17 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/2/2013 Əlilliyin kölgəsində qalan istedad


CƏMİYYƏT

Əlilliyin kölgəsində qalan istedad

http://gsr.fm/wp-content/themes/gsrfm/gsrfm/images/date.png19 İyul, 2012 http://gsr.fm/wp-content/themes/gsrfm/gsrfm/images/user.pngXanım Muxtarova

Elvira-sekil-cekir-esas-sekil

00:00

00:00

Yeni pəncərdə dinləhttp://gsr.fm/wp-content/themes/gsrfm/gsrfm/images/mp3_single.png

PAYLAŞ

facebooktwitter

 

http://genclerinsesi.org/wp-content/uploads/2012/07/sekil-esas-sekil-158x200.jpg

Elviranın çəkdiyi rəsm

Bu musiqi və şeiri ifa edən 24 yaşlı Elvira Yaqubova anadangəlmə fiziki qüsurludur. I qrup əlil olan bu gənc qız Xaçmaz rayonunda yaşayır. Onun ən böyük arzusu peşəkar rəssam olmaqdır. Elvira şəkil çəkməyə 10 yaşından başlayıb. İlk çəkdiyi rəsm isə babasının portreti olub.

Rəsm savadı olmasa da, Elviranın çəkdiyi şəkillər peşəkar rəssamların əsərlərini xatırladır. O, bir sıra rəsm müsabiqələrində də uğur qazanıb. Bu sözləri bizə ona könüllü dərs keçən rəsm müəlliməsi Xatirə Yaqubova söyləyir.

Xatirə Yaqubova:

- Sərgi keçirildi. Orda çox gözəl çıxış elədi. “Çiçəklənən, gözəl, müstəqil Azərbaycanımız” mövzusunda götürülmüşdü. Ondan kiçiklərin – məktəb tələbələrinin arasında olub. Üçüncü yer qazandı, amma birinciliyə layiq gördülər ilk növbədə.

Küçədə insanların ona baxmasından narahat olduğunu deyən Elvira bu səbəbdən də gününün çox hissəsini evdə keçirir.

Elvira Yaqubova:

- Yolda gedərkən, ya kənddən gələn kimsə, ya da uşaq-muşaq, çox baxanları deyirəm mən, olur ki, gözlərini zilləyib baxırlar. O vaxt bir az sıxılır adam.

http://genclerinsesi.org/wp-content/uploads/2012/07/Elvira-skripka-calir1-200x159.jpg

Rəsm çəkməyə marağı olan Elvira musiqiyə də həvəs göstərir

Real həyatda insanlarla ünsiyyət qurmaqda çətinlik çəkdiyi üçün facebook sosial şəbəkəsi vasitəsilə özünə dostlar qazanır.

Elvira ailənin ortancıl qızıdır. Digər iki bacısının ali təhsil almasına baxmayaraq, o, orta məktəbi bitirməyib. Bir müddət evdə dərs almaqla kifayətlənib.

Elvira Yaqubova:

- 4 sinif oxumuşam. Yəni evdə dərs almışam, həftədə 2 dəfə. Əlbəttə sonradan peşman oldum. Amma o vaxt uşaq idim, nəsə istəmədim, həyəcanlanırdım. Artıq oxumaq üçün gecdir. Orta məktəbi tam oxumadım da, bitirmədim.

Elviranın anası Minayə xanım Xaçmaz rayonunda İctimai İaşə Birliyində 20 il mühasib işləyib. Atası Nəriman bəy isə 13 il Texniki Peşə Məktəbində müəllim çalışıb. Minayə xanımın sözlərinə görə, hazırda ailənin Elviraya verilən təqaüddən başqa gəlir yeri yoxdur.

Minayə Yaqubova:

- Biz ona heç nə edə bilmirik. Nəsə eləmək, nəsə onu qabağa çəkmək, savad almaq, hər şey pula bağlıdır. Bir dənə onun 55-60 manat pulu ilə nə etmək olar?! Ailəyə gələn pul da odur. Hökumət də bir şey vermir, dolanışıq yoxdur.

Minayə xanım bildirir ki, ünvanlı sosial yardım almaq üçün Xaçmaz rayon Sosial Təminat Şöbəsinə bir neçə dəfə müraciət etsə də, onun müraciətinə baxan olmayıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq.  Şöbənin adının çəkilməsini və səsinin yazılmasını istəməyən əməkdaşından aldığımız məlumata görə, ailədə heç kim işləmədiyi üçün Yaqubovlar ailəsinə ünvanlı sosial yardım düşmür.

http://genclerinsesi.org/wp-content/uploads/2012/07/Elviranin-anasi-ile-sohbet1-200x133.jpg

Elviranın anası Minayə xanım ailənin sosial vəziyyətinin aşağı olmasından danışır

Elviranın anası deyir ki, həyat yoldaşı Nəriman bəy iki ildir ki, işsizdir. Özü isə qızını evdə tək qoyub işləyə bilmir.

Minayə Yaqubova:

- Mən heç olmazsa, pensiya alsaydım 100 manat, bilərdim ki, mənim quru çörək pulum var. Papağımı göyə atardım. Mən gözləyirdim ki, Elviraya görə, mənə pensiyanı 1 il qabaq verməli idilər. Yəni üç uşağım yoxdur?! Mənə dedilər ki, 51 yaşdan sən beşuşaqlı sayılacaqsan, alacaqsan. 51 yaşa 9 ay qalmış qərarı dəyişdilər. Bir pis oldum ki, dedim, ay Allah günləri sayırdım ki, çörək pulum olar da, arxayın olaram. Bir dənə bunun pensiyası ilə mən nə edə bilərəm ki?

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin hüquq müdafiəçisi Sədaqət Paşayevanın sözlərinə görə, “Əmək pensiyaları haqqında Qanun”a dəyişiklik etməzdən əvvəl sosial təminata ehtiyacı olan ailələr ciddi araşdırılmalı və onların sosial vəziyyəti nəzərə alınmalıdır.

Sədaqət Paşayeva:

- Əhalinin Sosial təminatı ilə bağlı qanunda konkret müddəalar olmalıdır. Tutaq ki, sosial təminat hansı ailələrə verilir. I qrup əlil nə qədər maaş almalıdır, II qrup nə qədər təminat almalıdır və bunlar hansı şərtlərlə dəyişilir. Konkret hüquq müddəası olanda, vətəndaş narazı qalanda, götürür, verir məhkəməyə, haqqını tələb edir. Amma belə qeyri-müəyyənlik olanda, bununla bağlı qanunda xüsusi müddəalar olmayanda, vətəndaş heç yana müraciət edə bilmir, qalır belə.

Xatırladaq ki, 2009-cu ilin 27 oktyabr tarixində “Əmək pensiyaları haqqında Qanun”un 8-ci maddəsinə dəyişiklik edilib. Sağlamlıq imkanları məhdud olan uşaq böyüdən üçuşaqlı ailələr əmək pensiyasından məhrum edilib. Əmək pensiyası beş və daha çox uşaq dünyaya gətirən qadınlara şamil edilib.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4476 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”