XƏBƏRLƏR




- 11/9/2012 INKLUZIV ƏDALƏT
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Amerika Hüquqşünaslar Assosiasiyasının (ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD) maliyyə dəstəyi ilə “İnkluziv ədalət” layihəsini həyata keşirir. Layihənin müddəti 9 aydır (yanvar-sentyabr 2012-ci il). Məqsəd əlilliyi olan insanlara bərabər imkanların yaradılmasına dəstək olmaqdır. Fəaliyyətlər dəyirmi masa, ictimai görüşlərin keçirilməsi, seminarların təşkili və 5 obyektin (məhkəmə və əlilliyi olan insanların çox istifadə etdikləri sosial binalar) girəcəyinin əlilliyi olan insanlar üçün uyğunlaşdırılmasından (pandusun quraşdırılmasından) ibarətdir. Qeyd etmək istəyirik ki, Xəzər və Binəqədi rayon məhkəmələrində panduslar quraşdırılmışdır. Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Bakı Dövlət Universitetinin 1 saylı korpusu və Nizami rayon məhkəməsində isə bu işlər görülməkdədir.
BMT-nin “Əlilliyi olan şəxslər haqqında” Konvensiyasının qəbul etməsindən və Azərbaycan Respublikasının Konvensiyanı ratifikasiya etməsindən sonra, xüsusilə milli qanunvericiliyin təkminləşdirilməsi, əlillik sahəsində proqram və layihələrin hazırlanması, yerinə yetirilməsi, əlilliyi olan şəxslərin təşkilatlarının təmsilçiliyinin genişləndirilməsi sahəsində irəliləyişlər vardır. Lakin təəssüflə qeyd etməliyik ki, hazırda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdən biri olan infrastrukturun uyğunlaşdırılması sahəsində vəziyyət ürəkaçan deyildir. Respublikada gedən geniş tikinti-quruculuq işləri zamanı sərbəst hərəkətin təmin olunması az hallarda nəzərə alınır və bu zaman da müvafiq normalara riayət olunmur. Qeyd olunan çatışmazlıqlar nəqliyyat sektoru üçün də səciyyəvidir.
Bu problemlərin müzakirəsi, geniş ictimaiyyətə çatdırılması, müvafiq icra orqanlarının vəzifə borclarının yerinə yetirməmələrinin səbəblərinin araşdırılması ilə əlaqədar olaraq kimi təşkilatımız tərəfindən "Fiziki maneələr və uyğunlaşdırma" mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Hökumət, Ombudsman, Milli QHT, Beynəlxalq təşkilatlar, KİV nümayəndələri iştirak etmişlər. Tədbirin yekununda rəy və təkliflər toplanılıb ümumiləşdirildikdən sonra aidiyyatı orqanlara və ictimaiyyətə təqdim olunması nəzərdə tutulmuşdur.
Tədbir 11 sentyabr 2012-ci il tarixdə saat 11.30 – 13.00-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilmişdir.
Mətbuat xidməti
Bu xəbər 3073 dəfə oxunub