24 Aprel 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4. Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2002-ci il


Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Reabilitasiya mərkəzləri haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
 

Bakı şəhəri, 29 may 2002-ci il
№ 85

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 29 may tarixli, 85 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Reabilitasiya mərkəzləri haqqında
ƏSASNAMƏ

1. Ümumİ müddəalar

1.1. Bu Əsasnamə mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi məqsədilə yaradılan və sağlamlıq imkanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdə ixtisaslaşmış müxtəlif profilli reabilitasiya mərkəzlərinin fəaliyyətini tənzim edir.

1.2. Reabilitasiya mərkəzləri öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və sərəncamlarını, digər normativ-hüquqi aktları, həmçinin bu Əsasnaməni rəhbər tutur.

1.3. Reabilitasiya mərkəzləri hüquqi şəxsdir, onun müvafiq xəzinə hesabı, möhürü, ştampı və digər rekvizitləri vardır.

1.4. Reabilitasiya mərkəzləri sanitar-gigiyenik, yanğından mühafizə, təhlükəsizlik texnikası və bütün kommunal şəraiti olan binalarda yerləşdirilməlidir. Reabilitasiya mərkəzi mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin sayı 100 nəfərdən az olmamaqla komplektləşdirilir.

1.5. Reabilitasiya mərkəzləri bilavasitə yerli təhsil şöbələrinin (idarələrinin) tabeliyində fəaliyyət göstərir və həmin təşkilatlar tərəfindən maliyyələşdirilir.

1.6. Reabilitasiya mərkəzləri Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin yerli orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

2. Reabİlİtasİya mərkəzlərİnİn vəzİfələrİ və funksİyaları

Reabilitasiya mərkəzləri:

2.1. sağlamlıq imkanları məhdud karlar və zəif, eşidənlər, korlar və zəif görənlər, ağır nitq qüsurları olanlar, dayaq-hərəkət aparatının funksiyaları pozulanlar, əqli cəhətdən geri qalanlar (debillər, imbisillər), emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar, psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər, mürəkkəb çatışmazlıqları olanların hər biri ilə müvafiq profilə uyğun reabilitasiya işi aparır;

2.2. Əməkdaşları Təhsil, Səhiyyə nazirliklərinin yerli orqanları ilə birgə ərazidəki məktəbəqədər uşaq tərbiyə müəssisələrində və ümumtəhsil məktəblərində vaxtaşırı olaraq sağlamlıq imkanları məhdud şəxsləri müəyyənləşdirir, onların dəqiq uçotunu aparır;

2.3. sağlamlıq imkanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırır, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələlər keçirir, sağlamlıq imkanları məhdud şəxslərin sosial statusunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin edir;

2.4. sağlamlıq imkanları məhdud şəxslərin təhsil, tibbi, sosial və peşə reabilitasiyası ilə bağlı fiziki və hüquqi şəxslərə metodiki məsləhətlər verir;

2.5. sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiya potensialını müəyyən edir;

2.6. əqli və ya fiziki inkişafında qüsurları olan şəxslərin dərinləşmiş müayinədən keçirilməsi üçün elmi-tədqiqat mərkəzlərinə və müalicə-profilaktika müəssisələrinə göndərilməsini təşkil edir.

3. Reabİlİtasİya mərkəzlərİndə məşğələlərİn təşkİlİ qaydaları

3.1. Reabilitasiya mərkəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən, hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən çox olmayaraq təşkil edilir.

3.2. Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş fərdi və qrup reabilitasiya proqramlarına əsasən sağlamlıq imkanları məhdud şəxslərin sosial və peşə reabilitasiyası həyata keçirilir.

3.3. Reabilitasiya mərkəzlərində məşğələlərin uçotu xüsusi jurnallarda aparılır. Bu jurnalda məşğələni aparan müəllim reabilitasiya mərkəzlərinə daxil olmuş sağlamlıq imkanları məhdud şəxslər haqqında məlumatları qeyd edir: soyadı, adı, atasının adı, doğulduğu il, reabilitasiya mərkəzlərinə daxil olduğu tarix, məşğələlərin profili, başlanması, qurtarması və aparılan saatların miqdarı.

3.4. Sağlamlıq imkanları məhdud şəxslərlə keçilmiş mövzular həmin jurnalda qeyd edilir.

4. Reabİlİtasİya mərkəzlərİnİn İdarə olunması

4.1. Reabilitasiya mərkəzləri Azərbaycan Respublikasının qanunvericiliyinə və reabilitasiya mərkəzinin nizamnaməsinə uyğun olaraq idarə olunur.

4.2. Reabilitasiya mərkəzlərinə direktor rəhbərlik edir. Direktor Təhsil Nazirliyi tərəfindən təyin və azad edilir.

4.3. Reabilitasiya mərkəzlərinin direktoru ali ixtisas təhsilinə və reabilitasiya sahəsində 5 ildən az olmayan iş stajına malik olmalıdır.

4.4. Reabilitasiya mərkəzlərinin direktoru:

reabilitasiya mərkəzlərinin işini təşkil edir və onun fəaliyyəti üçün məsuliyyət daşıyır;

öz səlahiyyətləri daxilində reabilitasiya mərkəzi üzrə əmrlər verir, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçiləri işə qəbul və azad edir;

reabilitasiya mərkəzlərinin fəaliyyət istiqamətini, ştat cədvəlini və strukturunu tabeliyində olduğu təhsil şöbəsi (idarəsi) ilə razılaşdıraraq təsdiq edir;

reabilitasiya mərkəzlərinə təşkilati və metodiki rəhbərlik Təhsil Nazirliyi tərəfindən aparılır.

5. Reabİlİtasİya mərkəzlərİnİn strukturu

5.1. Fəaliyyət istiqamətindən asılı olaraq reabilitasiya mərkəzinin strukturuna aşağıdakı kabinetlər daxildir:

müstəqil həyat fəaliyyətinin qiymətləndirilməsi kabineti;

uyğunlaşma tədrisi kabinetləri;

texniki hərəkət vasitələri kabineti;

tiflotexnika, surdotexnika kabineti:

loqopedik xidmət kabineti;

sosial mühit diaqnostikası və sosial-psixoloji testləşdirmə kabineti;

ailə problemləri kabineti;

sosial mühit oriyentasiyası tədrisi və müstəqil yaşamaq vərdişlərinin öyrədilməsi kabineti;

peşəyönümü kabineti;

tədris-istehsalat və reabilitasiya vasitələrinin hazırlanması emalatxanaları;

idman və fiziki tərbiyə kabinetləri;

müalicəvi fiziki tərbiyə kabineti;

fiziki üsullarla reabilitasiya kabinetləri;

statistika kabineti;

kitabxana.

6. Reabİlİtasİya mərkəzlərİnİn kadrlarla

təmİn olunması və əməyİn ödənİlməsİ

6.1. Reabilitasiya mərkəzlərinin ştatı fərdi qaydada Təhsil Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırmaqla konkret şəraitə, işin həcminə və ayrılmış maliyyə vəsaitlərinə uyğun olaraq müəyyən edilir.

6.2. Reabilitasiya mərkəzlərində əməyin ödənilməsi forması qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilir.

7. Reabİlİtasİya mərkəzlərİndə əmək münasİbətlərİ

7.1. Reabilitasiya mərkəzlərində işçilərlə işəgötürən arasındakı münasibətlər əmək müqavilələri əsasında tənzimlənir. Əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanılır. İşçinin işdən azad edilməsi Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

8. Reabİlİtasİya mərkəzlərİndə İşə qəbul edİlən mütəxəssİslər

8.1. Reabilitasiya mərkəzlərində işə aşağıdakı mütəxəssislər qəbul edilirlər:

psixoloqlar;

defektoloqlar (loqoped, oliqofrenpedaqoq, surdopedaqoq, tiflopedaqoq və b.);

həkimlər (psixiator, nevropatoloq, otolorinqoloq və b.);

müəllim-tərbiyəçilər (fərdi və qrup təlim proqramlarını tədris edənlər); - laborantlar;

kitabxanaçı;

texniki xidmət heyəti.

