XƏBƏRLƏR




- 30/11/2012 “3 dekabr-beynəlxalq əlillər günü” ilə əlaqədar “Hamı üçün bərabər imkanlar - Müyəssər mühit” mövzusunda konfrans
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
“3 dekabr-beynəlxalq əlillər günü” ilə əlaqədar
“Hamı üçün bərabər imkanlar - Müyəssər mühit” mövzusunda konfrans
BMT-nin “Əlilliyi olan şəxslər haqqında” Konvensiyasının qəbul etməsindən və Azərbaycan Respublikasının Konvensiyanı ratifikasiya etməsindən sonra, xüsusilə milli qanunvericiliyin təkminləşdirilməsi, əlillik sahəsində proqram və layihələrin hazırlanması, yerinə yetirilməsi, əlilliyi olan şəxslərin təşkilatlarının təmsilçiliyinin genişləndirilməsi sahəsində irəliləyişlər vardır. Lakin təəssüflə qeyd etməliyik ki, hazırda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdən biri olan infrastrukturun uyğunlaşdırılması sahəsində vəziyyət ürəkaçan deyildir.
Respublikada gedən geniş tikinti-quruculuq işləri zamanı sərbəst hərəkətin təmin olunması az hallarda nəzərə alınır və bu zaman da müvafiq normalara riayət olunmur. Qeyd olunan çatışmazlıqlar nəqliyyat sektoru üçün də səciyyəvidir.
Bu problemlərin müzakirəsi, geniş ictimaiyyətə çatdırılması, müvafiq icra orqanlarının vəzifə borclarının yerinə yetirməmələrinin səbəblərinin araşdırılması ilə əlaqədar olaraq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) ilə birgə
“3 dekabr-beynəlxalq əlillər günü” ilə əlaqədar
“Hamı üçün bərabər imkanlar - Müyəssər mühit” mövzusunda konfrans keçirilmişdir.
Tədbir 30 noyabr 2012-ci il tarixdə saat 11.30 – 13.00-də ƏƏSM-nin konfrans zalında (15 mərtəbə) keçirilmişdir
Reqlamentə uyğun olaraq ƏƏSMN-nin şöbə müdüri Vüqar Həsənov və
ƏTİ-nin prezidenti Davud Rəhimli giriş sözü ilə tədbiri açılışını etmişlər.
Əlil Təşkilatları İttifaqının ekspert-hüquqşünası, Sosial hüquqların araşdırılması İctimai birliyinin sədri Mayis Əliyev, Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İsgəndər Mustafayev, Ombudsman Aparatının Əlillik məsələləri üzrə xüsusi müşaviri Müqalib Mahmudov, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, Nəqliyyat Nazirliyinin sektor müdiri Ənvər Kərimov, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Rauf Fətəliyev, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Elşən Məmmədəliyev, digər əlil ictimai birliklərinin rəhbərləri dövlət tərəfindən əlil insanların rifah halının yaxşılaşdırılması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində görülən işlər, bu sahədə innovativ strategiyalar, sosial proqramlar və layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Yekunda rəy və təkliflər toplanılıb ümumiləşdirildikdən sonra aidiyyatı üzrə təşkilatlara və ictimaiyyətə təqdim olunacaqdır.
Bu xəbər 3250 dəfə oxunub