21 Avqust 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6. Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2001-ci il


  

Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 

Əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşların pensiya təminatını yaxşılaşdırmaq, pensiya təminatı sisteminin idarəolunmasını, pensiyaların müəyyən olunması və əhaliyə verilməsi mexanizmini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq dövlət orqanları ilə birlikdə Pensiya İslahatı Konsepsiyasından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 17 iyul 2001-ci il
№ 767

Azərbaycan Respublikası Prezidentinin
17 iyul 2001-ci il tarixli 767 nömrəli  Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasında pensiya islahatı
KONSEPSİYASI

GİRİŞ

 

Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi həyata keçirilən sosial-iqtisadi siyasətin öncül istiqmətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir.

1996-cı ildən başlayaraq ölkənin iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaratmışdır.

Son illər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək haqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunların nəticəsində 1995-2000-ci illərdə işləyənlərin orta aylıq nominal əmək haqqı 3 dəfə, orta aylıq pensiyanın məbləği 4 dəfə artmışdır.

Bununla yanaşı əmək haqqının və pensiyanın orta aylıq məbləği hələlik əhalinin tələbatını tam həcmdə ödəmək səviyyəsində deyildir. Eyni zamanda pensiya sisteminin idarə olunması, pensiyaların müəyyən edilməsi və əhaliyə verilməsi mexanizmi günün tələblərinə cavab vermir. Bu baxımdan vətəndaşların pensiya təminatının onların minimum həyat səviyyəsinin ödənilməsi səviyyəsinə çatdırılması və bütövlükdə pensiya işinin müasir tələblərə uyğun qurulması ölkədə pensiya islahatının aparılmasını zəruri edir.

I. Pensİya İslahatının əsas məqsədİ və prİnsİplərİ

Pensiya islahatı vətəndaşların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə aşağıdakı mühüm problemlərin həllinə yönəldilir:

vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması;

pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla, əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması;

pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılmasının və məqsədyönlü istifadəsinin təmin edilməsi;

pensiya təminatı sisteminin idarə olumasını təkmilləşdirməklə onun səmərəliliyinin artırılması;

sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması.

Yuxarıda göstərilən əsas məqsədə nail olmaq və qarşıda duran problemləri həll etmək üçün pensiya islahatının aşağıdakı prinsiplər əsasında həyata keçirilməsi nəzərdə tutulur:

məcburi sosial sığorta haqqının bütün işəgötürənlər və işləyənlər tərəfindən ödənilməsi;

vətəndaşların minimum yaşayış səviyyəsini təmin edən pensiyaların müəyyən edilməsi;

vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş sosial təminat hüququnun yerinə yetirilməsi;

sosial təminat sisteminin idarə olunmasında aşkarlığı təmin etmək məqsədilə ictimai nəzarətin aparılması;

 mülkiyyət formasından asılı olmayaraq pensiya təşkilatlarının fəaliyyətinə bərabər şəraitin yaradılması;

məcburi dövlət sosial sığorta haqları üzrə işə götürənlər və işçilər tərəfindən ödənilən tariflər arasında mütənasibliyin gözlənilməsi.

II. Pensİya sİstemİnİn İdarə olunması

Ortamüddətli perspektivdə pensiya islahatı siyasəti üçnövlü pensiya təminatı sisteminin təşkilinə yönəldilməlidir. Birinci növ pensiya təminatı məcburi dövlət sığorta sistemini təşkil edən əmək pensiyasını nəzərdə tutur. Əmək pensiyası islahatına aşağıdakı prinsipial tələb qoyulmalıdır:

pensiyanın məbləği sığortanın davamiyyətindən və sığorta haqqının miqdarından asılı olan və verilmə şərtləri hər bir konkret şəxsin sosial sığortada iştirakı zamanı ödədiyi vəsaitin həcminə uyğun olmalıdır;

pensiyanın miqdarı və vətəndaşın pensiya hüququ müəyyən edilərkən sığorta haqqının ödənilməsi ilə bağlı olmayan dövrlər nəzərə alınmamalıdır;

dövlət sosial sığorta sistemində vaxtından tez pensiyaya çıxmaq üzrə güzəştlər məhdudlaşdırılmalıdır. Vaxtından əvvəl pensiyaya çıxmaqla bağlı əlavə xərclər işəgötürənlər tərəfindən maliyyələşdirilməlidir.

