XƏBƏRLƏR




- 2/5/2013 Ümummilli lider Heydər Əliyevin əlillərə qayğısı yüksək humanizm nümunəsidir
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı olaraq, mayın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyətləri ilə birlikdə «Əlillərin sosial müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti və qarşıda duran məsələlər» mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, Sumqayıt Əlillərin Bərpa Mərkəzinin direktoru Şaban Eyvazov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctiмai Birliyinin sədri Mehdi Mehdiyev və digər əlil birliklərinin rəhbərləri Ümummilli lider Heydər Əliyevin ölkə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində misilisz xidmətlərindən söz açıblar.
Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısı hər şeydən öncə yüksək humanizm nümunəsi olub. Əlilliyi olan insanların ictimai həyatın bütün sahələrində iştirak etməsi üçün bərabər imkanlara malik olması, onların öz fərdi əmək qabiliyyətlərinə və maraqlarına uyğun dolğun həyat sürməsi Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən sosial strategiyanın daim başlıca hədəfinə çevrilib.
Tədbirdə əlillərin mənzil və minik avtomobilləri, müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı, bərpa-müalicə sisteminin təkmilləşdirilməsi və digər istiqamətlərdə əsası ulu öndər tərəfindən qoyulmuş tədbirlərdən ətraflı bəhs olunub, bu tədbirlərin möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ilbəil geniş vüsət aldığı vurğulanıb.
Dəyirmi masada əlillərin tibbi-sosial reabilitasiyası işinin mütərəqqi beynəlxalq təcrübəyə uyğun qurulması sahəsində qarşıda duran məsələlər də müzakirə edilib.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Bu xəbər 3461 dəfə oxunub