01 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/3/2013 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Hemofiliyalı xəstələr üçün keçirilən növbəti təlimlər başa çatmışdır.


 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Hemofiliyalı xəstələr üçün keçirilən növbəti təlimlər başa çatmışdır.

 

 Novo Nordisk Hemofiliya Fondunun maliyyələşdirdiyi Regionlarda hemofiliyaya dair diaqnostika sahəsində potensialın möhkəmlənməsi və pasientlərin maarifləndirməsi vasitəsi ilə hemofiliyalı xəstələrə  qayğının desentralizasiyası layihəsinin həyata keçirilməsində Gənclər və İdman Nazirliyinində töhvəsi var. Belə ki, layihə çərçivəsində nəzərdə tutulmuş təlimlərin aparılması Gənclər və idman Nazirliyinin nəzdindəki  Şuvəlan qəsəbəsində yerləşən “Cırtdan” istirahət və sağlamlıq Mərkəzində  baş tutmuşdur.  Burada 100  nəfərdən ibarət hemofiliyalı uşaq, gənclər və onların ailə üzvləri hemofiliya xəstəliyi haqqında qiymətli informasiya əldə etmişlər. Təlim iştirakçıları mart ayının  8 günü ərzində bilik əldə etməkdən başqa,  burada Avropa standrtlarına uyğun  şəraitdə müalicə almış,   istirahət etmiş, bayram ərəfəsində Ictimai Televiziyasının uşaq proqramının aparıcısı Kamran Mustafayevlə birgə  əylənmişlər.

 

100 nəfər təlimçilərin arasında olan 41 uşaq, 32 gənc  və 27 valideyn  ayrı ayrılıqda qruplara bölünmüş və  hemofiliya xəstəliyinə dair məşğələlər keçmişlər. Müasir müalicə nəzərdə tutduqda, burada hemofiliyalı xəstələr bahalı dərman preparatları vasitəsi ilə reabilitasiya prosedurları keçmiş, idmanla məşqul olmuş və psixoloji yardım almışlar.

 

Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının verdiyi məlumata görə  dünyanın inkişaf etmiş ölkələrində belə təlimlər mütamadi olaraq keçirilir və buda vətəndaşın həm fiziki, həm də mənəvi inkişafına böyük təkan verir.  Layihə çərçivəsində təlimlər Bakı.  Gəncə və Şirvanda  2014 ilin mart ayına kimi davam edəcəkdir

 

Qeyd etmək lazımdır ki,  çox bahalı olan qanın laxtalanma faktor konsentratları dərman preparatlarının Azərbaycan Dövləti tərəfindən təmin edilməsi il ildən bizim hemofiliyalı uşaqlarımızın  sağlamlığının qorunmasında böyük rol oynayır. Bu dərman preparatları Səhiyyə Nazirliyi tərəfindən hemofiliyalı təlim  iştirakçılarına verilmişdir.

 

Xatırladaq ki, hemofiliya ağır irsi qan xəstəyidir. Qanda laxtalanma faktorunun çatışmazlığından laxtalanma faktor dərman preparatları olmadığı təqdirdə hemofiliyalı uşaqlar erkən yaşlarında ağır dərəcəli əlil olurlar.

 

 

Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının əlaqə telefonları

(012 ) 513 15 39;  (012) 480 41 08; (050 ) 346 7279

Əlaqə üçün şəxs: Gülnarə Hüseynova

 

 

 

 

 

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4334 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!