalardan istifadə, otağın dezinfeksiyası, hava şəraiti imkan verərsə tədbirlərin açıq havada keçirilməsi qaydalarına ciddi əməl olunmaqla yerinə yetirilir.

   

Əlil Təşkilatları İttifaqının (ƏTİ)

Mətbuat Xidməti

 
  




Tarix:2/2/2022     udpo.az saytı Geri