UNEC İnklüziv təhsil mərkəzi- "Qətlə aparan yol" kitabının təqdimatı


Bu gün UNEC-in məzunu Qiyabi və əlavə təhsil mərkəzinin məzunu Seyfullah Əliyevin detektiv janrda yazdığı “Qətlə aparan yol” kitabının təqdimatı olub.

UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn kitab təqdimatında Xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin üzvü Süleyman Abdulla, şair-yazıçı professor Zahid Xəlil iştirak ediblər. Həmçinin dəvətli qonaqlar içərisində Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, ADA Universitetinin Təhsil şöbəsinin mütəxəssisi, paraolimpiyaçı Zinyət Vəliyeva, tanınmış yazıçı Samir İmanov və Mərkəzlə davamlı əməkdaşlıq edən akademik heyət iştirak edib.

Tədbirin moderatoru İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova hörmətli qonaqları və bütün iştirakçıları salamlayaraq, gənc yazarın ilk əsərinin nəşrinə xüsusi diqqət və qayğı ilə yanaşan başda UNEC rektoru professor Ədalət Muradov olmaqla, kitabın rəyçiləri – ölkənin ədəbiyyat camiəsinin məşhur, sevilən simaları Çingiz Abdullayevə, Süleyman Abdullaya, Zahid Xəlilə, kitabın dizayneri Aydın Abdullazadəyə, eləcə də bütün əməyi keçənlərə dərin minnətdarlığını bildirib.

Gənc yazarı təbrik edən ölkənin tanınmış yazıçıları, detektiv janrının xüsusiyyətlərindən söz açıblar. Çıxış edənlər romanın süjet xəttinin detektiv janrına uyğunluğunu yüksək qiymətləndirərək, peşəkarlıqla qələmə alındığını bildiriblər və müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Kitabın müəllifi, gənc yazar Seyfullah Əliyev kitabın təqdimatı üçün yaratdığı şəraitə görə universitet rəhbərliyinə, eləcə də təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirib. “Qətlə aparan yol” romanının ərsəyə gəlməsi barədə məlumat verən müəllif, romanın riyaziyyat müəlliminin qətlindən və hadisənin detektiv tərəfindən araşdırlımasından bəhs etdiyini diqqətə çatdırıb.

Sonra kitabın imzalanma mərasimi keçirilib.

Qeyd edək ki, tədbir  universitetin 3 saylı tədris binasınındakı kitabxanada baş tutub.

 




Tarix:6/7/2022     udpo.az saytı Geri