SAMİRƏ SALMANOVA.


21 aprel 1981-ci ildə uşaq serebral iflic diaqnozu ilə anadan olmuşdur,
I qrup əlildir. Danışmaq, eşitmək, yerimək bacarıqları yoxdur, əllərinə
heç bir şey götürə bilmir. Onun yeganə ümidi ayaq
barmaqlarınadır. O, ayaq barmaqları ilə şəkil çəkir, kompüter işlədir,
televizorun pultunu idarə edir, hətta oturduğu əlil arabası ilə evdə təmizlik
işləri görür.
1997-ci ildən «Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda» (ƏBƏU)
cəmiyyətinin üzvüdür. Azərbaycanda və ölkəmizdən kənarda keçirilən
bir sıra sərgilərdə iştirak etmiş, diplomlara layiq görülmüşdür.
2002-ci ilin may ayında Moskvada “Beynəlxalq Filantrop
Fondu”nun keçirtdiyi sərgidə Fondun III mükafatına layiq görülmüşdür.
Samirə Respublikada keçirilən bir neçə sərginin iştirakçısı və qalibi olmuşdur.
2007 ci ildə Heydər Əliyev Fondu tərəfindən Beynəlxalq İxtiraçılar diplomuna və mükafatlna layiq
görülmüşdür.
Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyətinin üzvüdür.

 




Tarix:     udpo.az saytı Geri