XƏBƏRLƏR




- 8/7/2014 “İstedadlı Əlillər” ictimai birliyi dəyirmi masa keçirtdi.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Bu gün “İstedadlı Əlillər” ictimai birliyi “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək” layihəsi çərçivəsində əlilliyi olan şəxslərin təhsil və hüquqi problemlərinin həllinə dair dəyirmi masa keçirtdi.
Tədbiri giriş sözü ilə birliyin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul açaraq şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan etdi və sonra bu yaxınlarda Prezidentimiz İlham Əliyev cənablarının əlillərin məşğulluq problemləri ilə bağlı imzaladığı sərəncama görə əlillər adından cənab Prezidentə öz təşəkkürünü bildirdi. Tədbirdə birliyin sədri Cavad Qasımov çıxış edərək birliyin məqsəd və məramları haqda genis məlumat verdi. Birliyin hüquqşünası Şəhriyar Əbilov əlilliyi olan şəxslərin hüquqi problemlərinə diqqəti çəkərək müvafiq qanun və sərəncamlar, layihənin əlaqələndiricisi, birliyin baş katibi Hüseyn Yusifov layihə haqqında məlumat verdi və dəyirmi masa iştirakçılarını mövzu ətrafında müzakirələrə dəvət etdi.
Dəyirmi masada “Əlil təşkilatların ittifaqı”-nın prezidenti Davud Rəhimli, “Gülsam” əlillər cəmiyyətinin sədri Gülnarə Səlimova, “Qarabağ əlilləri və şəhid ailələri” ictimai birliyinin Abşeron filialının sədri Məhərrəm Şahsuvarov, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dəstək Şurasının Şura Katibliyinin məsləhətçisi Həsən Səmədov, “Arabaçı” internet televiziyasının rəhbəri İlham Məhərrəmov, “Müşfiq adına uşaq reablitasiya mərkəzi” ictimai birliyinin sədri Validə xanım, paralimpiya üzrə dünya və avropa çempionu Aynur Məmmədova, paralimpiya üzrə dünya çempionu Royalə Feteliyeva, “Vətən fədailərinin hüquqlarının müdafiəsi” ictimai birliyinin sədri Dadaş Quliyev və digər qonaqların çıxışları dinlənilmiş, müzakirələr olmuşdur.
Dəyirmi masa ətrafında gedən ətraflı müzakirələrin yekununda bir çox təklif və şikayətlər qeydə alındı və layihə müddətində icrasına qərar verildi.
Bu xəbər 2694 dəfə oxunub