18 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
9. İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2006-ci il


İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli 4 nömrəli Fərmanının 4-cü bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları” təsdiq edilsin (əlavə olunur).

2. Nümunəvi ştatların tətbiqi ilə əlaqədar tələb olunan xərclər cari ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli xərclərinin “Təhsil” bölməsində həmin məqsəd üçün nəzərdə tutulmuş müvafiq xərc yarımmaddələri hesabına təmin edilsin.

3. “Azərbaycan Respublikası Xalq Təhsil Nazirliyi internat məktəblərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 21 avqust tarixli 274 nömrəli qərarı (4-cü bəndi istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 23 iyun 2006-cı il

                 № 157

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                         Azərbaycan Respublikası Nazirlər Kabinetinin

                                                                                                              2006-cı il 23 iyun tarixli 157 nömrəli qərarı ilə

                                                                                                                                   TƏSDİQ EDİLMİŞDİR

 

İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin

 

NÜMUNƏVİ ŞTATLARI

 

Sıra №-si

Vəzifələrin adı

     Sinif komplektlərinin miqdarından asılı olaraq

ştat vahidlərinin sayı

8-11 sinif

12-15 sinif

16-22 sinif

23 və daha çox

1

2

3

4

5

6

1.

Direktor

1

1

1

1

2.

Direktorun tədris işləri üzrə müavini

1

1

1

1

3.

Direktorun tərbiyə işləri üzrə müavini

1

1

1

1

4.

Direktorun profil üzrə müavini

1

1

1

1

5.

Direktorun təsərrüfat işləri üzrə müavini

1

1

1

1

6.

Uşaqbirliyi təşkilatının rəhbəri

1

1

1

1

7.

Laborant

1

1

1,5

2

8.

Böyük kitabxanaçı

1

1

1

1

9.

Psixoloq

1

1

1

1

10.

Həkim

1

1

1

1

11.

Tibb bacısı

1

1

2

2

12.

Baş mühasib

1

1

1

1

13.

Mühasib-kassir (xəzinədar)

1

1

1

1

14.

Kompüter üzrə operator

1

1

1

1

15.

Katibə-makinaçı

1

1

1

1

16.

Baş aşpaz

1

1

1

1

17.

Aşpaz

2

3

4

5

18.

Mətbəx fəhləsi

2

3

4

5

19.

Anbardar

1

1

1

1

20.

Dəyişək xidmətçisi

1

1

2

2

21.

Çəkməçi

1

1

1

1

22.

Dərzi

1

1

1

1

23.

Paltaryuyan-maşinist

3

4

5

6

24.

Binalara, avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə fəhlə

1

1

3

3

25.

Dəllək

0,5

0,5

0,5

0,5

 

Qeydlər.

1. Tərbiyəçilərin əvəz olunması, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü və məzuniyyət dövrü də daxil olmaqla, internat məktəblərində tərbiyəçi ştatının sayı aşağıdakı kimi müəyyən olunur:[1]

I-IX siniflər üzrə internatda, internat tipli liseydə və gimnaziyada yaşayıb tərbiyə olunan kontingentdən ibarət qrupa 2 vahid, tərbiyə olunan, lakin internatda qalmayan kontingentdən ibarət hər qrupa isə 1 vahid;

X-XI siniflər üzrə tərbiyə olunanların hər qrupuna 1 vahid.

2. Nümunəvi ştatda göstərilən laborant vəzifəsi avadanlıqla təchiz edilmiş fizika və kimya kabinetləri olduqda tətbiq edilir.

3. İki dildə dərs keçirilən internat məktəblərində, internat tipli liseylərdə və gimnaziyalarda əlavə bir vahid direktorun tədris işləri üzrə müavini vəzifəsi müəyyən edilir.

4. Sanatoriya tipli internat məktəblərində tərbiyə olunan hər 100 uşağa bir vahid həkim və iki vahid tibb bacısı ştatı müəyyən edilir.

5. Xadimə ştatı süpürülən hər 500 kv.m sahəyə bir vahid hesabı ilə müəyyən edilir. Bundan başqa, I-IV siniflərdə tərbiyə olunanların hər qrupuna 0,25 vahid xadimə ştatı müəyyən edilir.

6. Çəkməçi vəzifəsi emalatxanaya təmir üçün ayaqqabı verilmədikdə ştat saxlanılır.

7. İnternat məktəbi, internat tipli liseylər və gimnaziyalar tərəfindən dəyişəklər yuyulmaq üçün camaşırxanaya verilmədikdə, ştat cədvəlinə paltaryuyan vəzifəsi daxil edilir.

8. İnternat məktəblərində, internat tipli liseylərdə və gimnaziyalarda hər yataq korpusuna 2 vahid gecə dayəsi ştatı müəyyən edilir. 150 nəfərlikdən artıq yataqxanası olan internat məktəblərində tərbiyə olunan hər 150 uşağa 2 vahid gecə dayəsi vəzifəsi müəyyən edilir.

9. Ocaqçı və binaların, qurğuların, avadanlığın cari təmiri və onlara xidmət üzrə fəhlə vəzifələri mənzil-kommunal sisteminə verilməyən internat məktəblərində aşağıdakı kimi müəyyən edilir:

- mərkəzi istilik sistemi olduqda, hər qazanxanada növbədə bir ocaqçı vəzifəsi;

- bərk yanacaqla (torfla, daş kömürlə) qızdırılan qazanxananın sahəsi 75 kv. metrdən çox olduqda, növbədə 2 ocaqçı vəzifəsi;

- qazla qızdırıldıqda. növbədə bir, təhlükəsizliyin avtomat tənzimləyicisi olmayan qazanxanalarda isə növbədə 2 ocaqçı vəzifəsi;

- mərkəzləşdirilmiş istilik sistemindən qızdırılan internat məktəblərində istilik məntəqəsi və ya əlavə elevator olduqda binaların, qurğuların, avadanlığın cari təmiri və onlara xidmət üzrə bir fəhlə vəzifəsi və boyler və nasos olduqda isə növbədə bir fəhlə vəzifəsi;

- soba ilə qızdırılan internat məktəblərində hər 5 sobaya 0,5 vahid hesabı ilə sobayandıran vəzifəsi;

bu bənddə nəzərdə tutulmuş ocaqçı, sobayandıran, bina, qurğuların və avadanlığın cari təmiri və onlara xidmət üzrə fəhlə vəzifələri binanı qızdırma mövsümü üçün nəzərdə tutulur.

Göstərilən vəzifələrin ümumi sayından bir vəzifə (sobayandıran vəzifəsi 0,5 vahid) illik müəyyən edilir.

10. Yük avtomaşını və ya avtobusu olan internat məktəblərinə, internat tipli liseylərə və gimnaziyalara bir vahid sürücü ştatı daxil edilir.

11. İnternat məktəbinin, internat tipli liseyin və gimnaziyaların binasının qorunması mühafizə dəstəsi tərəfindən həyata keçirilmədiyi halda, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü də daxil olmaqla, ştat cədvəlinə 2 vahid gözətçi vəzifəsi daxil edilir.[2]

12. Dərnək rəhbəri vəzifəsi aşağıdakı kimi müəyyənləşdirilir:

sinif komplektlərinin sayı 5-dən 10-dək olduqda - 0,5 müəllim stavkası;

sinif komplektlərinin sayı 10-dan 20-dək olduqda - 1 müəllim stavkası;

sinif komplektlərinin sayı 20 və daha çox olduqda - 1,5 müəllim stavkası.

13. İncəsənət təmayüllü internat məktəblərində, internat tipli liseylərdə və gimnaziyalarda musiqi alətlərinin sazlayıcısı ştatı daxil edilir.

14. İnternat məktəbində, internat tipli liseylərdə və gimnaziyalarda dalandar vəzifəsi hər 1 hektar həyətyanı sahəyə 1 vahid müəyyən edilir.

15. Bağ və bostan da daxil olmaqla, 1,5 hektardan çox tədris-təcrübə və yardımçı təsərrüfat sahəsi, habelə bəzək ağacı əkilmiş yaşıl meydançası olan internat məktəblərinin ştat cədvəlində dalandar vəzifəsi ləğv edilərək, bağban vəzifəsi müəyyən edilə bilər.

16. Orta internat məktəblərində, internat tipli liseylərdə və gimnaziyalarda sinifkomplektlərinin sayından asılı olmayaraq, hərbi rəhbər vəzifəsi müəyyən edilir.

17. Cədvəldə göstərilən ştat vahidlərinin sayı siniflərdə tərbiyə olunanların sayının I-IX siniflər üzrə 20 nəfərədək, X-XI siniflər üzrə isə 15 nəfərədək olması ilə müəyyən edilir.

18. İnternat məktəblərində, internat tipli liseylərdə və gimnaziyalarda ştat vahidlərinin sayı bu nümunəvi ştata uyğun olaraq, ildə bir dəfə - sentyabr ayında müəyyən edilir.

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı           Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)
  2. 19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə "İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisköməkçi və xidmətedici heyətinin nümunəvi ştatları"nın Qeydlər hissəsinin 1-ci bəndində "bayram" sözü "iş günü hesab edilməyən bayram" sözləri ilə əvəz edilmişdir.

 

19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857) ilə təsdiq edilmiş "İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları"nın "Qeydlər:" hissəsinin 1-ci bəndində "istirahət, iş günü hesab edilməyən bayram günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilmişdir.

 

[2] 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə "İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisköməkçi və xidmətedici heyətinin nümunəvi ştatları"nın Qeydlər hissəsinin 11-ci bəndində "bayram" sözü "iş günü hesab edilməyən bayram" sözləri ilə əvəz edilmişdir.

 

            19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857) ilə 11-ci bəndində "istirahət və iş günü hesab edilməyən bayram günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilmişdir.

  

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2429 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"