27 Yanvar 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
8. İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2002-ci il


İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə) Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1."İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
 

Bakı şəhəri, 29 may 2002-ci il
№ 87

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 29 may tarixli, 87 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili
QAYDALARI

 

1. İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq inteqrasiya təlimli təhsil müəssisələrində şagirdlərin icbari və peşə (ixtisas) təhsili ilə əlaqədar məsələləri tənzimləyir.

2. Təhsil müəssisəsində psixoloji - pedaqoji və tibbi göstəricilərə (əks göstəricilərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisədə sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil təşkil edilir.

3. Azərbaycan Respublikasında inteqrasiyalı təlimin inkişafı dövlət tərəfindən təmin edilir.

4. İnteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir.

5. Təhsil müəssisəsinin rəhbərliyi sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidməti təşkil edir.

6. İnteqrasiya təlimli təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox ola bilməz.

7. Kar, kor, görmə qabiliyyəti 40 faizdən az olan uşaqların təhsili sağlam uşaqlarla birlikdə təşkil edilə bilməz.

8. İnteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərdə fiziki və ya psixi çatışmazlıqlarına görə təlim və ya peşə təhsili yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstərici yoxdursa, onların qəbuluna etiraz edə bilməz.

9. İnteqrasiya təlimli təhsil müəssisələrində tədris proqramlarını uğurla mənimsəyən şəxslər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə adekvat təhsil müəssisələrinə köçürülə bilərlər.

10. Xüsusi təhsil siniflərində şagirdlərin orta sıxlığı 8 - 10 nəfər miqdarında müəyyən edilir. 8 nəfərdən az şagirdi olan xüsusi təhsil sinifləri komplektləşdirilir. Komplektləşdirilmiş siniflərdə şagirdlərin maksimum sayı 14 nəfər götürülür.

11. Loqopedik xidmət loqoped müəllim tərəfindən həyata keçirilir.

12. Sağlamlıq imkanları məhdud şəxslərin birtipli xüsusi təhsil müəssisələrindən başqa tipli xüsusi təhsil müəssisələrinə, inteqrasiya təlimli təhsil müəssisələrinə köçürülməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə və yetkinlik yaşına çatmayanların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığına əsasən həyata keçirilir.

13. Sağlamlıq imkanları məhdud şəxslərin inteqrasiya təlimli təhsil müəssisələrinə qəbulu qanunvericiliklə müəyyən edilmiş qaydada psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.

14. İnteqrasiya təlimli təhsil müəssisələrinin maddi-texniki bazasına binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibbi, korreksiya və reabilitasiya kabinetləri, idman qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Maddi-texniki baza müvafiq olaraq dövlət, bələdiyyələr və digər təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır.

15. Xüsusi təhsil siniflərində dərslik, dərs vəsaitləri və elmi-metodik vəsaitlərin hazırlanması Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

16. Xüsusi təhsil almaq hüququ olan sağlamlıq imkanları məhdud şəxslər dərslik, dərs vəsaitləri, fərdi texniki vasitələrlə rayon (şəhər) təhsil şöbələri (idarələri), bələdiyyələr və digər təsisçi (təsisçilər) tərəfindən təmin olunurlar.

17. Xüsusi təhsil siniflərində pedaqoji və tibbi fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılır.

18. Xüsusi təhsil üçün kadrların hazırlanması orta və ali peşə-ixtisas təhsili müəssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidən hazırlanması müəyyən edilmiş qaydalarla həyata keçirilir.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2333 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 24/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüşdü

» 21/1/2020- Göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?

» 19/1/2020- TARİXMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

» 18/1/2020- Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

» 17/1/2020- 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

» 16/1/2020- "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

» 16/1/2020- Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

» 15/1/2020- Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

» 15/1/2020- #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.

» 14/1/2020- BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub

» 13/1/2020- Qeyri-formal məşğulluğa qarşı mübarizə kampaniyasına xalq artisti Tünzalə Ağayeva da qoşuldu.

» 11/1/2020- Ötən il nazirlik əlilliyi olan şəxsləri 38 mindən çox reabilitasiya vasitəsi ilə təmin edib

» 10/1/2020- ADA Universitetində Azərbaycan Milli Avtomobil Klubunun təşkilatçılığı ilə "Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr" mövzusunda dəyirmi masa keçirilib.

» 9/1/2020- Internet informasiya ehtiyatları əlilliyi olan şəxslər üçün müyəssər olacaq.

» 9/1/2020- Hansı sosial təminat növləri vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin olunur?

» 8/1/2020- Pensiya və müavinat arasında uyğunsuzluq aradan qaldırılıb

» 31/12/2019- 2020

» 30/12/2019- ​Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatında yüksək vəzifəyə təyin olunub

» 28/12/2019- Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib.

» 27/12/2019- Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib.