23 Aprel 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3. Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2004-ci il


Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
  2. "Əqli və ya fiziki inkişafı qüsurlu olan uşaqlar üçün xüsusi təyinatlı dövlət məktəbəqədər tərbiyə müəssisələrinin Əsasnaməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 199 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
  3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

      Bakı şəhəri, 4 mart 2004-cü il

                           № 24

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 4 mart tarixli 24 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər

 xüsusi təhsil müəssisələri haqqında

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

  1. Bu Əsasnamə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununa və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanına uyğun olaraq hazırlanmış və xüsusi təhsilin məktəbəqədər xüsusi təhsil müəssisələrində, onların qruplarında, xüsusi şərait yaradılan ümumi təyinatlı məktəbəqədər təhsil müəssisələrinin xüsusi təhsil qruplarında Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş formalarda həyata keçirilməsini tənzimləyir.
  2. Məktəbəqədər xüsusi təhsil müəssisələrində xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin hərtərəfli inkişafını və tərbiyəsini, məktəbə hazırlığım, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların cəmiyyətə uyğunlaşdırılmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, sağlamlığının bərpasına şərait yaratmağı təmin etməkdən ibarətdir.
  3. Məktəbəqədər xüsusi təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
  4. Məktəbəqədər xüsusi təhsil müəssisələri öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, "Təhsil haqqında" və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarım, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, bu Əsasnaməni, öz Nizamnaməsini və digər müvafiq normativ aktları rəhbər tutur.
  5. Dövlət məktəbəqədər xüsusi təhsil müəssisələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin və yerli təhsil şöbələrinin tabeliyində fəaliyyət göstərir.
  6. Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təlim-tərbiyə aldıqları məktəbəqədər xüsusi təhsil müəssisələrində tam dövlət təminatındadırlar:

karlar və zəifeşidənlər;

korlar və zəifgörənlər;

ağır nitq qüsurları olanlar;

dayaq-hərəkət aparatının funksiyaları pozulanlar;

əqli cəhətdən geri qalanlar (debillər, imbisillər);

emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar;

psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər;

mürəkkəb çatışmazlıqları (fiziki çatışmazlığı, əqli və psixi ləngimələri) olanlar.

  1. Məktəbəqədər xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşağıda göstərilən uşaqlar üçün yaradıla bilər:

nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonematik ləngliyi, kəkələmə və ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar;

eşitmə pozulmaları olanlar (karlar, zəifeşidənlər və sonradan karlaşanlar);

görmə pozulmaları olanlar (korlar, zəifgörənlər, çəpgözlər və s.);

əqli (psixi) pozuntuları (əqli cəhətdən gerilik, psixi inkişaf ləngliyi, ağır əqli geriliyi) olanlar;

dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olanlar;

ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar;

emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;

xroniki somatik xəstəlikləri olanlar.

  1. Məktəbəqədər xüsusi təhsil müəssisələrində xüsusi təyinatlı qruplarda uşaqların sayı aşağıdakı qaydada müəyyənləşdirilir:

 

 

3 yaşa qədər

3-7 yaşa qədər

kor uşaqlar

6

6

zəifgörən, çəpgöz və ambliopiyalı uşaqlar

6

6

kar uşaqlar

6

6

zəifeşidən uşaqlar

6

8

nitqi ümumən inkişaf etməyən uşaqlar

6

10

kəkələyən uşaqlar

8

10

nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar

-

12

əqli cəhətdən qüsurlu uşaqlar

6

6

dayaq-hərəkət orqanları qüsurlu uşaqlar

6

6

mürəkkəb çatışmazlıqları olanlar

_

6

 

 

 

  1. Məktəbəqədər xüsusi təhsil müəssisələrində uşaqlar sağlamlıq imkanlarının məhdudluğuna və yaş səviyyəsinə uyğun qruplara qəbul olunurlar.
  2. Görmə qabiliyyəti qüsurlu uşaqlar üçün görmə qabiliyyətinin pozulma dərəcəsinə görə müxtəlif qruplar yaradılır:

kor uşaqlar üçün;

zəifgörən uşaqlar üçün;

çəpgöz və ambliopiyalı uşaqlar üçün.

Qruplar uşaqların yaş səviyyəsinə uyğun təşkil olunur:

kiçik qrup                                                        2-3 yaşdan 3-4 yaşadək;

orta qrup                                                      3-4 yaşdan 4-5 yaşadək;

böyük qrup                                                    4-5 yaşdan 5-6 yaşadək;

                              hazırlıq qrupu                                                6 yaşdan 7 yaşadək.