8.2. Reabilitasiya mərkəzlərinə zəruri hallarda məsləhət vermək üçün digər mütəxəssislər əmək haqqı saathesabı qaydasında ödənilmək şərtilə cəlb oluna bilərlər.

9. Reabİlİtasİya mərkəzlərİnə qəbul qaydaları

9.1. Reabilitasiya mərkəzlərinə göndərilən uşaq və yeniyetmələr üçün aşağıdakı sənədlər tələb olunur:

doğum haqqında şəhadətnamə;

xəstəlik tarixindən çıxarış;

məktəbəqədər tərbiyə müəssisələrinə cəlb olunan uşaqlar barədə sağlamlıq göstəricilərini əks etdirən həkim arayışı;

ümumtəhsil məktəbində təhsil alanların təlim göstəricilərini əhatə edən arayış, xüsusi xasiyyətnamə.

9.2. Əqli və fiziki inkişafında qüsuru olan şəxslərin reabilitasiya mərkəzinə göndərilməsi, tibbi-sosial ekspert, psixoloji-tibbi-pedaqoji komissiyalar və ya müalicə-profilaktika idarələri tərəfindən həyata keçirilir.

10. Reabİlİtasİya olunan sağlamlıq İmkanları məhdud şəxslərİn hüquq və vəzİfələrİ

10.1. Yetkinlik yaşına çatmamış sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiya mərkəzində reabilitasiya olunmaları onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında aparılır.

10.2. Reabilitasiya mərkəzlərində reabilitasiya keçənlərin hüquq və vəzifələri müəssisənin daxili intizam qaydaları və nizamnaməsi ilə müəyyən edilir.

10.3. Sağlamlıq imkanları məhdud şəxslər, onların valideynləri və ya digər qanuni nümayəndələri reabilitasiya mərkəzində reabilitasiya olunmağa razılıq verdikdə, öz imkanları daxilində reabilitasiyanın hazırlanması təşkil edilməsi və keçirilməsi üçün lazım olan düzgün və tam məlumat verməyə, eləcə də proqramda nəzərdə tutulan reabilitasiya rejiminin riayət etməyə borcludur.

11. Reabİlİtasİya mərkəzlərİnİn ləğv edİlməsİ

Reabilitasiya mərkəzləri qanunvericilikdə müəyyən edilmiş qaydada ləğv edilir.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2065 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 20/4/2019- Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

» 18/4/2019- 17 Aprel Dünya Hemofiliya gününə həsr edilmiş dövlət nümayəndələri ilə konfrans keçirildi.

» 18/4/2019- Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir

» 15/4/2019- “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 12/4/2019- Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası. 04 2019

» 9/4/2019- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İctimai Şuranın üzvləri ilə görüşüb

» 6/4/2019- 1-ci “Fərqli Fərdlər” konqresi keçirildi

» 5/4/2019- QHT Gürcüstanlı həmkarrı ilə memorandum imzalayıb

» 4/4/2019- Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

» 3/4/2019- Ədliyyə Nazirliyi QHT-lər üçün yeni xidmət mərkəzini təqdim etdi

» 3/4/2019- Əlilliyi olan şəxslərə qulluq edənlərə təqaüdün təyini üçün hansı sənədlər tələb olunacaq?

» 2/4/2019- 2 Aprel - Dünya Autizmi Məlumatlandırma Günüdür.

» 1/4/2019- “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

» 1/4/2019- Azərbaycanın Boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb

» 24/3/2019- İdmançılarımıza uğurlar arzulayırıq!

» 14/3/2019- “Müyəssər Metro”

» 14/3/2019- "Xeyirə vəsilə" adlı IV Satış sərgisi

» 13/3/2019- DİM - təlimçilər üçün təlim keçirilmişdir

» 9/3/2019- Əlil Təşkilatları İttifaqı üzvlərinin müraciəti Prezidentin rəsmi internet saytına qoyulmuşdur.

» 9/3/2019- Əlil Təşkilatlar İttifaqınnda 8 mart bayramı qeyd olunmuşdur.