24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/4/2012 “Siz tək deyilsiniz!” Tənha insanlara sosial və psixoloji dəstək layihəsinə start verildi


“Siz tək deyilsiniz!” Tənha insanlara sosial və psixoloji dəstək layihəsinə start verildi.
 
Azərbaycan Prezidenti İlham Əliyev 2012-2015-ci illərdə aztəminatlı vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə müxtəlif fərman və sərəncamlar imzalanyıb.
 
 “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Səhiyyədə İctimai Nəzarət Komissiyasının sədri Sərraf Oruc bildirib ki, aztəminatlı ailələrin, uşaq evlərində, internatlarda yaşayan, valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin, həmçinin, qocalar evlərinə məskunlaşmış insanların tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində dövlət tərəfindən müəyyən tədbirlər görülsə də mövcud problemləri hələ də tam aradan qaldırmaq mümkün olmayıb. Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqların və ahılların özlərini cəmiyyətdən kənar hiss etməmələri üçün onların yaşayışını nəzarət altında saxlamaqla sosial təminatını günü-gündən yaxşılaşdırmağa çalışmalıyıq. Lakin təəsüflər olsun ki, uşaq evlərində, internatlarda, qocalar evində yaşayan doğmaları tərəfindən unudulmuş insanlarımız hələ də çoxdur.
 
Təşkilatımızın apardığı araşdırmalardan müəyyən etmişik ki, son illər övladları və yaxın qohumları tərəfindən müəyyən yollarla aldadılaraq mənzil, torpaq və sairə əmlakları əlindən alınaraq qocalar evlərinə qoyulmuş və küçələrə atılmış insanların sayı günü-gündən artmaqda davam edir.
 
Müxtəlix insanlar və təşkilatlar uşaq, internat və qocalar evlərində yaşayan valideyin himayəsindən məhrum olmuş yeniyetmə və gənclərlə, həmçinin ahıl insanlarla görüşərək onlar üçün əyləncə xarakterli tədbirlər keçirsədə bu günə kimi heç bir təşkilat orada məskunlaşmış insanların tibbi-sosial problemləri ilə maraqlanaraq onlara köməklik göstərilməyib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu “Siz tək deyilsiniz!” Tənha insanlara sosial və psixoloji dəstək layihəsini həyata keçirtməyi qarşısına məqsəd qoyub.
 
Layihənin əsas məqsədi uşaq evlərində, internatlarda yaşayan valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin həmçinin, övladları və yaxın qohumları tərəfindən müəyyən səbəblərlə aldadılaraq əmlakları əlindən alınıb qocalar evlərinə və küçələrə atılmış insanların tibbi-sosial məsələləri ilə bağlı yaranmış problemlərin həllinə köməklik göstərməkdən ibarətdir.
 
Layihədə qaldırdığımız birinci problem günümüzün ən aktual problemlərindən biri valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqların promlemləridir.
 
Hazırda Azərbaycanda 9875 uşaq dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif səbəblərdən dövlət himayəsində yaşayır. Bundan yalnız 590-600 nəfəri tam kimsəsizdir.
 
Məlumdur ki, bəzi uşaqların çoxunu valideynləri ya doğulduğu gün atır, ya da imkansızlıq ücbatından uşaq evlərinə və ya internatlara verirlər. Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşaq evləri, internatda kimsəsiz və ya müəyyən müddətə verilmiş uşaqlara yalnız 18 yaşına kimi baxılır, onlara tam olmasa da, valideyin qayğısı göstərilir, məktəbə göndərilir, tərbiyə ilə yanaşı, savadlanmalarına kömək edilir.
 
Bəs həmin yeniyetmə və gənclərərin 18 yaşı tamam olduqdan sonra aqibətləri necə olur? Onları sonrakı müddətdə nələr gözləyir? Hər iki sual bizi çöx düşündürür və bərk narahat edir.
 
Yetkinlik yaşına çatıb müəssisəni tərk etmiş uşaqların yerləşdirilməsi ilə mövcud qanunvericiliyə əsasən, rayon İcra hakimiyyətləri nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya məşqul olmalıdır.
 
İnternat məktəblərini bitirən məzunların əksəriyyəti məzun olarkən öz bioloji və ya qəyyum ailələrinə qayıdsada, təsüflər olsun ki, bir çoxu sahibsiz və nəzarətsiz qalaraq həyatlarını küçələrdə harda oldu davam etdirirlər. Bu gənclərərin müvəqqəti yaşadığları internat evlərindən çıxdıqdan sonda harada yaşamaları və işləmələri onlar üçün problemə çevrilir. Onların bir çoxu gündəlik təlabatlatlalarını ödəyib, dolanışıq üçün hətta müxtəlif cinayətlər törədirlər.
 
Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş yeniyetmə və gənc qızların bəzisi isə dolanışıq üçün məcburiyyət qarşısında qalaraq çox vaxt kafe və gecə barlarında işləyərək yunğül həyat tərzi keçirirlər. Bir çox kimsəsiz qızlar isə aldadılaraq nigahdan kənar uşaqlar dünyaya gətirərək onları atasız böyüdür müəyyən sosial və pisixoloji problemlər yaşayırlar.
 
Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş yeniyetmə və gənclər maddi imkansızlıq səbəbindən vaxtı-vaxtında tibbi müayinədən keçmədiklərindən özləri də, bilmədən müxtəlif infeksion xəstəliklərə tutulurlar. Bu da gələcəkdə ailə qurduqda onların həyatında xoşa gəlməz fəsadlara gətirib çıxardır. Bu insanların həm yaşayış həm iş yerlərinin olmaması səbəbindən əziyyət çəkərək ailə qura bilmirlər. Belə hallar isə bizim gələcək nəslin genefonuna və gənclərin milli ruhda tərbiyə olunmasına mənfi təsir göstərir. Hələ də internatlardan çıxan kimsəsiz uşaqların sənəd alması problem olaraq qalır. Belə ki, haqqında danışdığımız bu uşaqlar bəzən şəxsiyyəti təsdiq edən sənədləri almaqda çətinlik çəkir. Bunun üçün xeyli sənədlərin yığılması tələb olunur. Uşaq evində və internatda elə bir məsul şəxs yoxdur ki, sənədləşdirmə işləri ona təhkim olunsun. Kimsəsiz gənclərin qeydiyyat yerlərinin olmamaı səbəbindən onlar sosial yardım almaq hüquqlarından məhrum olaraq Əhalinin Sosial Müdafiyyə Mərkəzlərində qeydiyyata düşüb ehtiyacı olan şəxs kimi ünvanlı sosial müavinət ala bilmirlər. Onlar yaranmış problemlərin həllində hara və necə müraciət etməyi bilmirlər. Bundan əlavə uşaq evlərində və internat məktəblərinin əksəriyyətində həkim-psixoloqlar yoxdur. Uşaq evlərində və internatlarda həkim-psixoloqların olmamasl səbəbindən orada tərbiyə olunan uçaqlar və yeniyetmələr psixoloji gərginliklər yaşayırlar.
 
Layihədə qaldırdığımız ikinci problem isə övladları, yaxın qohumları tərəfindən müəyyən səbəblər üzündən aldanılaraq qocalar evlərinə düşmüş və küçələrə atılmış insanların tibbi-sosial problemləridir. Hazırda respublikada 14 mindən çox ahıl vardır, bunlardan 500 nəfəri ahıl vətəndaş kimi ayrı-ayrı qocalar evlərində dövlət təminatında yaşayır.
 
Övladları və yaxın qohumları tərəfindən müəyyən səbəblər üzündən və aldadılıb əmlakları əlindən alınaraq qocalar evlərinə qoyulmuş və küçələrə atılmış insanlara sonralar övladları və qohumları tərəfindən dözülməz dərəcədə laqeyid münasibət bəslənilir. Bu insanlar qocalar evlərinə qoyulduqdan sonra ömürlərinin sonuna kimi onları buraya atmış övladlarının yolunu həsrətlə gözləyirlər. Nəticədə övladları onları yad etmyərək, unutmaları onları mənən sarsıdır və bu dərdə dözə bilmədiyi uçün onların sağlamlıq durumu həddindən artıq ağırlaşaraq çox vaxt onlarda urək, qan xəstəlikləri yaradır və belə insanlar vaxtsız dünyasını dəyişərək sahibsiz insan kimi məskunlaşdıqları qocalar evləri tərəfindən dəfn edilirlər.
 
Bundan əlavə 10-larla vətəndaşlarımız var ki, onlar övladları və yaxın qohumları tərəfindən müəyyən yollarla aldadılaraq əmlakları əlindən alınıb küçələrə atılır evsiz-eşiksiz küçələrdə və vağzallarda səfil həyatı yaşayırlar.
 
Ailələrdə də valideynlər öz valideynlərinə hörmətlə yanaşmalıdırlar ki, övladları da onlardan nümunə alsınlar və bu, zəncirvari şəkildə nəsildən nəsilə ötürülsün. Ana-ataya hörmət Allahın əmridir. Ancaq təsüflər olsun ki şəzən bu əmrə riayət olunmur.
 
Ana-ataya hörmətsizlik müasiri olduğumuz dövrün ən böyük problemlərindəndir. Hər kəs əlindən gəldiyi qədər bu problemə qarşı mübarizə aparmalıdır. Çünki valideynin haqqından üstün haqq ola bilməz. Onların haqları əzizdir. Onların haqları Allahın haqqından sonra gəlir. Ona görə də hər birimiz ana-atamıza qarşı həssas olmağa, onların qayğısını çəkməyə, əmrlərinə riayət etməyə məcburuq. Onları razı sala bilsək, Allah da bizdən razı qalar...
 
Layihə çərçivəsində qeyd etdiyimiz hər iki problem urək ağrıdan, cox ciddi, aktual və milli mintaletimizə ləkə gətirən və vətəndaşları çox narahat edən problemlərdir. Hesab edirik ki, “Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin və tənha insanların tibbi-sosial hüquqları” kitabı, aztəminatlı ailələrin tibbi-sosial müdafiəsi işini asanlaşdıracaq və bu sahədə görülən işlərə layiqli töhfə olacaqdır.
 
Ümid edirik ki, “Siz tək deyilsiniz!” Tənha insanlara sosial və psixoloji dəstək layihəsi sahəsində görüləcək işlər, Azərbaycan Dövlətinin 2012-2015-ci ildə Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş yeniyetmə və gənclər barəsində nəzərdə tutulmuş dövlət siyasətininə və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına dəstək olacaqdır.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4798 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi