XƏBƏRLƏR




- 20/6/2014 Xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- - Milli Məclisdə QHT-lərlə Əməkdaşlığa dair Memorandum imzalandı
- - Azərbaycanda QHT-lərin işini asanlaşdıracaq elektron məlumat sisteminin təqdimatı keçirilib
- - QHT xəbərləri
- - Xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- - Gənclər üçün Təhsil Mərkəzinin fiziki qüsurlu gəncləri Asan Xidmətin 2 yaşını qeyd etdilər
- - «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- - AZƏRBAYCAN MİLLİ QHT FORUMUNUN BEYNƏLXALQ TƏŞKİLATLARA VƏ RESPUBLİKADA FƏALİYYƏT GÖSTƏRƏN DİPLOMATİK KORPUSA MÜRACİƏTİ
- - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə proqramı tərəfindən “Mina Partlayışı Zamanı Əlil Olmuş İnsanlara, Ailə başçısını itirmiş Ailələrə Sosial Dayaq” layihəsi Qazax və Tovuz rayonlarında davam etdirilib.
- - Milli QHT Forumu QHT-Hökümət münasibətlərini müzakir etdi-SOSİAL SAHƏDƏ
- - QHT tərəfindən təşkil olunan Gənclər Təşkilatlarının II Milli Konqresi baş tutub
- - QHT Şurası yeni qrant müsabiqəsi elan etdi - 2016.
Xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı |
Yerləşdirilib: 20.06.14 | Baxılıb: 7 |
Son illər həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatları güclənmiş, ictimai maraqların təmin olunmasında onların rolu xeyli artmışdır.
Azərbaycan dövləti sülhün və təhlükəsizliyin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiya və siyasi plüralizmin inkişafı, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı mübarizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanıdılması və digər sahələrdə xarici qeyri-hökumət təşkilatları ilə də səmərəli əməkdaşlıq edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2013-cü il 1 may tarixli 2883 nömrəli Sərəncamına uyğun olaraq, ötən ildən etibarən xarici ölkələrin vətəndaş cəmiyyəti institutlarına donor yardımının göstərilməsinə başlanmışdır. Hazırda Azərbaycan dövlətinin vəsaiti hesabına ABŞ və Avropanın müxtəlif qeyri-hökumət təşkilatları milli maraqlarımıza uyğun layihələr həyata keçirir, araşdırmalar aparırlar. Bu sahədə görülən işlərin davam etdirilməsi məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xarici qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda multikulturalizm ənənələri və dünyəvilik, səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi, Bakı Avropa Oyunları - 2015, ölkəmizlə bağlı tədqiqat işlərinin aparılması və informasiya portalının yaradılması istiqamətlərində təqdim edilən layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2014-cü il.
AzərTAc
|
Bu xəbər 1857 dəfə oxunub