18 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/1/2013 28 yanvar 2013-cü il tarixdə Gəncə şəhərində “Hamı üçün bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda konfrans keçirilmişdir.


 

№ 01                                                                                              «28» yanvar 2013-cü il

         

 

PRESS RELİZ

 

       Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Layihədəki fəaliyyətlər iki il yarım müddətdə yerinə yetiriləcəkdir.

    Eyni zamanda layihə çərçivəsində ictimai görüşlər, dəyirmi masalar və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

    Fəaliyyət planına uyğun olaraq 28 yanvar 2013-cü il tarixdə Gəncə şəhərində

 

“Hamı üçün bərabər hüquqlar və bərabər imkanlar”

mövzusunda konfrans keçirilmişdir.

 

   Hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslərin iştirakı ilə keçirilmiş tədbirdə əlilliyin vəziyyəti, statistikası, əlilliyi olan insanların sosial problemləri və onların həlli yolları haqqında çıxışlar və müzakirələr olmuşdur.

      Konfransı giriş sözü ilə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli açmış və məruzəsi dinlənilmişdir.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Şöbəsinin sektor müdiri İsgəndər Müstafayev,  “Dünyaya Baxış” (World Vision) beynəlxalq hümanitar təşkilatının layihə rəhbəri Vüqar Əhmədov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Cənab  Əsgər Babazadə, Ombudsmanın Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Səbuhi Abbasov,  İREX-in Gəncə üzrə koordinatoru Gahancir Gahancirov, QHT rəhbərləri Elmira İsmayılova, Həsən Hüseyinli çıxış etmişlər. Çıxışlar ətrafında müzakirələr olmuş, rəy və təkliflər verilmişdir.                                 

                            

Mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2442 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 9/5/2021- Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Gününü qeyd edir.

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi