29 May 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/11/2013 Şuranın dəstəyi ilə əlilliyi olan şəxslərin hüquqlarına dair növbəti tədbir Gəncə şəhərində keçirilmişdir


PRESS RELİZ

Gəncə  şəhəri                                                                                                            18 noyabr 2013-cü il

      

Şuranın dəstəyi ilə əlilliyi olan şəxslərin hüquqlarına dair

 növbəti tədbir Gəncə şəhərində keçirilmişdir

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB)  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” adlı layihəsini uğurla həyata keçirməkdədir.

Qeyd edək ki, bu layihənin əsas məqsədi əlilliyi olan şəxslərin (ƏOŞ) hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin yüksəldilməsindən ibarətdir.

İctimai Birliyin sədri Ramilə Mahmudovanın mətbuata verildiyi məlumata görə, bu layihə çərcivəsində əlilliyi olan şəxslərin hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlığının mühafizəsi, sosial təminat, sosial xidmət və digər hüquqlarını özündə əks etdirən bukletin nəşr edilməsi, onların  hüquqları ilə bağlı Bakıda və daha 4 inzibati ərazi vahidində (Gəncə, Şirvan şəhərləri, Abşeron və Qazax rayonları) əlilliyi olan şəxslərin, onların ailə üzvlərinin, əlil təşkilatlarının nümayəndələrinin və müvafiq QHT üzvlərinin iştirakı ilə təlimlərin və ya ictimai müzakirələrin təşkil edilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda layihə müddətində əlilliyi olan şəxslərə, onların ailə üzvlərinə, əlil təşkilatlarının nümayəndələrinə, QHT üzvlərinə və digər insanlara hüquqi yardım göstəriləcək, həmin şəxslərin hüquqları dövlət qurumlarında və məhkəmə orqanlarında müdafiə ediləcəkdir. Bundan əlavə əlilliyi olan şəxslərin hüquqlarına dair qanunvericilik bazasının təhlil edilməsi və müxtəlif sosial məsələlərlə bağlı dövlət proqramların nəzərdən keçirilməsi də qarşıya qoyulan vəzifələr sırasındadır.

Həmin şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin araşdırılmasının, sosioloji sorğuların keçirilməsinin, dəyirmi masaların təşkilinin, layihədə nəzərdə tutulan digər fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq, “Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyələr” adlı yekun sənəd hazırlanaraq ictimai müzakirəsi keçiriləcək və həmin  Tövsiyələr baxılmaq üçün müvafiq dövlət orqanlarına təqdim ediləcəkdir. 

Həyata keçirilən layihənin Fəaliyyət planına uyğun olaraq 18 noyabr 2013-cü il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxanasında Ombudsmanın Gəncə regional mərkəzinin rəhbərinin və digər aidiyyəti dövlət orqanlarının yerli şöbəsinin nümayəndələrinin, bələdiyyələrin, əlilliyi olan şəxslərin özlərinin, o cümlədən onların təmsil olunduğu ictimai təşkilatların iştirakı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılması” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan layihənin hüquqşünas-eksperti, əmək və sosial təminat hüquqları üzrə tanınmış alim, BDU-nin professoru Mayis Əliyev ilk növbədə iştirakçılara “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə xanım Mahmudovanın səmimi salamlarını və xoş arzularını çatdırmış, eyni zamanda xüsusi olaraq vurğulamışdır ki, layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, təbirin keçirilməsinə yaratdıqları şəraitə görə isə Şirvan Şəhər İcra Hakimiyyətinə İctimai Birliyin sədri öz təşəkkürünü bildirir.

Daha sonra layihənin hüquqşünas-eksperti tərəfindən bu qəbildən olan insanların hüquqlarına dair qanunvericiliyin müasir vəziyyəti və inkişaf prespektivləri, onların pozulmuş  hüquqlarının inzibati və məhkəmə qayadasında müdafiəsi məsələləri barədə hüquqi maarifləndirmə xarakterli məlumatlar verilmiş, sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsinə maneəsiz müyəssər olmasının vacibliyi, aidiyəti dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyələrin, vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əməkdaşlığının əhəmiyyəti vurğulanmış və tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.

Tədbirdə Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində Ombudsmanın rolu”, Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədri Elmira İsmayılova isə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində vətəndaş cəmiyyətinin rolu” mövzularında çıxışlar ediblər.

Mövzu ilə bağlı çıxış edən digər şəxslər isə əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı baxımından bu kimi tədbirlərin davamlı şəkildə, xüsusilə də regionlarda keçirilməsinə böyük ehtiyac olduğunu bildirmişlər.

Tədbir iştirakçıları tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini vəziyyəti barədə geniş müzakirələr aparılmış, həlli vacib olan bir sıra problemlərin aradan qaldırılması ilə bağlı səmərəli təkliflər irəli sürülmüşdür.

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin adı çəkilən layihə çərçivəsində  nəşr etdirdiyi əlilliyi olan şəxslərin hüquqi statusu və onların sosial müdafiəsi ilə bağlı ümumi xarakterli qısa məlumatları özündə əks etdirən buklet iştirakçılar arasında paylanılmışdır.

Mətbuat xidməti

        TƏŞKİLAT HAQQINDA MƏLUMAT

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) 28 may 2008-ci ildə - Respublika günündə təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 24 dekabr 2008-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Fəaliyyəti bütün respublika ərazisini əhatə edən təşkilatın  əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmalarına yardım etməkdir.

 

Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsinə nail olmağa çalışır:

  • əlilliyi olan şəxslərə  qarşı ayrıseçkiliyin aradan qaldırılmasına, onlar üçün bərabər hüquqların və imkanların yaradılmasına dəstək vermək;
  • əlilliyi olan gənclərin ictimai fəallığının artırılmasına yardım etmək;
  • əlilliyi olan şəxslərə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmələri üçün şəraitin yaradılmasına kömək etmək və s.

Eyni zamanda Birlik Nizamnaməsində nəzərdə tutulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları, həmçinin beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri ilə əməkdaşlıq edə, elmi araşdırmalar apara, müxtəlif kurslar, seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edə, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirə bilər.

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları  Forumunun (MQF), Əlil Təşkilatları İttifaqının (ƏTİ) və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının, “World Vision” Beynəlxalq Humanitar Təşkilatının “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsi çərçivəsində yaradılan “Hamı üçün bərabər imkanlar” QHT Koalisiyasının üzvüdür.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 115852 dəfə oxunub




Flag Counter






» 27/5/2020- QHT TV-nin "Ictimai Baxış" proqramının növbəti qonağı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli olub.

» 26/5/2020- Əlilliyi olan qadınların özünəməşğulluğuna dəstək

» 25/5/2020- Müyəssərlik barədə məlumatlandırma

» 25/5/2020- COVİD-19 koronavirusla əlaqədar əlilliyi olan şəxslər üçün təlimat. ZOOM OHCHR

» 22/5/2020- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.

» 21/5/2020- Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib.

» 12/5/2020- "Jest dilində məlumatlandırma" video roliki

» 8/5/2020- İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı

» 7/5/2020- Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinin M Ə L U M A T I

» 5/5/2020- 5 may

» 5/5/2020- Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək

» 4/5/2020- Xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər

» 2/5/2020- Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək

» 2/5/2020- Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq

» 1/5/2020- Karantin müddətində əlilliyi olan şəxslərə 543 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib

» 28/4/2020- "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.

» 23/4/2020- Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir

» 19/4/2020- Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?

» 18/4/2020- İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü

» 16/4/2020- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin onlayn konfransı keçirilmişdir.