KONFRANS: “Avropa Şurasının Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə iştirakının təşviq edilməsi üzrə “Fəaliyyət Planı”


   16 sentyabr 2011-ci il tarixdə Bakı şəhərində (Hyat Regency oteli) Avropa Şurasının Sosial Birlik üzrə Baş Direktorluğu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Avropa Şurasının Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə iştirakının təşviq edilməsi üzrə “Fəaliyyət Planı” nın (2006-2015-ci illər) həyata keçirilməsi” mövzusunda seminar təşkil etmişdir.
      Seminarın əsas məqsədi Avropa Şurasının “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə iştirakının təşviq edilməsi üzrə Fəaliyyət Planı” nın (2006-2015-ci illər) ümumi təqdimatı və bəzi fəaliyyət sahələri üzrə yerli və beynəlxalq təcrübənin müzakirəsindən ibarətdir. Seminarda Avropa Şurasının, aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə nazir Fizuli Ələkbərov açmışdır.





Tarix:16/9/2011     udpo.az saytı Geri