XƏBƏRLƏR




- 31/5/2012 PR 5/ UDPO - WV
- - PRESS RELİZ 1 (2012)
- - "5 may - Avropa Əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans
- - ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ VII ÜMUMİ YIĞINCAĞI. 05 MAY 2012-Cİ İL. AGSU RAYONU
- - PR 5/ UDPO - WV
- - “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” Bakı, Park İNN Otelinin Füzuli zalı, 06 İyun, 2012-ci il Press Reliz
- - Əlilliyi olan insanların sosial hüquqları
- - “Bacarıqlı əllər” Gəncə
- - Bacarıqlı əllər Şəki
- - PRESS RELİZ № 01/025 «05» sentyabr 2012-ci il
“Əlilliyi olan insanların sosial hüquqları”
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Layihədəki fəaliyyətlər iki il yarım müddətdə yerinə yetiriləcəkdir.
Eyni zamanda layihə çərçivəsində ictimai görüşlər, dəyirmi masalar və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Fəaliyyət planına uyğun olaraq 31 may 2012-ci il tarixdə Xaçmaz rayonunda
“Əlilliyi olan insanların sosial hüquqları”
mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Xaçmaz rayon icra hakimiyyətinin ictimai-siyasi şöbənin müdiri Yaqut Məsimova, Bərpa Mərkəzinin baş həkimi Roza Hüseynova, Sosial xidmət mərkəzinin əməkdaşı Zöhrə Məmmədova, QHT, KİV nümayəndələri, valideynlər çıxış etmiş, müzakirələr aparılmışdır təkliflər verilmişdir.
Mətbuat xidməti
Bu xəbər 2725 dəfə oxunub