PRESS RELIZ 2


 

PRESS RELİZ

 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ)

Beynəlxalq əlilliyi olan insanlar günü və  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Turizm hamı üçün” layihəsinin yekunu ilə əlaqədar

“HAMI ÜÇÜN BƏRABƏR İMKANLAR”

mövzusunda Mətbuat konfransı təşkil edir.

 Tarix: 02 dekabr 2010-cu il saat 11-00

Yer: TREND Agentliyi

Ünvan:  Bakı ş, Firudin Ağayev küçəsi 14 (Metronun Elmlər Akademiyası stansiyası,

                                                                     Moskva Dövlət Universitetinin filialının yanı)

 Konfransda  “Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair Məlumat Kitabı”nın təqdimatı olacaqdır.

Məlumat verilməsi üçün müvafiq hökumət, QHT nümayəndələri iştirak edəcəkdir.

Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdən biri fiziki maneələrdir.  Aparılmış monitorinlər göstərir ki, bu sahədə vəziyyət qənaətbəxş deyildir. İnfrastruktur, təhsil və məşğulluq yerlərinin müyəssər olmaması bu insanların həyat və fəaliyyət şəraitinə mənfi təsir göstərir. 

Məlumat üçün bildiririk ki, Əlil Təşkilatları İttifaqı (ƏTİ) 18 oktyabr 2003-cü ildə ölkədə fəaliyyət göstərən bir sıra qeyri-hökumət əlil təşkilatları tərəfindən təsis olunmuş və 16 aprel 2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas məqsədi əlilliyi olan insanların təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onların maraq və mənafelərinin müdafiə etməkdən ibarətdir.  Hazırda ƏTİ-də bu qəbildən olan 24 əlil təşkilatı təmsil olunur.

Qeyd edək ki, Azərbaycanda hazırda 460 000-dən çox əlil vardır. Bu ümumi əhalinin 5%-i qədəridir.

 Əlaqə:  (012) 434 48 36 , Mobil (050) 371 03 02






Tarix:12/01/2010     udpo.az saytı Geri