ULDUZ SƏMƏDOVA.


2 oktyabr 1958-ci il tarixdə Kəlbəcər rayonunun Qamıçlı
kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Kəlbəcərdə
Mədəniyyət Şöbəsinə rəhbərlik etməyə başlamışdır. Üç
il sonra İncəsənət Kollecinin İncəsənət Şöbəsinə, 1983-cü ildə
isə Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olmuşdur. IV
kursda oxuyan vaxt ağır avtomobil qəzası nəticəsində əlil olmuşdur.
1993-cü il Dağlıq Qarabağ münaqişəsi zəminində ailəsi ilə
Kəlbəcərdən Bakı şəhərinə köçmüşdür. Burada o, Azərbaycan
Neft Akademiyasına qəbul olmuş və oranı fərqlənmə diplomu ilə
bitirmişdir. 1995-ci ildə o, xalça toxuculuğu ilə məşğul olmağa başlayır. Azərbaycanda və ölkəmizdən
kənarda keçirilən bir sıra sərgilərdə Ulduzun işləri bir çox mükafatlara laiq görülmüşdür. Üç dəfə Ümumrespublika sərgisinin diplomları ilə təltif olunmuşdur. I qrup əlildir.
2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən Beynəlxalq İxtiraçılar diplomuna və mükafatlna layiq
görülmüşdür.  Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU) cəmiyyətinin üzvüdür.
  




Tarix:     udpo.az saytı Geri