XƏBƏRLƏR




- 6/2/2014 AZƏRBAYCAN ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ (ƏTİ) 2013-Cİ İL ÜZRƏ HESABATI (Xülasə)
- Əlilliyi olan şəxslər üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılması
- Konvensiya üzrə işçi qrup ilə işlərin aparılması
- Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə dəstək vermək
- Dünya Əlillər Birliyi;
- Yoxsulluğa Qarşı Qlobal çağırış;
- BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə işçi qrupu;
- Ombudsmanın yanında müstəqil ekspertlər qrupu;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində:
- “Əlil və Şəhid ailələri üçün Respublikanın müxtəlif şəhər və rayonlarında inşa olunan yaşayış binalarının bölgüsünü həyata keçirilməsini həyata keçirən komissiya”;
- “Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə kömək göstərənkomissiya”;
- Şəffaflıq Tərəfdaşlığı QHT-lərin platforması;
- İnsan Hüquqları üzrə QHT koalisiyası.
- Əlil Təşkilatları İttifaqının saytı (www.udpo.az) Milli nternet Mükafatı - Milli Net 2013 müsabiqəsinə təqdim olunmuş və 3-cü yerə layiq görülmüşdür.
- İlk dəfə olaraq “Əlilliyi olan şəxslərin dostu” mükafatı təsis olunmuş, 9 təşkilatın rəhbəri qalib olmuşdur. 3 dekabr beynəlxalq əlillər günündə keçirilmiş konfransda mükafatlar qaliblərə təqdim olunmuşdur.
- - ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ (ƏTİ) 2015-Cİ İL ÜZRƏ MALİYYƏ HESABATI
- - Universal Dövri Icmal
- - BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında " Konvensiya üzrə PARALEL hesabat
- - AZƏRBAYCAN ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ (ƏTİ) 2013-Cİ İL ÜZRƏ HESABATI (Xülasə)
- - AZƏRBAYCAN ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ 2011-Cİ İL ÜZRƏ HESABATI
- - AZƏRBAYCAN ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ 2012-Cİ İL ÜZRƏ TƏSVİRİ VƏ MALİYYƏ HESABATI
- - AZƏRBAYCAN ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ (ƏTİ) 2014-cü il üzrə Təsviri və Maliyyə HESABATIARI
- - ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ (ƏTİ) 2016-Cİ İL ÜZRƏ MALİYYƏ HESABATI
- - ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ (ƏTİ) 2017-Cİ İL ÜZRƏ MALİYYƏ HESABATI
- - BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında " Konvensiya üzrə PARALEL hesabat (2018)
- - ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ (ƏTİ) 2018-Cİ İL ÜZRƏ MALİYYƏ HESABATI
AZƏRBAYCAN ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ (ƏTİ)
2013-Cİ İL ÜZRƏ HESABATI (Xülasə)
Əlil Təşkilatları İttifaqı missiyasına uyğun və məqsədinə nail olunmaq istiqamətində 2013-cü ildə fəaliyyətlərini davam etdirmişdir. Bərabər hüquq və bərabər imkanlar cəmiyyətinin formalaşması üçün əlilliyi olan şəxslərin təşkilatlarının ümumi problemlərin həllində maksimum bircə fəaliyyətini təmin etmək üçün səylərini davam etdirmişdir. Umumi yığıncaq, idarə heyyəti iclaslarında bu məsələlər bircə müzakirə olunmuş və bircə fəaliyyətlər olmuşdur. Bu və digər məqsədlərə nail olunmaq üçün 2013-cü ildə aşağıdakı fəaliyyətlər həyata keşirilmişdir.
Layihələr
1. Əlilliyi olan insanların həyatında müsbət dəyişikliklər.
World Vision Beynəlxalq hümanitar təşkilatı.
Məqsəd və vəzifələr:
Layihənin ikinci etapı üzrə donora hesabat təqdim olunmuşdur. Hazırda layihənin ikinci etapı yerinə yetirilir.
Beynəlxalq Əlillər Birliyi (DPİ), Avropa Əlillər Forumu (EDF), Beynəlxalq Əlillər Alyansı, Dünya Karlar Federasiyası, Azərbaycan Əlil Təşkilatları İttifaqı (UDPO) tərəfindən, Açıq Cəmiyyət Fondu və Azərbaycan Əlil Təşkilatları İttifaqının (UDPO) (2013)
11-14 iyun 2013-cü il tarixdə Bakıda qeyd olunan təşkilatların nümayəndələri tərəfindən təlim aparılmışdır. Bundan sonra tərəfimizdən paralel hesabat hazırlanmış və BMT-nin xüsusi Komitəsinə təqdim olunmuşdur. Hesabat BMT-nin saytına qoyulmuşdur. 2-13 sentyabr tarixində Genevrədə BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiya üzrə Komitənin 10-cu sessiyası keçirilmiçdir. Sessiyada Azərbaycan, Avstriya, Avstraiya, Salvador, Kosta Rika və İsveçrədən QHT-lər tərəfindən təqdim olunan paralel hesabatların təqdimatları olmuşdur. Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) təqdim etdiyi hesabatın təqdimatını etmiş, aktual məsələlər və onların həlli yolları üzrə təkliflərini təqdim etmişdir. Sesiyyada ƏTİ-ni əvvəlcədən seşilmiş 3 nümayəndə təmsil etmişdir.
3. “ƏLILLIYI OLAN INSANLARIN AZƏRBAYCANIN ALI TƏHSIL MÜƏSSISƏLƏRINƏ INTEQRASIYASININ TƏMƏLININ QOYULMASI” adli tempus layihəsi üzrə partnyor təşkilat kimi təkliflər hazırlanaraq layihənin koordinatoru Xəzər universitetinə təqdim olunmuşdur. Layihə Avropa İttifaqı tərəfindən qəbul olunmuş və yerinə yetirilməyə başlanmçışdır.
4. Azərbaycan Hüquqşünaslar Konfederasiyasının USAİD ilə layihəsi çərçivəsində “İnkluziv cəmiyyətin formalaşmasına dəstək – Hamı üçün bərabər hüquqlar və bərabər imkanlar” mövsusunda layihə təqdim olunmuş və qəbul olunmuşdur. Eyni zamanda ƏTİ burada yaradılan QHT hüquq koalisiyasına üzv qəbul olunmuşdur.
Təmsilçilik
İttifaq iki koalisiyaya üzv qəbul olunmuşdur:
Azərbaycan Şəffaflıq Tərəfdaşlığı QHT-lərin platforması və İnsan Hüquqları üzrə QHT koalisiyası.
Beləliklə, ƏTİ aşağıdakı koalisiya və komissiyalarda təmsil olunur:
Qanunlara təkliflər
BMT-nin “Əlilliyi olan insanların hüquqları haqqında”Konvensiya və Əlavə protokolun ratifikasıyası ilə əlaqədar milli hüquqi-normativ sənədlərdə dəyişikliklərin olunması, yeni qanun layihəsinin hazırlanması istiqamətində fəaliyyətlər davam etdirilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman, UNİCEF, milli QHT-lərlə birlikdə görüşlər keçirilmiş, müzakirələr aparılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları” adlı yeni qanun layihəsinə 38 bənddən ibarət təklif paketi hazırlanmış və müvafiq icra hakimiyyəti və qanunverici orqana təqdim olunmuşdur.
Konvensiya ilə əlaqədar parallel hesabat hazırlanarkən qanunvericilik və hüquqi-normativ sənədlərin vəziyyəti analiz olunmuş, sual və təkliflər paralel hesabatda qeyd olunmuşdur.
ƏOŞ-lərin social müavinatının artırılması, müyəssərliyin təmin olunması qaydalarının təsdiq olunması, TSEK arayışlarında məşğulluğun təmin olunmasına mane olan uyğunsuzluğun aradan qaldırılması, inkluziv təhsilin qanunda əks olunması və s. istiqamətlər üzrə təkliflər olunmuş, lobbiçilik fəaliyyətləri aparılmışdır. Qeyd olunan təkliflərin bir qismi təsdiq olunmuşdur.
Xidmətlər
715 nəfər əlilliyi olan şəxslərə və ya onların təşkilatlarına hüquqi və konsultativ (məlumat) xarakterli yardımlar gösdərilmişdir. Əlilliyi olan şəxslər tərəfindən olunmuş müraciətlərə əsasən 54 nəfərin social problemlərinin həllinə yardım olunmuşdur. 9 nəfər əlilliyi olan şəxsin məşğulluğunun təmin olunmasına dəstək olunmuşdur. 135 nəfərə birbaşa maddi, 36 nəfərə texniki reabilitasiya vasitələrinin alınıb çatdırılmasına yardım olunmuşdur. Yardımlar Azərsun, MətanətA, Gəncliyə Yardım Fondundan verilmişdir.
Nəşrlər
Əlilliyin müxtəlif sahələrini əhatə edən 3 adda 1500 hüsxə kitab, 1500 buklet, 500 disk nəşr olunmuş və paylanmışdır.
Dəyirmi masa, konfrans, sərgilər
2 konfrans, 8 dəyirmi masa, 1 sərgi həyata keçirilmiş və bu tədbirlərdə 510 nəfər iştirak etmişdir.
İştirakçılıq
1. Milli səviyyədə müxtəlif təşkilatlar tərəfindən təşkil olunmuş 48 tədbirdə iştirakçılıq təmin olunmuşdur.
2. Beynəlxalq tədbirlər
1. 16-20 iyul 2013-cü ildə Nyuyorkda BMT-də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası iştirakçı ölkələrin illik konfransı keçirilmişdir. Konfrans ərəfəsindədə Vətəndaş Cəmiyyəti Forumu (VCF) keçirilmişdir. VCF-u Beynəlxalq Əlil Təşkilatları Birliyi, Əlillər Fondu, Beynəlxalq Əlillər Alyansı, Beynəlxalq əlillər və inkişaf konsorsumu, Beynəlxalq Reabilitasiya təşkilatları ilə birlikdə təşkil olunmuşdur. 20 iyul 2013-cü il tarixdə isə BMT-nin İqtisadi və Sosial
Məsələlər üzrə Departamentinin (UNDESA) Forumu keçirilmişdir. Azərbaycan Əlil Təşkilatları İtifaqının prezidenti Davud Rəhimli bu tədbirlərə ekspert kimi iştirak etmiş və hər iki tədbirdə çıxış etmişdir. Əsas istinad 2015-ci ildən sonra inkişaf proqramıdır.
2. 2-13 sentyabr tarixində Genevrədə BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiya üzrə Komitənin 10-cu sessiyası keçirilmiçdir. Sessiyada Azərbaycan, Avstriya, Avstraiya, Salvador, Kosta Rika və İsveçrədən QHT-lər tərəfindən təqdim olunan paralel hesabatların təqdimatları olmuşdur. Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) təqdim etdiyi hesabatın təqdimatını etmiş, aktual məsələlər və onların həlli yolları üzrə təkliflərini təqdim etmişdir.
3. “Əlillərin hüquqları haqqında beynəlxalq konvensiyasın həyata keçirilməsi: Cənubi Qafqaz ölkələri və Moldovadan öyrənilmiş təcrübə və gələcək fəaliyyətlər”. Tbilisi, Gürcüstan.12-13 dekabr, 2013
4. Dünya Əlillər Birliyinin 6-7 aprel tarixində İstanbulda keçirilmiş assambleyasında iştirak olunmuşdur.
5. Beynəlxalq təşkilatlar tərəfindən əlilliyin vəziyyətinin öyrənilməsinə dair 3 sorğunun aparılmasına dəstək olunmuşdur.
KİV və Media
KİV-lərinə 26 müsahibə verilmiş, Mediada 5 çıxış olunmuşdur. Təşkilatın veb səhifəsi və facebook səhifəsində mütəmadi məlumatlar yerləşdirilmişdir.
Təltiflər
Nizamnamə tələbləri
Nizamnaməyə uyğun olaraq 1 dəfə illik ümumi yığıncaq, 12 idarə heyətinin iclasları keçirilmişdir. Mövcud qanunlara uyğun olaraq müvafiq orqanlara fəaliyyətlər barədə məlumat və hesabatlar təqdim olunmuşdur.
Bu xəbər 2835 dəfə oxunub