  1. Məktəbəqədər xüsusi təhsil müəssisələrində eşitmə qabiliyyəti qüsurlu olan uşaqlar üçün kar-lal və eyni zamanda əqli inkişafdan geri qalan uşaqlar üçün qruplar yaradıla bilər.

Kar, lakin nitq qabiliyyətini tam itirməmiş uşaqlar zəifeşidən uşaqlar üçün qrupa təyin olunurlar.

Bu tip məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar yaş səviyyəsinə görə belə komplektləşdirilir:

birinci il qrupu                     2 yaşdan 3 yaşadək və ya 3-4 yaşadək;

ikinci il qrupu                       3 yaşdan 4 yaşadək və ya 4-5 yaşadək (birinci ilin proqrammı keçmiş uşaqlar);

üçüncü il qrupu                    4 yaşdan 5 yaşadək və ya 5 yaşdan 6 yaşadək (ikinci ilin proqrammı keçmiş uşaqlar);

dördüncü il qrupu                5 yaşdan 6 yaşadək və ya 6 yaşdan 7 yaşadək (üçüncü ilin proqrammı keçmiş uşaqlar);

beşinci il qrupu                     6 yaşdan 7 yaşadək (dördüncü ilin proqramını keçmiş uşaqlar).

 

Qeyd. Xüsusi şərait yaradılan ümumi təyinatlı məktəbəqədər təhsil müəssisələrində eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün qruplar uşaqların nitqlərinin vəziyyətindən asılı olaraq yalnız eyni yaşlı və ya müxtəlif yaşlılarla komplektləşdirilir. Məktəbəqədər xüsusi təhsil müəssisəsinə yeni qəbul edilmiş uşaq yaşından asılı olmayaraq birinci il qrupuna təyin olunur. Birinci ilin proqramını keçməyən 5-6 yaşlı uşaqlar müstəqil qruplara təyin olunur və il ərzində birinci 3 ilin proqramı keçirilir.

12. Əqli cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar yaş səviyyəsinə görə belə komplektləşdirilir:

                              kiçik qrup                                                        3-4 yaşdan 4-5 yaşadək;                                                                                                                                                   3-4 yaşdan 4-5 yaşadək;

orta qrup                                                  4-5 yaşdan 5-6 yaşadək;

                              böyük qrup                                                      5 yaşdan 6 yaşadək;

                              hazırlıq qrupu                                                6 yaşdan 7-8 yaşadək.

13.  Nitqi qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar nitq qüsurunun ağırlıq dərəcəsi nəzərə alınmaqla təşkil edilir:

nitqi ümumən inkişaf etməyən (rinolaliya, dizartriya, alaliya, afaziya) uşaqlar üçün;

kəkələyən uşaqlar üçün;

nitqi fonetik cəhətdən inkişaf etməyən (dislaliya, rinolaliya, dizartriya) uşaqlar üçün.

Həmin qruplarda yaş səviyyəsi aşağıdakı qaydada müəyyənləşdirilir:

nitqi ümumən inkişaf etməyən uşaqlar üçün qrupda:

kiçik qrup                                                             3 yaşdan 4 yaşadək;

orta qrup                                                              4 yaşdan 5 yaşadək;

                      böyük-hazırlıq qrupu                                                     5 yaşdan 6-7 yaşadək.

Kəkələyən uşaqlar üçün qrupa 2 yaşdan yuxarı yaş səviyyəsi nəzərə alın-maqla kəkələmə diaqnozlu uşaqlar qəbul edilir.

Nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar üçün qrupa isə 5 yaşdan 6-7 yaşadək uşaqlar qəbul edilir.

Məktəbəqədər xüsusi təhsil müəssisələrində nitqi qüsurlu uşaqlara kömək məqsədilə loqopedik xidmət təşkil edilir.

Qeyd. Uşağın nitqinin vəziyyəti və yaşından asılı olaraq onun məktəbəqədər xüsusi təhsil müəssisəsində qalmağının müddəti dəyişə bilər. Müddətin uzadılması yalnız psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə əsasən həyata keçirilir.

  1. Dayaq-hərəkət orqanları qüsurlu olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar yaşdan asılı olaraq komplektləşdirilir:

kiçik qrup                          3-4 yaşdan 4-5 yaşadək;

orta qrup                           4-5 yaşdan 5-6 yaşadək;

böyük qrup                       5 yaşdan 6 yaşadək;

hazırlıq qrupu                   6 yaşdan 7-8 yaşadək.

  1. Mürəkkəb çatışmazlıqları olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar yaşdan asılı olaraq komplektləşdirilir:

kiçik qrup                          3-4 yaşdan 4-5 yaşadək;

orta qrup                           4-5 yaşdan 5-6 yaşadək;

böyük qrup                        5 yaşdan 6 yaşadək;

hazırlıq qrupu                   6 yaşdan 7-8 yaşadək.

  1. Məktəbəqədər xüsusi təhsil müəssisələri aşağıdakı rejimdə fəaliyyət göstərir:

körpələr evi-uşaq bağçası      24 saatlıq (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü də daxil olmaqla);[1]

uşaq bağçası                                  12 saatlıq (5-6 günlük);

körpələr evi-uşaq bağçası

(ümumi təyinatlı)                         12 saatlıq (5-6 günlük);

bağçalarda qruplar                        12 və ya 24 saatlıq (5-6 günlük).

 

II. TƏLİM-TƏRBİYƏ İŞİNİN TƏŞKİLİ

  1. Məktəbəqədər xüsusi təhsil müəssisələrində təlim-tərbiyə prosesi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi təhsil üzrə, o cümlədən əlaqəli proqramlar əsasında aparılır. Qüsurlarla əlaqədar uşaqların inkişafındakı geriliklərin aradan qaldırılması üzrə aparılan tibbi-metodik işə isə Səhiyyə Nazirliyinin müvafiq orqanları rəhbərlik edir.
  2. Məktəbəqədər xüsusi təhsil müəssisələrində aparılan təlim-tərbiyə işləri uşaqların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə uşaqların mövcud proqram həcmində bilik almasına, onların bacarıq və vərdişlərinin, əqli, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir.
  3. Müalicə kursuna görə təyin edilmiş müxtəlif tədbirlər hər bir uşaq üçün həm ümumi, həm də fərdi qaydada aparılır.
  4. Məktəbəqədər xüsusi təhsil müəssisələrində uşaqların qüsurlarını aradan qaldırmaq məqsədilə defektoloq tərəfindən fərdi və qrup məşğələləri (o cümlədən müalicə xarakterli) aparılır, müvafiq gün rejimi yaradılır, uşaqların fərdi inkişafı və bu sahədə həkimlərin tibbi tövsiyələri ciddi surətdə nəzərə alınır.
  5. Məktəbəqədər xüsusi təhsil müəssisələrində yaş səviyyəsindən və diaqnozdan asılı olaraq fərdi məşğələlər 5-15, qrup məşğələləri 12-25 dəqiqə aparılır.
  6. Məktəbəqədər xüsusi təhsil müəssisələrində təlim-tərbiyə işinin keyfiyyəti üçün tərbiyəçilər və defektoloqlar eyni dərəcədə məsuliyyət daşıyırlar.
  7. Məktəbəqədər xüsusi təhsil müəssisələrində sosial-pedaqoji himayə xidməti fəaliyyət göstərir. Bu xidməti sosioloq-pedaqoqlar həyata keçirirlər. Onlar tədris-tərbiyə müəssisələri ilə ailə və cəmiyyət arasında əlaqə yaradılmasında iştirak edir, mühitin dəyişməsi ilə əlaqədar olaraq valideynlərə məsləhət verirlər. Sosioloq-pedaqoqlar öz statusuna görə pedaqoji işçilərə bərabər tutulurlar.

III. MƏKTƏBƏQƏDƏR XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ

TİBBİ XİDMƏT

  1. Tibbi xidmət və müalicə-bərpa işlərinin yerinə yetirilməsi məktəbəqədər xüsusi təhsil müəssisəsinin ştatında olan tibb işçiləri tərəfindən həyata keçirilir. Onlar məktəbəqədər xüsusi təhsil müəssisəsinin rəhbəri ilə bərabər uşaqların sağlamlığı qayğısına və psixofiziki vəziyyətinə, dispanserizasiyasına, profilaktiki tədbirlərin həyata keçirilməsinə cavabdehdirlər.
  2. Məktəbəqədər xüsusi təhsil müəssisələrində tibb sahəsində metodik rəhbərlik və müalicə-məsləhət köməyi ərazidə yerləşən dövlət psixonevroloji və müalicə-profilaktika müəssisələri tərəfindən yerinə yetirilir.

