07 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/2/2013 Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib


Fevralın 26-da Prezident İlham Əliyev Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak edib.

 

Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
 
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
 
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
 
Sonra Prezident İlham Əliyevə abidənin ucaldığı parkda aparılmış yenidənqurma işləri haqqında məlumat verildi.
 
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
 
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmışdır. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etmiş və onun dinc əhalisinə amansızcasına divan tutmuşlar. Aylarla blokadada qalaraq zəifləmiş Xocalı şəhərinin müdafiəçiləri sayca onlardan qat-qat çox olan, təpədən-dırnağa qədər silahlanmış ermənilərin hücumunu dəf edə bilməmişlər. Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülmüş, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanmış, 1275 nəfər girov götürülmüş və insanı alçaldan işgəncələrə məruz qalmışdır, 150 nəfərin taleyi hələ də məlum deyildir. 8 ailə tamamilə məhv edilmişdir. Bu rəqəmlər insanı dəhşətə gətirir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişlər.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2715 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 6/7/2022- UNEC İnklüziv təhsil mərkəzi- "Qətlə aparan yol" kitabının təqdimatı

» 6/7/2022- Azərbaycan və Türkiyə arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

» 5/7/2022- “Qəhrəmanlıq nümunəsi” Kitabının qəhrəmanları

» 5/7/2022- “Bir qəsəbənin üç Milli Qəhrəmanı” filminin növbəti təqdimat mərasimi keçirildi.

» 4/7/2022- Vətəndaş Cəmiyyətinin inkişafı ilə bağlı Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı müzakirə olunub.

» 5/7/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 4/7/2022- Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Gələcəyin assosiasiyaları” layihəsi əsasında aidiyyatı üzrə fəaliyyətlərin həyata keçirilməsinə başlamışdır.

» 4/7/2022- Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq onlayn rejimdə görə bilərsiniz

» 1/7/2022- ƏMAS-da yeni funksional imkanlar yaradılıb

» 30/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı