07 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/11/2012 Əlillərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir


Əlillərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir
 

   

 

Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkar olunaraq cəmiyyətə təqdim olunması, yaradıcılıq nümunələrinin təbliği və dəstəklənməsi, beləliklə, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə tədbirlərin davamı kimi, «2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq, noyabrın 29-da Bakı şəhərində Əlillərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi öz işinə başlayıb.
     Üç gün davam edəcək tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin məsul şəxsləri, millət vəkili Qənirə Paşayeva, Bakı şəhər İH başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, əlil ictimai təşkilatlarının rəhbərləri, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, KİV-təmsilçiləri və b. iştirak edib. Açılışda artıq ənənə halını almış belə tədbirlərin istedadlı əlillərin cəmiyyətə tanıdılmasında, onların yaradıcılığının dəstəklənməsində, cəmiyyətə inteqrasiyasında mühüm əhəmiyyəti vurğulanıb. Sərgiyə baxış zamanı əl işləri təqdim olunan əlillərlə söhbətlər aparılıb, onların belə tədbirlərlə bağlı fikir və düşüncələri, yaradıcılıq qayğıları öyrənilib.
     Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovun müvafiq əmrinə əsasən, sərgi-müsabiqənin Əsasnaməsi, təşkilat komitəsinin, münsiflər heyətinin tərkibi təsdiq edilib, tədbirin təşkili ilə bağlı lazımı tədbirlərin görülməsi Dövlət Sosial Təminat Xidmətinə tapşırılıb. İstedadlı əlillərin aşkar edilməsi və tədbirə cəlb olunması məqsədi ilə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə, əlil ictimai təşkilatlarına və digər əlaqədar qurumlara məktubla müraciət edilib.
     Təhsil, mədəniyyət və turizm nazirlikləri, Respublika Rəssamlar İttifaqı ilə sıx əməkdaşlıq şəraitində təşkil edilən sərgi-müsabiqədə respublikanın bütün bölgələri təmsil olunmaqla 125 nəfər əlilliyi olan şəxsin və 20 nəfər sağlamlıq imkanları məhdud uşağın ümumilikdə 500-ə yaxın əl işi (rəsm, toxuma, hörmə, bədii tikmə, ağac üzərində iş, dulusçuluq və s.) təqdim olunacaq. Onlardan 73 nəfərini qadınlar təşkil edir.
     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sərəncamına əsasən, sərgi müsabiqənin qalibləri, habelə sərgidə əl işi ilə fərqlənən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün mükafatlar, mükafat almayan hər bir iştirakçıya maddi yardım verilməsi nəzərdə tutulub. Respublikanın bölgələrindən gələn sərgi iştirakçılarının yerləşdirilməsi və digər xidmətlərin göstərilməsi üçün müvafiq tədbirlər görülüb.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2871 dəfə oxunub




Flag Counter






» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib