XƏBƏRLƏR




- 2/4/2013 “Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası” mövzusunda treninq – seminar
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası” mövzusunda treninq – seminar
Bakı şəhəri, 27-29 mart 2013-cü il.
“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyası istiqamətində “Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası” problemlərinin müzakirəsinə həsr olunmuş 3 günlük treninq – seminar təşkil etmişdir.
Treninq - seminar 27-29 mart 2013-cü il tarixində Heydər Əliyev Fondu və Rusiya Federasiyasının “UralSib” Maliyyə Korporasiyası tərəfindən Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inşa olunmuş yeni Reabilitasiya Mərkəzində keçirilmişdir.
“Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası” treninq- seminarında bu məsələlər müzakirə olunmuşdur.
1. Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası imkanları
2. Uşaq Serebral İflici (USİ) keçirmiş uşaq və gənclərin sosial reabilitasiyası metodikası
3. Əlilliyə səbəb olan əsas inkişaf pozulmaları.
4. Sağlamlığında məhdudiyyəti olan uşaq və gənclərin sosial adaptasiyası məqsədi ilə
professional psixoloji-pedoqoji reabilitasiya işinin təşkili
5. Ailədə, ev şəraitində fiziki və əqli inkişafında qüsurları olan uşaq və gənclərin hərəkət
fəaliyyətinin inkişafı üçün müyəssər şəraitin yaradılması.
6. Əqli və fiziki qüsurlu uşaq və gənclərin neqativ meyllərdən yayındırılması
7. Əqli və fiziki qüsurlu uşaq və gənclərin sosial adaptasiyası istiqamətində əmək terapiyasının
rolu.
8.Əlil uşaq və gənclərin cəmiyyətə sosial inteqrasiyası.
Treninq - seminarda xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərlə işləyən mütəxəssislər, Suraxanı rayon İcra Hakimiyyətinin və onun strukturlarının nümayəndələri, polis əməkdaşları, valideynlər iştirak etmişlər.
Bu xəbər 6858 dəfə oxunub