09 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/12/2012 BIRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI BAŞ KATİB 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü münasİbətİ İlə MÜRACİƏT 3 dekabr 2012


 

  

BIRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI

 BAŞ KATİB

   Beynəlxalq əlilliyi olan şəxslər günü münasİbətİ İlə 

  MÜRACİƏT

 

3 dekabr 2012

 

           Bu il keçirilən Paralimpiya Oyunları əlilliyi olan şəxslərin yüksəlmək və ruhlandırmaq üçün böyük potensiallarının olduğunu xatırlatdı. Bir qız paralimpiya çempionuna yazmışdı: “Həyatdakı çətinliklərin öhdəsindən necə gəldiyinizi, idmanda yeni qələbələr və uğurlar qazandığınızı görmək mənə güc və ilham verir.”

        Əlilliyi olan şəxslərin cəmiyyətə xüsusi müsbət təsirləri var və onların iştirakına əngəl törədən maneələri aradan qaldırsaq verdikləri töhfələr daha böyük olar.  Bu gün dünyada bir milyarddan çox əlilliyi olan şəxs yaşayır və bu o deməkdir ki, indi bu məsələ hər zamankından daha çox önəm daşıyır.

        BMT-nin qeyd olunan məsələlər üzrə sülhməramlı səfiri, əfsanəvi superstar Stevie Wonder özündə digərlərinə xidmət ruhunu  təcəssüm etdirir. Bu il Baş Qərargahda BMT Günü ilə əlaqədar möhtəşəm konsert verdikdən sonra o mənə dedi, “Mən BMT vasitəsilə dünyanı yaxşılaşdırmaq yolunda  etmək istədiklərimin hələ bir zərrəsini belə etməmişəm.”

        Bizim  çağırışımız odur ki, bütün insanlar istədikləri və layiq olduqlarına eyni dərəcədə sahib olmaq hüququ ilə təmin olunsunlar. Nəticədə hər kəs üçün daha yaxşı bir dünya qurulacaq. Bu il keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Rio+20 Konfransında tərəflər istifadə imkanının istədiyimiz gələcəyə sahib olmaq üçün çox önəmli olduğuna dair razılığa gəldilər.

        Biz BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Nizamnaməsinin məqsədlərinə nail olmaq üçün birlikdə mübarizə aparmalıyıq: ayrı-seçkilik və təcrid hallarını aradan qaldırmalı, müxtəliflik və birliyi dəyərləndirən cəmiyyətlər yaratmalıyıq.

 

BMT Baş Assambleyası gələn il vacib öhdəliklər və hələ də həyata keçirilməyən fəaliyyətlər arasındakı boşluğu aradan qaldırmağa stimul vermək məqsədilə “Əlillik və İnkişaf” mövzusunda yüksək səviyyəli iclas keçirəcəkdir. Bu yığıncaq beynəlxalq ictimaiyyətin əlilliyi olan şəxslərin hüquq, qayğı və töhfələrini bütünlüklə təqdim edən 2015-ci il inkişaf gündəliyini önə çəkmək üçün çalışdığı müddətdə baş tutacaq.

        Bu Beynəlxalq Əlilliyi olan Şəxslər Günü yüksək səviyyəli iclas üçün hazırlıqların rəsmi açılış mərasimini qeyd edir. Təklif edirəm ki, bu günü daha çox əlilliyi olan şəxslərin öz hüquqlarından faydalanması və böyük potensiallarını həyata keçirməsini təmin etmək yolunda çalışaraq qeyd edək.

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2557 dəfə oxunub




Flag Counter






» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib