XƏBƏRLƏR




- 12/7/2014 Masallı şəhərində dəyirmi masa keçirilmişdir.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur.
Tədbirlər planına uygun olaraq 11 iyul 2014-cü il tarixdə Masallı şəhərində dəyirmi masa keçirilmişdir. Tədbirlərdə hökumət, QHT, KİV nümayəndələri və əlilliyi olan şəxslər iştirak etmişlər. Konfransda Əlil Təşkilatları İttifaqının hüquqşünası, h.e.doktoru professor Mayıs Əliyev, ƏTİ-nin İdarə Heyətinin üzvü, “Əlil Qadınlar “ cəmiyyətinin sədri Məhluqə xanım Rəhimova, Cənub qəzetinin baş redaktoru Zahir Əmənov, ƏSM-in Masallı rayon şöbəsinin əməkdaşları, ƏBƏU-nun sədri, layihə köməkçisi Firuzə xanım Babayeva, Masallı rayon ƏSM-mın Sosial, Məişət Xidmətinin müdürü Fərziyev Əfrail, Bayramova Aidə xanım sosial işçi , Qarabağ Əlillər çəmiyyətinin Masallı rayon şöbəsinin sədri Nahid Rəhimov, Masallı rayon İ.H-nin humanitar şöbəsinin baş məsləhətçisi , ƏQC-nin Biləsuvar rayon bölgə şöbəsinin sədri Firəngiz xanım Həbibova, ƏQC-nin Masallı rayon şöbəsinin sədri Əminə xanım Abiyeva gündəmdə duran mövzu ilə əlaqədar maraqlı çıxışlar etmişlər. Tədbirdə iştirak edən əlilliyi olan insanlar, əlilliyi olan uşaqların valideyinləri Masallı rayonunda sosial poblemlərin həlli məqsədi ilə müzakirələrə qoşularaq, birgə əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində müxtəlif təkliflərlə çıxışlar etmişdirlər. Tədbir iştirakçıları əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması mövzusu ətrafında müzakirələrə qoşularaq maraqlı təkliflər irəli sürmüşlər.
Əlil Təşkilatları İttifaqının (ƏTİ)
Firuzə Babayeva
Bu xəbər 2028 dəfə oxunub