26 Avqust 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/2/2013 "Gülsam" Əlillərin Reabilitasiyası İctimai Birliyi


 

Gulnare Salimova написала в Əngəlsiz Həyat Üçün.

"Gülsam" Əlillərin Reabilitasiyası İctimai...

Gulnare Salimova

13 февраля г. 0:44

"Gülsam" Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova "Reytinq"ə açıqlamasında bu günə kimi görülən işlərə rəğmən, ciddi problemlərin olduğunu da bildirib. O, dövlət səviyyəsində əlillərin sosial müdafiəsi istiqamətində atılan addımları yetərli saymadığını deyib: "Mən, təşkilat rəhbəri olaraq çox səbr etdim ki, dövlətimiz əlillərə diqqət və qayğısını daha da artırar. Amma dəfələrlə etdiyim müraciətə mənfi cavab aldığım üçün səbrim tükənib".
Bu günə kimi Dövlət Proqramı əsasında 3250-yə yaxın əlil vətəndaşa minik avtomobili, 7500-dən çox insana əlil arabası və müxtəlif reabilitasiya vasitələri verilib. G.Səlimova görülən işləri normal qiymətləndirsə də, ciddi problemlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, əlillərə paylanan arabalar 1 il çəkmədən sıradan çıxır. Avtomobillərə gəlincə, müsahibimiz "Mən bilmirəm, o minik avtomobili hansı əllilə verilir. Düzü, mən avtomobil istəmədim, matorlu əlil arabası istədim. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Ќazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavininin imzasıyla mənə göndərilən məktubda yazılır ki, qeyd etdiyiniz reabilitasiya avadanlığının alınması üçün vəsait nəzərdə tutulmadığından məsələnin həllinə kömək göstərmək imkan xaricindədir. Reabilitasiya mərkəzlərinə gəlincə, ora heç mən gedə bilmirəm. Müraciət edəndə deyirlər ki, yer yoxdur. Məcbur olub rəsmi müraciətdən sonra, ƏƏSMЌ-nin İsgəndər adlı əməkdaşı ilə telfon əlaqəsi yaratdıqda, mənə dedilər ki, nə vaxt istəsəniz, göndərək gedin. Deməli, getmək mümkün imiş", - söyləyib.
Birlik rəhbərinin əlillərin problemlərinin həlli ilə bağlı təklifləri də var. Deyir ki, arabada oturan əlil vətəndaşların nəqliyyat problemi həll olunsun və onlara uyğun nəqliyyat vasitələri verilsin: "Hər şey nəqliyyatdan başlayır. Əgər əlillərin nəqliyyat problemi həll olunsa, normal fəaliyyət üçün nəqliyyat imkanları yaradılsa, əlillər özlərinə uyğun işlə təmin olunar və kimsədən ehtiyac duymazlar. Bunun üçün liftli avtobuslar lazımdır ki, əlillər bir yerdən digərinə rahat gedə bilsinlər. Azərbaycanın bu kimi tədbirləri həyata keçirmək üçün kifayət qədər imkanları var. Ona görə də istəyirik ki, əlillərin bütün problemlərinin həlli istiqamətinlə lazım olan addımlar atılsın".
G.Səlimova nəzərə çatdırıb ki, rəhbərlik etdiyi "Gülsam" Əlillərin Reabilitasiyası İctimai Birliyi əlillərin sosial problemlərinin həlli istiqamətində işlər görür, əlil vətəndaşların həyat şəraitinin yüngülləşdirilməsinə yönəlmiş tədbirlər həyata keçirir: "Əlil uşaqların məktəbə getməsinə ailələrini razı salmaq üçün bütün zamanımı xərclədim. Bu, heç də asan olmadı, çox çalışdıq. Amma bir çox uşağın evdən xilas olmasına nail oldum. Əlillərə hüquqlarını, haqlarını anlatdım. Azərbaycan daxilində saysız əlil uşağın və böyüklərin müalicəyə göndərilməsinə nail olmuşuq. Möhtac olmasınlar deyə, iş və çörək sahibi olsunlar deyə, kompüter kursu açdıq. Çox müvəffəqiyyətli oldu. İllərlə bir çox kurslar təşkil etdik. Dərnəyin maddi vəziyyətini yaxşılaşdırmaqdan ötrü əlil olmayan insanlar üçün ödənişli kompüter kursu açdıq. Bu günə qədər həmin kursun 800-ə yaxın məzunu olub. Əlillərə qarşılıqsız və pulsuz, amma əlil olmayan insanlara ödənişli kompüter kursu keçməyə davam edirəm".
Birlik rəhbəri əlil olmayan insanlar üçün təşkil etdiyi ödənişli kurslardan gələn gəlirlə kiçik tikiş fabriki də açıb: "Həmin fabrikdə Qarabağ müharibəsinin 2 şəhid ailəsini, 1 əlil qızını işə götürmüşük. Tək istədiyim əlillərin cəmiyyət içinə çıxa bilməsi, çarəsiz qalmamalarıdır".
Z.MƏMMƏDLİ

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1815 dəfə oxunub




Flag Counter






» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"

» 29/7/2019- Sosial sifarişlər üzrə layihələrin monitorinqinə başlamışdır.

» 29/7/2019- SƏLİS - Mükəmməl, asan, dəqiq, yüksəksək səviyyəli xidmət brendi.

» 29/7/2019- Bərdə rayonunun Yenidaşkənd, Bacirəvan və ətraf kəndlərdə əlilliyi olan şəxslərə hüquqi xidmətlər. kə

» 20/7/2019- Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması

» 19/7/2019- Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir.

» 18/7/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 11/7/2019- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu

» 10/7/2019- Quba rayonunda rayonunda əlilliyi olan şəxslərə hüquq və xidmətlərə çatım üzrə seminar – təlimlər