20 Oktyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/4/2014 “Əlillərin hüquqları haqqında” Konvensiyanın icrasına dair Azərbaycanın ilk məruzəsi BMT-də müsbət qiymətləndirilib


04.04.2014
 

“Əlillərin hüquqları haqqında” Konvensiyanın icrasına dair  Azərbaycanın ilk məruzəsi  BMT-də müsbət qiymətləndirilib

 

   Cenevrədə (İsveçrə) BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında  “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikasının ilk məruzəsi ətrafında müzakirələr aparılıb.
   Qeyd edək ki, sessiyanın ilk günü Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, nümayəndə heyətinin rəhbəri Səlim Müslümov ötən müddətdə ölkədə əlillərlə bağlı aparılan siyasətin bu Konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər barədə geniş məruzə ilə çıxış edib.
Məruzə ətrafında müzakirələr zamanı BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin sədri xanım María Sisternas “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində Azərbaycanda görülən işlərə dair təqdim olunan məruzənin əhatəli olduğunu, qeyd olunan tədbirlərin Konvensiya üzrə nəzərdə tutulan müddəaları əks etdirdiyini vurğulayıb.
   Azərbaycan üzrə məruzəçi Martin Mvesiqvan ölkəmizin bu ilk məruzəsinin dolğun məzmuna malik olduğunu və məruzə ətrafında maraqlı müzakirələrin aparıldığını, ölkəmizdə əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərin təqdirəlayiq olduğunu bildirib.
   Daha sonra Konvensiyanın müddəaları üzrə ölkəmizdə görülən işlərə dair suallar cavablandırılıb. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səslənən sualların əlilliyi olan şəxslərlə bağlı əsasən hüquqi məsələləri əhatə etdiyini bildirib və ölkəmizdə bu məsələlərin həlli ilə bağlı aparılan işləri diqqətə çatdırıb.
   Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Musayev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıblar.  
   Digər çıxış edənlər Azərbaycanda əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğını vurğulayıblar. Səmərəli və işgüzar şəraitdə aparılan müzakirələrin sonunda nazir S.Müslümov, M. Mvesiqvan və M.Sisternas yekun nitqi ilə çıxış ediblər.    

 
 
 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1775 dəfə oxunub




Flag Counter






» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”

» 28/9/2019- Qubada maarifləndirmə tədbiri keçirilib

» 27/9/2019- Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib

» 24/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.