XƏBƏRLƏR




- 14/11/2012 14 noyabr Ümumdünya Diabet Günüdür.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
PRESS-RELIZ
Əlaqələndirici şəxs : Gülşən Hüseynova
Əlaqə telefonları : 498-00-71 iş, (050) 337 55 28
14 noyabr
Ümumdünya Diabet Günü
World Diabetes Day
14 november
Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Diabet Federasiyasının (BDF) tövsiyyələrinə görə 14 noyabr tarixi Ümumdünya Diabet Günü(ÜDG) kimi qeyd edilir. 14 noyabr diabet xəstələrinin köməyinə çatan insulini kəşf edən həkim Frederik Bantinqin ad günüdür. Dünyada 350 milyon, Azərbaycanda 163 minə yaxın bu qeyri-yolxucu xəsətlikdən əziyyət çəkən insan var. 2007-ci ildən isə 14 noyabr Birləşmiş Millətlər Təşkilatının günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir. Ümumdünya Diabet Gününün emblemi olan Mavi dairə şəkərli diabet(ŞD) ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: “Diabetə qarşı mübarizədə birləşin!”. 2009-2013-cü illər üçün ÜDG-nün 5 illik kompaniyasının mövzusu: “Diabetin təlimi və qarşısının alınması”-dır.
Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi tərəfindən 14 noyabr 2012-ci il tarixində saat 14.00-da Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində (ünvan: C.Cabbarli 34) 14 noyabr-Ümumdünya Diabet Gününə həsr edilmiş konfrans keçiriləcək.
Konfransın proqramına görə 14.30-da konfransı Bakı Baş İdarəsinin rəisi Elmira xanım Əliyeva ön sözlə açıq elan edəcək. Sonra rəyasət heyətinin üzvləri, Səhiyyə Nazirliyinin Tibbi Yardım şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov çıxış edərək Dünya Diabet Gününün keçirilməsi və Azərbaycanda şəkərli diabetlə bağlı nə kimi işlər görülməsi haqqında danışacaqlar. Respublika Endokrinoloji Mərkəzin direktoru, BTF-nın fəxri üzvü, t.e.n. Rauf Cabarov konfransa sədrlik edəcək.
Konfrans zamanı 3 çıxış nəzərdə tutulub. Ilk çıxış “Şəkərli diabetlə bağlı Azərbaycan Respublikasında görülən işlər” mövzusunda REM-in direktor müavini Yeganə Sultanova tərəfindən olacaq. “Şəkərli diabet xəstəliyinin müalicəsində son nailiyyətlər” mövzusunda REM-in elmi-praktik məsələlər üzrə aparıcı mütəxxəsisi Zərifə Əliyeva çıxış edəcək. Son çıxış “Şəkərli diabetin müalicəsində terapevtik təlimin rolu-“Diabet Məktəbləri”” mövzusunda REM-in əməkdaşı, təlimçi Səriyyə Ağayeva tərəfindən olacaq.
Dünya Diabet Günü həmçinin digər tədbirlərlə də qeyd edilir. Bu tarixdə saat 12.00-da “İrəli” Gənclər Təşkilatı ilə birgə Azərbaycan Diabet Liqası Park Bulvarda əhali arasında qlikemiyanın muayinəsini aparılacaq. Sonra gənclər həmrəklik nümayiş etdirərək flaşmob rəqs edəcəklər.
15.00-da isə “İrəli” Gənclər Təşkilatının ofisində Azərbaycan Diabet Liqasının üzvü, REM-in aparıcı həkimi Nərmin İsmayılovanın gənclər qarşısında maarifləndirici çıxışı olacaq.
Bu və digər tədbirlər Telekanallar (AzTV, ATV, Xəzər TV, İTV ), Agentliklər (Trend, APA, Azərtac, Интерфакс-Азербайджан) , Qəzetlər (Tibb qəzeti, Эхо, Зеркало, Respublika) tərəfindən işıqlandırılacaq.
Bu xəbər 4475 dəfə oxunub