XƏBƏRLƏR




- 9/4/2013 Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layihəsini
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
RESS - RELİZ № 01
Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə, 05 aprel 2013 – cü il tarixindən – 05 avqust 2013-cü il tarıxinə kimi, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layihəsini həyata keçirdəcəkdir.
Layihənin drektoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, Layihənin əsas məqsədi, Bakı və Şirvan şəhərində müharibə əlillərinin və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin bütün xidmətlərindən faydalanmalarını dəstək verərək, onların informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artıraraq, internet üzərindən elektron ərizə formalarından, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “E-imza”, Səhiyyə Nazirliyinin “Səhiyyə-sağlamlıq”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial-sığorta” və Dövlət Sosial Müdafiəsi Fondunun “Sosial-kart”, “Visa Elektron” bank kartlarından və başqa onlayn kargüzarlıq xidmətlərindən istifadə etmələri üçün marifləndirmə işləri aparmaq və onların bu sahədə yaranmış problemlərin həllinə köməklik göstərməkdir.
Ümüd edirik ki, təşkilatımız tərəfindən həyata keçiriləcək bu layihə çərçivəsində görüləcək marifləndirmə işləri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 16 yanvar 2013-cü il tarixində imzaladığı Sərəncamına əsasən, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Respublikasında 2013-cü ilinin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə dair hazırladığı tədbirlər planına və müharibə əlillərinin, şəhid ailələrinin və xususi qayğıya ehtiyacı olan vətəndaşların, adiyəti olan Mərkəzi İcra Hakimiyyəti Orqanlarının, Elektron İnformassiya Xidmət Mərkəzlərinin elektron idarəetmə və məlumat bazalarında onlayn kargüzarlıq xidmətlərindən faydalanmalarına dəstək olacaqdır.
Azərbaycan Respublikası
Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun
Mətbuat Xidməti
Bu xəbər 3373 dəfə oxunub