XƏBƏRLƏR




- 22/5/2014 Azərbaycanda QHT-lərin işini asanlaşdıracaq elektron məlumat sisteminin təqdimatı keçirilib
- - Milli Məclisdə QHT-lərlə Əməkdaşlığa dair Memorandum imzalandı
- - Azərbaycanda QHT-lərin işini asanlaşdıracaq elektron məlumat sisteminin təqdimatı keçirilib
- - QHT xəbərləri
- - Xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- - Gənclər üçün Təhsil Mərkəzinin fiziki qüsurlu gəncləri Asan Xidmətin 2 yaşını qeyd etdilər
- - «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- - AZƏRBAYCAN MİLLİ QHT FORUMUNUN BEYNƏLXALQ TƏŞKİLATLARA VƏ RESPUBLİKADA FƏALİYYƏT GÖSTƏRƏN DİPLOMATİK KORPUSA MÜRACİƏTİ
- - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə proqramı tərəfindən “Mina Partlayışı Zamanı Əlil Olmuş İnsanlara, Ailə başçısını itirmiş Ailələrə Sosial Dayaq” layihəsi Qazax və Tovuz rayonlarında davam etdirilib.
- - Milli QHT Forumu QHT-Hökümət münasibətlərini müzakir etdi-SOSİAL SAHƏDƏ
- - QHT tərəfindən təşkil olunan Gənclər Təşkilatlarının II Milli Konqresi baş tutub
- - QHT Şurası yeni qrant müsabiqəsi elan etdi - 2016.
Azərbaycanda QHT-lərin işini asanlaşdıracaq elektron məlumat sisteminin təqdimatı keçirilib |
Yerləşdirilib: 22.05.14 | Baxılıb: 13 |
Azərbaycanda qeyri-hökumət təşkilatları (QHT) üçün "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini giriş sözü ilə açan Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 noyabr 2013-cü il tarixli Fərmanına əsasən, Ədliyyə Nazirliyi tərəfindən "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılıb: "Bu sistem həm Ədliyyə Nazirliyi ilə QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi baxımından, həm də ümumilikdə böyük imkanlar yaradır. İnanırıq ki, belə bir sistemin yaradılması qarşıda duran hədəflərə çatmaqda, şəffaflığın təmin edilməsində, vətəndaş cəmiyyətinin inkişafı prosesində böyük addım olacaq".
"Fərdi elektron pəncərə" elektron məlumat sistemi barədə geniş məlumat verən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat Baş İdarəsinin İnformasiya təminatı şöbəsinin rəisi Ağakərim Səmədzadə elektron məlumat sisteminin strukturu, istifadə qaydaları, interaktiv imkanları və s. barədə danışıb.
O bildirib ki, "Fərdi elektron pəncərə" qeyri-hökumət təşkilatlarının aidiyyəti dövlət orqanı ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin edən informasiya sistemidir.
Şöbə rəisi deyib ki, bu sistemdən istifadə edən hər bir QHT üçün "fərdi elektron kabinet"in yaradılması, QHT-lərin fəaliyyətinə dair sənədlərin elektron formada qəbulu və cavablandırılması, avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması, sistemləşdirilmiş şəkildə saxlanılması, qrantların ayrılması və verilməsi ilə bağlı qanunla müəyyən edilmiş sənədlərin elektron qeydə alınması və digər funksiyalar nəzərdə tutulur.
Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov əlavə edib ki, sistemdə məlumatların konfidensiallığı tam qorunacaq. O, qeyd edib ki, QHT-lər sistemin təkmilləşdirilməsi üçün istənilən an təkliflərini verə bilərlər.
QHT-lərə elan edilib ki, bu sistemdən istifadə etmək məqsədilə login və parolun əldə edilməsi üçün qeyri-hökumət təşkilatlarının səlahiyyətli şəxsi Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti İdarəsinə müraciət etməlidirlər.
QHT-lərə elektron məlumat sistemindən istifadə qaydaları barədə hazırlanmış təlimat təqdim edilərək sistemə qoşulmaya dair izahat da verilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Milli QHT Forumunun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin vətəndaş cəmiyyətinin inkişafına, şəffaflığın artırılmasına və QHT-lərlə dövlət orqanları arasında səmərəli qarşılıqlı fəaliyyətə böyük təkan verə biləcəyini qeyd ediblər.
Qeyd edək ki, Azərbaycanda 3 minə yaxın QHT dövlət qeydiyyatına alınıb, 111 qeyri-kommersiya hüquqi şəxsin filial və nümayəndəliyi fəaliyyət göstərir.
|
Bu xəbər 3027 dəfə oxunub