XƏBƏRLƏR




- Müharibə Əlilləri üçün Müalicə Pansionatı (Şaqan)
- - Saray 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evi
- - Şaqan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evi
- - Şamaxı 1 saylı İxtisaslaşdırılmış ruhi-əsəb internat evi
- - Şahbuz qoca və kimsəsizlər üçün pansionat
- - 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi
- - Müharibə və əmək əlilləri üçün pansionat (Bilgəh)
- - Müharibə Əlilləri üçün Müalicə Pansionatı (Şaqan)
- - Mərdəkan Müalicə Pansionatı
- - Göygöl 8 saylı ruhi-əsəb əlilləri internat evi
- - Gəncə Pensiyacılara Ərazi Sosial Xidmət Mərkəzi
- - SOSİAL XİDMƏT MÜƏSSİSƏLƏRİ
Müharibə Əlilləri üçün Müalicə Pansionatı
Əlillərə bərpa müalicəsi xidməti göstərilməsi üçün nəzərdə tutulan 240 çarpayılıq müəssisə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya qərərlarını, əmr və sərancamlarını, digər normativ-hüquqi aktları, həmçinin pansionatın Əsasnaməsini rəhbər tutut.
Pansionatın məqsədi əlillərə bərpa müalicəsi xidməti göstərilməsi yolu ilə onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Pansionatın əsas vəzifələri və funksiyaları aşağıdakılardır:
tibbi,sosial ,peşə diaqnostikasının və reabilitasiyasının həyata keçirilməsi, xəstəlikləri nəzərə alınmaqla bərpa müalicəsi alanların dietik və rasional qidalanmasının təşkili, bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği, bərpa müalicəsi alanların məlumat bankının yaradılması və s.
Pansionat bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edir, öz fəaliyyətinin nəticələrinin ümümiləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlayır və təcrübədə tətbiq edir.
Pansionata rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən vəzifəyə təyin və azad olunan Baş həkim həyata keçirir.
Ünvan: Bakı şəhəri Xəzər rayonu, Şaqan qəsəbəsi. Telefon: (012) 459 80 62
Bu xəbər 20924 dəfə oxunub