23 Aprel 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10. Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2002-ci il


 

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. "Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 29 aprel 2002-ci il

№ 74

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 29 aprel tarixli 74 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Psixoloji-tibbi-pedaqoji komissiya barədə

 

ƏSASNAMƏ

 

1. Ümumİ müddəalar

 

1.1. Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə yaradılır.

1.2. Psixoloji-tibbi-pedaqoji komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Təhsil Nazirliyinin əmr, qərar və sərəncamlarını, bu Əsasnaməni və digər normativ-hüquqi aktları rəhbər tutur.

 

2. Psİxolojİ-tİbbİ-pedaqojİ komİssİyanın təşkİlİ

 

2.1. Rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaları Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələri ilə razılaşdırılmaqla Təhsil Nazirliyinin yerli şöbələrinin (idarələrinin) əmri ilə, Respublika psixoloji-tibbi-pedaqoji komissiyası isə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla Təhsil Nazirliyinin əmri ilə yaradılır.[1]

2.2. Psixoloji-tibbi-pedaqoji komissiyanın tərkibi Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

2.3. Psixoloji-tibbi-pedaqoji komissiyanın fəaliyyətinə rəhbərlik və nəzarət müvafiq olaraq Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və onların yerli orqanları tərəfindən aparılır.

2.4. Komissiyanın səmərəli fəaliyyəti üçün Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdehlik daşıyırlar.

2.5. Psixoloji-tibbi-pedaqoji komissiya uşaqların hərtərəfli müayinəsi üçün əlverişli şəraiti olan xüsusi təhsil müəssisəsində fəaliyyət göstərir.

2.6. Psixoloji-tibbi-pedaqoji komissiya müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə daimi fəaliyyət göstərir. Zəruri halda əlavə olaraq səyyar komissiya keçirilə bilər. İş vaxtı 6 saat həcmində, iş rejimi saat 10-dan 16-dək müəyyənləşdirilir.

2.7. Komissiyanın iclasları vaxtaşırı keçirilir və protokollaşdırılır. Komissiyanın qərarı yekun rəy hesab olunur.

Komissiya üzvlərinin çoxu iştirak etdikdə, komissiyanın iclasları səlahiyyətli sayılır. Komissiyanın qərarları açıq səsvermə yolu ilə və səsvermədə iştirak edən komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir.

2.8. Respublika psixoloji-tibbi-pedaqoji komissiyası rayon (şəhər) psixoloji-tibbi-pedaqoji komissiyasının hesabatını dinləyir, fəaliyyətini qiymətləndirir.

2. 9. Psixoloji-tibbi-pedaqoji komissiya ilə sağlamlıq imkanları məhdud uşaqların valideynləri və ya digər qanuni nümayəndələri arasında yaranmış mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll olunur.

2.10. Psixoloji-tibbi pedaqoji komissiyada çalışan şəxslərin əsas iş yerindəki əmək haqlarına "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq 50 faiz əlavə edilir.

 

3. Psİxolojİ-tİbbİ-pedaqojİ komİssİyanın vəzİfələrİ

 

Psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifələri aşağıdakılardır:

3.1. uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək;

3.2. sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edilməsi barədə qərar qəbul etmək;

3.3. sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xüsusi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;

3.4. fərdi təlim planına dair tövsiyələr vermək;

3.5. sağlamlıq imkanları məhdud uşaqlar üçün təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək;

3.6. sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə məsləhətlər vermək;

3.7. sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilinin təşkili, onların və valideynlərinin və ya digər qanuni nümayəndələrinin hüquqları ilə bağlı məsələlərə dair pedaqoji, tibbi və sosial işçilərə tövsiyә və məsləhətlər vermək;

3.8. sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumat bankını təşkil etmək və məlumatları Təhsil Nazirliyinə və Səhiyyə Nazirliyinə təqdim etmək;

3. 9. xüsusi təhsil alma formalarını müəyyənləşdirmək;

3.10. şagirdlərin sinifdən-sinifə keçmə və buraxılış imtahanlarından azad edilməsi üçün qərar qəbul etmək;

3.11. fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanların pulsuz psixoloji-tibbi-pedaqoji korreksiyası aparılması üçün rəy vermək;

3.12. ciddi tərbiyəyə ehtiyacı olan, 11 yaşından 14 yaşına qədər sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil müəssisəsinə göndərilməsi üçün rəy vermək;

3.13. psixoloji-tibbi-pedaqoji komissiyanın üzvləri qərar qəbul etmək üçün rəyin məxfiliyini saxlamağa və aşkarlamamağa borcludurlar. Bu rəydəki məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada aşkarlana bilər;

3.14. xüsusi təhsil almaq hüquqi psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən verilən sənədlə təsdiq olunur;

3.15. psixoloji-tibbi pedaqoji komissiya verdiyi sənəddə məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır;

3.16. psixi inkişafın ağır ləngiməsi, debillik və imbesillik arasındakı yaxınlıq vəziyyəti hallarında əqli geriliyin dərəcəsinin dəqiq diaqnozu yalnız təlim-tərbiyə prosesində təyin oluna bilərsə, diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə uşaq bir ildən artıq olmayaraq xüsusi təhsil məktəbinə göndərilir. Bu müddət qurtardıqdan sonra uşağın təhsilini davam etdirməli olduğu təhsil müəssisəsinin tipini müəyyən etmək üçün o, təkrar olaraq psixoloji tibbi-pedaqoji komissiyaya göndərilir;

3.17. psixoloji-tibbi-pedaqoji komissiya qeydiyyat jurnalı aparır. Həmin jurnalda uşağın soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşadığı ünvan, həkimin diaqnozu və uşağın hansı tipli müəssisəyə göndərilməsi qeyd olunur.

 

4. Psİxolojİ-tİbbİ-pedaqojİ komİssİyada müayİnə

 

4.1. Müayinə ediləcək hər bir uşaq üçün aşağıdakı sənədlər tələb olunur:

sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin ərizəsi;

doğum haqqında şəhadətnamə;

baş həkim tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış, yaxud xəstəlik tarixçəsindən çıxarış (1-ci siniflərə qəbul zaman və münaqişəli məsələlər olduqda uşağın dəyişmə vərəqəsi tələb olunur);

pedaqoji xasiyyətnamə (nə vaxtdan bu məktəbdə oxuyur, bilik səviyyəsi, oxumağa həvəsi, qavrama qabiliyyəti və s.);

qiymət cədvəli;

yaşayış yerindən arayış.

4.2. Hər bir uşağın müayinəsi üçün 10-20 dəqiqə vaxt ayrılmalıdır.

4.3. Baş həkim tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış və qiymət cədvəlinin surəti psixoloji-tibbi-pedaqoji komissiyada saxlanılır.

4.4. Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə pulsuzdur.

4.5. Müayinə valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə səhiyyə, sosial müdafiə müəssisələrinin və yerli icra hakimiyyəti orqanlarının təşəbbüsü ilə aparılır.

4.6. Valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə yaşayış yeri məlum olmayan, sağlamlıq imkanı məhdud uşaqlar nizamnamələrinə əsasən uşaqların hüquqlarının müdafiə edən ictimai birliklərin təşəbbüsü ilə psixoloji-tibbi-pedaqoji komissiyada müayinədən keçirilirlər.

4.7. Valideynlər və ya digər qanuni nümayəndələr razılıq vermədikdə, psixoloji-tibbi pedaqoji komissiyada müayinə məhkəmənin qərarı ilə aparılır. Uşaqların müayinəsi zamanı valideynlərin (yaxud digər qanuni nümayəndələrin) iştirakı zəruridir.

4.8. Müayinədən keçirilmiş uşağa təlim-tərbiyə aldığı (alacağı) və yaxud müalicə olunacağı müəssisəyə göndəriş komissiyanın qərarına əsasən verilir.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə təsdiq edilmiş "Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə"nin 2.1-ci bəndində "yerli şöbələri (idarələri)" sözləri "yerli bölmələri" sözləri ilə əvəz edilmişdir.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1849 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 20/4/2019- Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

» 18/4/2019- 17 Aprel Dünya Hemofiliya gününə həsr edilmiş dövlət nümayəndələri ilə konfrans keçirildi.

» 18/4/2019- Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir

» 15/4/2019- “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 12/4/2019- Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası. 04 2019

» 9/4/2019- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İctimai Şuranın üzvləri ilə görüşüb

» 6/4/2019- 1-ci “Fərqli Fərdlər” konqresi keçirildi

» 5/4/2019- QHT Gürcüstanlı həmkarrı ilə memorandum imzalayıb

» 4/4/2019- Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

» 3/4/2019- Ədliyyə Nazirliyi QHT-lər üçün yeni xidmət mərkəzini təqdim etdi

» 3/4/2019- Əlilliyi olan şəxslərə qulluq edənlərə təqaüdün təyini üçün hansı sənədlər tələb olunacaq?

» 2/4/2019- 2 Aprel - Dünya Autizmi Məlumatlandırma Günüdür.

» 1/4/2019- “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

» 1/4/2019- Azərbaycanın Boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb

» 24/3/2019- İdmançılarımıza uğurlar arzulayırıq!

» 14/3/2019- “Müyəssər Metro”

» 14/3/2019- "Xeyirə vəsilə" adlı IV Satış sərgisi

» 13/3/2019- DİM - təlimçilər üçün təlim keçirilmişdir

» 9/3/2019- Əlil Təşkilatları İttifaqı üzvlərinin müraciəti Prezidentin rəsmi internet saytına qoyulmuşdur.

» 9/3/2019- Əlil Təşkilatlar İttifaqınnda 8 mart bayramı qeyd olunmuşdur.