Pensyiya təminatı sisteminin ikinci növü birinci növlə əhatə olunmayanlara, yaxud əmək pensiyası almayanlara sosial kömək göstərməsini nəzərdə tutur. İlk iki növ pensiya qocaların, əlillərin və ailə başçısını itirmiş şəxslərin sosial müdaviəsinin həyata keçirilməsi məqsədinə xidmət edir.

Pensiya təminatı sisteminin üçüncü növünü qeyri-dövlət pensiyaları təşkil edir. Qeyri-dövlət pensiya sisteminin formalaşmasını və inkişafını dövlətin nəzarəti altında həyata keçirtmək nəzərdə tutulur.

Ölkədə pensiya sisteminin idarə olunması yeni təşkil olunacaq icra orqanında cəmləşəcəkdir. Bu orqan pensiya haqlarının yığılması, fərdi uçotun işlənməsi və həyata keçirilməsi, pensiyaların təyin edilməsi və ödənilməsinə nəzarət, gəlirlərin və pensiya xərclərinin səviyyələrində dəyişikliklər haqqında təfsilatı statistik məlumatın yığılması işlərini həyata keçirəcəkdir.

III. Pensİya İslahatının hayata keçİrİlməsİ mərhələlərİ

Azərbaycan Respublikasında pensiya islahatı bu sahədə yeni hüquqi bazanın yaradılmasını, sosial sığorta haqlarının yığılmasının təkmilləşdirilməsini, pensiya ödənişlərinin ünvanlılığını və onların vaxtında vətəndaşlara çatdırılmasını təmin edən mexanizmin yaradılmasını, pensiya sistemində idarəetmə orqanlarının strukturunun yenidən qurulmasını nəzərdə tutur. Eyni zamanda pensiya islahatının əsas mahiyyətini, onunla bağlı görülən işlərin əhəmiyyətini əhalinin nəzərinə çatdırmaq məqsədilə pensiyaçılar, işəgötürənlər və işçilər arasında geniş məlumatlandırma işləri aparılmalıdır.

Pensiya islahatı 2001-2005-ci illəri əhatə etməklə mərhələlərlə həyata keçiriləcəkdir. Birinci mərhələdə pensiya təminatının qanunvericilik bazasının yaradılması nəzərdə tutulur. Bununla bağlı 2001-ci ildən başlayaraq "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası qanununun yeni redaksiyada işlənib hazırlanması, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanununa dəyişiklik və əlavələrin edilməsi, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası qanununun işlənib hazırlanması, habelə qeyri-dövlət pensiya fondları haqqında qanunvericilik aktlarının hazırlanıb təqdim olunması nəzərdə tutulur.

Pensiya islahatının ikinci mərhələsində pensiya sisteminin əsasını təşkil edən fərdi uçotun yaradılması üzrə işlərin aparılması, o cümlədən pensiya hesablamaları, vəsaitin yığımı və bütövlükdə pensiyaların müəyyənləşdirilməsi sahəsində avtomatlaşdırılmış sistemin hazırlanması və tətbiqi təmin edilməlidir.

Üçüncü mərhələdə fərdi uçotun yaradılması ilə bağlı əmək qabiliyyətli işçilərin gəlirləri və pensiyaların təyin edilməsi üçün lazım olan digər göstəricilər barədə məlumat toplanmalıdır.

Dördüncü mərhələdə pensiyaların fərdi uçot sənədləri əsasında hesablanmasına başlanılmalıdır.

IV. Pensİya İslahatının sosİal-İqtİsadİ nətİcələrİ

Pensiya islahatının nəticəsi ölkənin ümumi sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına kömək etməlidir. Yeni sistem bütün vətəndaşlar üçün pensiya təminatında bərabər şərtlərin yaradılmasına və qazanılmış pensiya hüquqlarının reallaşdırılmasına təminat verməlidir.

