25 Fevral 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/8/2014 Əlil Təşkilatları İttifaqının işğalçı Ermənistanın son günlər Azərbaycan Ordusuna basqın etməsi ilə bağlı BƏYANATI


Əlil Təşkilatları İttifaqının işğalçı Ermənistanın son günlər Azərbaycan Ordusuna basqın etməsi ilə bağlı

BƏYANATI

 

   Əlil Təşkilatları İttifaqı Ermənistanın ona havadarlıq edən qüvvələrin dəstəyi ilə təcavüzkarlıq siyasətinin  gücləndirməsindən ciddi narahatlığını bildirir, beynəlxalq təşkilatları 2014-cü il iyul ayının sonu və avqust ayının əvvəlində çox sayda insan itgisi ilə nəticələnmiş erməni diversiya qrupunun törətdiyi cinayətkar əmələ qiymət verməyə çağırır.

    Ərazisinin 20%-i  erməni təcavükarları tərəfindən işğal olunmuş Azərbaycanın haqq səsinin beynəlxalq qurumlar tərəfindən eşidilməməsi, ikili standartların tətbiqinin davam etməsi təəssüf doğurur və münaqişənin həll olunmamasının əsas səbəblərindəndir. Bu da işğalçı ölkə kimi Ermənistanın təcavüzkar hərəkətlərinin genişlənməsinə səbəb olur. Bunun nəticəsində mülki və hərbi insanların ölümünə səbəb olur. 

   Ermənistan BMT-nin qəbul etdiyi qətnamələrə məhəl qoymayaraq, beynəlxalq hüquq normalarına riayət etmir. Bu qətnamələrin yerinə yetirilməməsinə görə BMT, ATƏT-in Minsk qrupunun həmsədrləri,  beynəlxaq  ictimaiyyət, beynəlxalq qurumlar  kəskin, dəqiq və qərəzsiz münasibətini billdirməli, təcavüzkara müxtəlif formalarda dəstək göstərmək əvəzinə sanksiyalar tətbiq olunmalıdır.

    İşğal nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün,  on minlərlə əlilliyi olan şəxslərin, şəhidlərin hüquqlarının pozulması hüquq müdafiə təşkilatları tərəfindən tanınmalı və onların təminatına dəstək verilməlidir.

   Əlil Təşkilatları İttifaqı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dəstək verilməsinə, bölgədə sülhün, insanların hüquq və azadlıqlarının təmin olunmasına dəstək verməyi Sizlərdən xahiş edir.

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2057 dəfə oxunub




Flag Counter






» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/2/2021- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

» 9/2/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçildi

» 5/2/2021- Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 5/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/2/2021- Daha üç şəhidimizin ailə üzvləri məşğulluq proqramlarına cəlb olunub, onlar üçün kiçik bizneslər yaradılıb

» 2/2/2021- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/2/2021- Sevincimə sevinən.....

» 3/2/2021- Görmə əlilliyi olan şəxslərə əlillik qruplarının təyin olunması

» 29/1/2021- “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.

» 29/1/2021- Növbəti təklif icra olunur: Əlilliyi olan şəxslərin reyestri hazırlanacaq

» 28/1/2021- Ödənişsiz hüquqi xidmətlər.

» 27/1/2021- “Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu onlayn platforma üzərində keçirildi.