27 İyun 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4. 1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2005-ci il


 1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1941-1945-ci illər müharibəsində Qələbənin 60 illik yubileyi ilə əlaqədar həmin müharibə veteranlarının, əlillərinin, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə qərara alıram:

1. "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438, № 9, maddə 472; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 204 nömrəli Fərmanı) 1-ci bəndində aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1.1. ikinci abzasdan "Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara" sözləri çıxarılsın və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

"Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara - 130,0 min manat;";

  1. üçüncü-onuncu abzaslar müvafiq olaraq dördüncü-on birinci abzaslar hesab edilsin;
  2. dördüncü abzasda "Böyük Vətən müharibəsi iştirakçılarına" sözlərindən sonra "95,0" rəqəmi "125,0" rəqəmi ilə, altıncı abzasda "həlak olmuş döyüşçülərin dul arvadlarına" sözlərindən sonra "70,0" rəqəmi "90,0" rəqəmi ilə əvəz edilsin;
  3. səkkizinci abzasda "Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına" sözlərindən sonra "- 60,0 min manat" sözləri əlavə edilsin;
  4. doqquzuncu abzasda "Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə" sözlərindən sonra "35,0" rəqəmi "55,0" rəqəmi ilə əvəz edilsin.

2. Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara, Böyük Vətən müharibəsi iştirakçılarına 500,0 min manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqradın mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə 200,0 min manat məbləğində birdəfəlik maddi yardım edilsin.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
  2. Bu Fərman 2005-ci il mayın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 may 2005-ci il

              № 234

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4471 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/6/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci ilin yanvar-may aylarının yekunları üzrə fəaliyyətinə dair qısa məlumat

» 16/6/2022- "Partners & Business" sərgi-konfransında məşğulluq xidmətləri və əlilliyi olan şəxslərin əl işləri təqdim edilir

» 15/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2022- Milli Qurtuluş Günündə Vətən müharibəsi əlillərinə bayram hədiyyəsi

» 15/6/2022- 15 iyun ölkəmizin müstəqil dövlət kimi inkişafının başlanğıc tarixinə çevrildi

» 14/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/6/2022- Əlillikdə yeni meyarlar: nə dəyişəcək?

» 12/6/2022- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 190 benefisiara təlimlər keçirilir

» 11/6/2022- Milli QHT Forumunun yarandığı gündür

» 10/6/2022- Son 3 ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin edilib

» 9/6/2022- Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edib.

» 9/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!