 

IV. UŞAQLARIN MƏKTƏBƏQƏDƏR XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ GÖNDƏRİLMƏSİ, QƏBUL EDİLMƏSİ VƏ XARİC EDİLMƏSİ QAYDALARI

  1. Məktəbəqədər xüsusi təhsil müəssisələrinə uşaqlar yalnız psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişinə və valideynlərin və ya digər qanuni nümayəndələrin ərizəsinə əsasən qəbul edilir və ya xaric olunurlar.
  2. Məktəbəqədər xüsusi təhsil müəssisələrinə uşaqların qəbulu aşağıdakı sənədlərə əsasən aparılır:

psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi;

uşağın inkişafı tarixindən çıxarış;

yoluxucu xəstəliklərlə təmasda olmaması haqqında arayış.

  1. Məktəbəqədər xüsusi təhsil müəssisələri yenidən təşkil və ya ləğv edildikdə, Təhsil Nazirliyi təhsil alanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə uşaqların eyni tipli xüsusi təhsil müəssisəsinə, psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə isə başqa tipli xüsusi təhsil müəssisəsinə köçürülməsini təmin edir.
  2. Məktəbəqədər xüsusi təhsil müəssisələrinə uşaqların qəbulu il boyu həyata keçirilir. Qruplar avqust ayının 15-dən 31-dək komplektləşdirilir. Qrupların komplektləşdirilməsi müəssisənin müdiri tərəfindən aparılır.
  3. Bütün gün ərzində (24 saat) evə getməyən uşaqların yaşayışı və istirahəti üçün yerli icra hakimiyyəti orqanları və müvafiq təşkilatlar (ticarət, səhiyyə, təhsil, istehsalat müəssisələri) hərtərəfli kömək göstərməlidirlər.
  4. Sağlamlıq imkanları məhdud olan uşaqlar tam dövlət təminatında olmaqla dövlət tərəfindən təlim vasitələri ilə, yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə təmin olunurlar.
  5. Uşaqlar aşağıdakı hallarda göstərilən məktəbəqədər xüsusi təhsil müəssisələrinə qəbul edilmirlər:

a)   görmə qabiliyyəti qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:

kəskin əqli geriliyi olanlar;

ruhi xəstələr (şizofreniya və ağıl zəifliyi);

kar, zəifeşidən uşaqlar;

xüsusi qulluğa ehtiyacı olan sağlamlıq imkanları məhdud[2]

b)   eşitmə qabiliyyəti qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:

kor-karlar;

normal eşidən, lakin lal uşaqlar;

əqli cəhətdən geri qalanlar;

ruhi-psixoloji pozuntuları olanlar;

xüsusi xidmətə ehtiyacı olan sağlamlıq imkanları məhdud;[3]

tez-tez ürəkgetmə ilə müşayiət olunan epilepsiyalı uşaqlar.

c)   əqli cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:

oliqofreniya xəstəliyinin imbesil və idiotiya mərhələsində olanlar;

kar və zəifeşidənlər;

kor və zəifgörənlər;

dayaq-hərəkət aparatının pozulması nəticəsində xüsusi qulluq tələb edən sağlamlıq imkanları məhdud şəxslər  (serebral iflic);[4]

əqli çatışmazlığın rezidual mərhələsində olanlar, başqa sözlə 1 il əvvəl meninqo-ensefalit və digər xəstəlikləri keçirənlər;

davranışlarında ruhi xəstəlik əlaməti, qıcolma tutmaları, habelə şizofreniya ilə müşayiət olunan epilepsiya və ya fəal müalicə tələb edən digər psixi xəstəliklərə tutulanlar.

ç) nitqi qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:

kar və zəifeşidənlər;

kor və zəifgörənlər;

əqli inkişafdan geri qalanlar;

ürəkgetmə ilə müşayiət olunan epilepsiyalı, şizofreniyalı uşaqlar;

özünə xidmət etməyi bacarmayan sağlamlıq imkanları məhdud şəxslər .[5]

d) dayaq-hərəkət orqanları qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:

başqalarının köməyi olmadan hərəkət edə bilməyənlər;

özünə xidmət etməyi bacarmayan sağlamlıq imkanları məhdud uşaqlar;[6]

oliqofreniya xəstəliyinin imbesil və idiotiya mərhələsində olanlar;

eşitmə və görmə qabiliyyəti pozulanlar;

tez-tez epilepsiya tutmaları olanlar;

ümumi təyinatlı uşaq bağçalarına qəbulu qadağan edilmiş xəstə uşaqlar.

V. MƏKTƏBƏQƏDƏR XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İDARƏ

OLUNMASI. PEDAQOJİ KADRLAR

  1. Xüsusi təhsili həyata keçirən dövlət məktəbəqədər xüsusi təhsil müəssisələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən idarə olunur.
  2. Mülkiyyət formasından asılı olmayaraq məktəbəqədər xüsusi təhsil müəssisələrinin akkreditasiyası müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
  3. Məktəbəqədər xüsusi təhsil müəssisələrinin ictimai idarəetmə orqanı məktəbəqədər müəssisə şurası hesab edilir və onların fəaliyyəti ümumi təyinatlı məktəbəqədər müəssisələrin şurası haqqında mövcud Əsasnaməyə uyğun qurulur.
  4. Məktəbəqədər xüsusi təhsil müəssisələrində təlim-tərbiyə işlərinin, tibb xidmətinin keyfiyyətinə, pedaqoji işçilərin ixtisasartırmasına rəhbərlik müəssisənin rəhbəri tərəfindən həyata keçirilir.
  5. Məktəbəqədər xüsusi təhsil müəssisələrinin bütün kateqoriyadan olan işçilərinin hüquq və vəzifələri, uşaqların qəbulu, göstəriləcək xidmətlər, daxili intizam və iş qaydaları bu Əsasnaməyə uyğun hazırlanmış Nizamnamədə öz əksini tapmalıdır. Nizamnaməni məktəbəqədər xüsusi təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər.
  6. Məktəbəqədər xüsusi təhsil müəssisələrinin müdiri vəzifəsinə 3 ildən az olmayaraq pedaqoji staja malik ali təhsilli defektoloq, müstəsna hallarda isə defektoloq ixtisası olmayan, lakin belə müəssisələrdə iş təcrübəsinə malik olan məktəbəqədər təhsilli pedaqoji işçilər təyin edilə bilərlər.

Müdir məktəbəqədər müəssisənin bütün fəaliyyətinə rəhbərlik edir, tabe olduğu təşkilatın rəhbərliyi, valideynlər, müəssisənin işçiləri qarşısında, uşaqların mühafizəsi və sağlamlığı, kadrların seçilib yerləşdirilməsi və tərbiyəsi, təşkilati-pedaqoji, maliyyə-təsərrüfat və məktəbəqədər müəssisənin digər fəaliyyəti, kollektivdə müsbət psixoloji iqlim şəraitinin yaradılması üçün məsuliyyət daşıyır. O, fəaliyyəti haqqında tabe olduğu təşkilat qarşısında vaxtaşırı hesabat verir.

  1. Məktəbəqədər xüsusi təhsil müəssisələrində:

metodist vəzifəsinə 3 ildən az olmayaraq pedaqoji staja malik ali məktəbə-qədər təhsilli mütəxəssis və ya defektoloq təyin edilir;

defektoloq vəzifəsinə ali təhsilli defektoloqlar və ya 1 il profil üzrə xüsusi kurs keçmiş ali ixtisas təhsilli tərbiyəçilər təyin edilirlər;

musiqi rəhbəri vəzifəsinə pedaqoji təhsil verən ali və ya orta ixtisas məktəblərinin musiqi şöbəsini bitirmiş 2 il iş stajına malik və sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək metodunu öyrədən xüsusi kurs keçmiş şəxslər təyin edilirlər;

tərbiyəçi vəzifəsinə 2 ildən az olmayaraq pedaqoji staja malik ali və ya orta ixtisas təhsilli xüsusi kurs keçmiş şəxslər təyin edilirlər.

  1. Məktəbəqədər xüsusi təhsil müəssisələrinə pedaqoji işçi təyin edilərkən onların təhsili, metodiki hazırlığı, uşaqlarla işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti nəzərə almır.
  2. Məktəbəqədər xüsusi təhsil müəssisələrində psixoloji xidməti psixoloq-praktik həyata keçirir. Psixoloq-praktik öz statusuna görə pedaqoji işçilərə bərabər tutulur.
  3. Məktəbəqədər xüsusi təhsil müəssisələrində uşaqların ərzaq məhsulları ilə təminatmı və iaşə xidmətini yerli icra hakimiyyəti orqanları təmin edir.

Yeməyin keyfiyyətinə dövlət nəzarətini səhiyyə orqanları həyata keçirir.

VI.  MƏKTƏBƏQƏDƏR XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN

MADDİ-TEXNİKİ BAZASI, MALİYYƏLƏŞMƏSİ,

TƏSƏRRÜFAT VƏ HESABAT İŞLƏRİ

  1. Xüsusi təhsili həyata keçirən dövlət və bələdiyyə müəssisələri müvafiq olaraq dövlət və bələdiyyələrin vəsaitləri hesabına maliyyələşdirilir.
  2. Özəl məktəbəqədər xüsusi təhsil müəssisələri təsisçinin (təsisçilərin) vəsaiti hesabına maliyyələşdirilir, bu Əsasnaməyə uyğun olaraq fəaliyyətini qurur.
  3. Məktəbəqədər xüsusi təhsil müəssisələri hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.
  4. Məktəbəqədər xüsusi təhsil müəssisələrinin xüsusi təhsil qruplarının və inteqrasiya təlimli təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təhsil müəssisəsinin tipindən asılı olaraq binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibb, korreksiya və reabilitasiya kabinetləri, idman qurğuları və təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Xüsusi təhsili həyata keçirən təhsil müəssisəsinin maddi-texniki bazası müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır.

47. Məktəbəqədər xüsusi təhsil müəssisələri müvafiq xəzinə hesabına malikdir, üzərində müəssisənin və tabe olduğu təşkilatın adı yazılmış ştampı, möhürü və ünvan lövhəsi olan hüquqi şəxsdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)
  2. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)
  3. 19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"nin 16-cı bəndində "bayram" sözü "iş günü hesab edilməyən bayram" sözləri ilə əvəz edilmişdir.

 

       19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857) ilə təsdiq edilmiş "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"nin 16-cı bəndində "iş günü hesab edilməyən bayram və istirahət günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 32-ci bəndinin «a» yarımbəndinin beşinci abzasında «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz  edilmişdir.

 

[3] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 32-ci bəndinin «b» yarımbəndinin altıncı abzasında  «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz  edilmişdir

 

[4] 22  fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 32-ci bəndinin «c» yarımbəndinin beşinci abzasında  «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz  edilmişdir

 

[5] 22  fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 32-ci bəndinin «ç» yarımbəndinin altıncı abzasında  «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz  edilmişdir

 

[6] 22  fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 32-ci bəndinin «d» yarımbəndinin üçüncü abzasında «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz  edilmişdir

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4086 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 20/4/2019- Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

» 18/4/2019- 17 Aprel Dünya Hemofiliya gününə həsr edilmiş dövlət nümayəndələri ilə konfrans keçirildi.

» 18/4/2019- Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir

» 15/4/2019- “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 12/4/2019- Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası. 04 2019

» 9/4/2019- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İctimai Şuranın üzvləri ilə görüşüb

» 6/4/2019- 1-ci “Fərqli Fərdlər” konqresi keçirildi

» 5/4/2019- QHT Gürcüstanlı həmkarrı ilə memorandum imzalayıb

» 4/4/2019- Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

» 3/4/2019- Ədliyyə Nazirliyi QHT-lər üçün yeni xidmət mərkəzini təqdim etdi

» 3/4/2019- Əlilliyi olan şəxslərə qulluq edənlərə təqaüdün təyini üçün hansı sənədlər tələb olunacaq?

» 2/4/2019- 2 Aprel - Dünya Autizmi Məlumatlandırma Günüdür.

» 1/4/2019- “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

» 1/4/2019- Azərbaycanın Boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb

» 24/3/2019- İdmançılarımıza uğurlar arzulayırıq!

» 14/3/2019- “Müyəssər Metro”

» 14/3/2019- "Xeyirə vəsilə" adlı IV Satış sərgisi

» 13/3/2019- DİM - təlimçilər üçün təlim keçirilmişdir

» 9/3/2019- Əlil Təşkilatları İttifaqı üzvlərinin müraciəti Prezidentin rəsmi internet saytına qoyulmuşdur.

» 9/3/2019- Əlil Təşkilatlar İttifaqınnda 8 mart bayramı qeyd olunmuşdur.