Pensiya təminatı normalarının təkmilləşdirilməsi bu sahədə bir sıra təxirəsalınmaz problemlərin həlli üçün vəsaitin azad olunmasına imkan yaradır.

Qeyri-dövlət könüllü pensiya təminatının inkişafı maliyyə vəsaitinin yığılmasına və onun istehsalın inkişafı üçün istifadə olunmasına şərait yaradır. Pensiya islahatı həmçinin əməyin ödənilməsi sisteminə və müvafiq olaraq əmək bazarına müsbət təsir etməli və bütövlükdə iqtisadiyyatın struktur cəhətdən yenidən qurulmasına kömək göstərməlidir.

Azərbaycan Respublikasında pensiya islahatının həyata keçirilməsi mərhələləri

Pensiya təminatı ilə bağlı qanunvericilik aktlarının hazırlanması

 

o cümlədən:

 

"Vətəndaşların pensiya təminatı haqqında" yeni qanunun hazırlanması      

 aprel-iyul 2001-ci il

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunun hazırlanması

 aprel-iyul 2001-ci il

Könüllü şəxsi pensiyaların institusional inkişafı üçün qanunvericiliyin hazırlanması

 2001-ci ilin sonunadək

Sosial sığorta haqqında Azərbaycan Respublikası qanununa dəyişikliklər və əlavələr edilməsi

 aprel - may 2002-ci il

Pensiya maliyyə sisteminin idarəedilməsi üzrə avtomatlaşdırılmış sistemin layihəsinin hazırlanması

 iyul 2001-ci il - iyul 2002-ci il

Fərdi uçot sisteminin yaradılması üçün lazımi avadanlığın quraşdırılması, proqram təminatının və iş yerlərinin hazırlanması

 2001-ci il - may 2003-cü il

Yeni avtomatlaşdırılmış yığım sisteminin işlənib hazırlanması

 dekabr 2001-ci il - may 2003-cü il

Pensiya maliyyə sisteminin idarəedilməsi üzrə yeni avtomatlaşdırılmış sistemin quraşdırılması

 sentyabr 2002-ci il - avqust 2003-cü il

Pensiya hesablamalarının avtomatlaşdırılması üzrə sistemin layihəsinin hazırlanması və tətbiqi

 dekabr 2002-ci il - may 2004-cü il

Sığorta olunanların fərdi hesablarının pensiyaçılara paylanması

 iyul 2003-cü il - iyul 2005-ci il

İşçilərin fərdi gəlirləri haqqında məlumatın yığılması

 2003-cü ilin axırlarından başlayaraq

Mövcud pensiyaçılar haqqında məlumatların yeni sistemə keçirilməsi

 2004-cü il

Pensiyaların təyin edilməsi üçün əmək qabiliyyətli əhalinin əvvəlki iş stajı haqqında məlumatın yığılması

 2005-ci ilin yanvarından başlayaraq

Fərdi uçota dair məlumata əsaslanan pensiyaların hesablanmasına başlanması

 2005-ci il

Yeni pensiya orqanının tam fəaliyyətə başlaması

 2005-ci il

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2102 dəfə oxunub




Flag Counter






» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"

» 29/7/2019- Sosial sifarişlər üzrə layihələrin monitorinqinə başlamışdır.

» 29/7/2019- SƏLİS - Mükəmməl, asan, dəqiq, yüksəksək səviyyəli xidmət brendi.

» 29/7/2019- Bərdə rayonunun Yenidaşkənd, Bacirəvan və ətraf kəndlərdə əlilliyi olan şəxslərə hüquqi xidmətlər. kə

» 20/7/2019- Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması

» 19/7/2019- Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir.

» 18/7/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 11/7/2019- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu

» 10/7/2019- Quba rayonunda rayonunda əlilliyi olan şəxslərə hüquq və xidmətlərə çatım üzrə seminar – təlimlər

» 2/7/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşğulluq proqramlarına cəlb olunması”

» 30/7/2019- “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili”