25 Fevral 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/6/2012 Hemofiliyalı xəstələr üçün pilot layihə


Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Səhiyyə Nazirliyinin dəstəyi ilə ilk dəfə regionlarda hemofiliyalı xəstələrin vəziyyətinin yaxşılaşdırılması məqsədilə pilot layihə həyata keçirəcək. Bunu Gün.Az-a Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova bildirib.
 
G.Hüseynova qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda yaşayan hemofiliyalı xəstələrin müayinə və dərman preparatları almaq üçün paytaxta gəlmə ehtiyacını azaltmaq, onlara yerindəcə yardım etməklə ağırlaşmaların, fəsadların qarşısını almaq, yerindəcə keyfiyyətli müalicəni təmin etməkdir: “Layihə ilk olaraq Gəncə və Şirvan şəhərlətində həyata keçiriləcək. Bu regionlarda uğur qazanılarsa daha sonra Şəki və Lənkəran rayonlarında da layihənin reallaşdırılması nəzərdə tutulub.  Qeyd edim ki, Gəncə Tibbi Yardım Xəstəxanasının nəzdində və Şirvan Şəhər Mərkəzi Xəstəxanasında tibb müayinələrin həyata keçirilməsi üçün xüsusi laboratoriyalar yaradılacaq. Orada hemofiliya və koaqulopatasiyadan (qanda laxtalanmanın pozulması) əziyyət çəkən xəstələr müayinə və müalicə alacaqlar. Bu məqsədlə layihəyə beynəlxalq ekspertlər cəlb ediləcək və yerli kadrların təkminləşdirilməsi üçün onlar xarici ölkələrə göndəriləcək”.
G.Hüseynova bildirdi ki, layihə İsvecrənin NovoNordisk Hemofeleya Fondunun maliyyə dəstəyi ilə reallaşacaq: “NovoNordisk Hemofeleya Fondu dünyanın bir çox ölkəsində bu cür layihələr reallaşdırıb. Bu ildən Fond Azərbaycanda da hemofiliyalıxəstələrin vəziyyətinin yaxşılaşdırılmasına yardım edəcək”.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2271 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/2/2021- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

» 9/2/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçildi

» 5/2/2021- Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 5/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/2/2021- Daha üç şəhidimizin ailə üzvləri məşğulluq proqramlarına cəlb olunub, onlar üçün kiçik bizneslər yaradılıb

» 2/2/2021- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/2/2021- Sevincimə sevinən.....

» 3/2/2021- Görmə əlilliyi olan şəxslərə əlillik qruplarının təyin olunması

» 29/1/2021- “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.

» 29/1/2021- Növbəti təklif icra olunur: Əlilliyi olan şəxslərin reyestri hazırlanacaq

» 28/1/2021- Ödənişsiz hüquqi xidmətlər.

» 27/1/2021- “Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu onlayn platforma üzərində keçirildi.