24 Fevral 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/9/2014 Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi


08-12 sentyabr 2014 – cü il tarixdə Avstriyanın Graz və Yunanstanın Makedoniya universitetlərində Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”  Tempus layihəsi (“The Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan”- (ESFIDIP) layihəsi çərçivəsində Avstriya və Yunanstanda təcrübə mübadiləsi və təlimlər keçirilmişdir.

     Layihənin əsas məqsədi əlilliyi olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inkluziyasını dəstəkləyən mexanizmin qurulması və bu sahədə Avropa təcrübəsini univeritetlərdə tətbiq etməkdir.

     Layihənin Azərbaycandan tərəfdaş təşkilatları Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avripa ölkələrindən isə  Qraz universiteti (Avstriya), Makedoniya universiteti (Yunanstan), Lodz universiteti (Polşa), Avropa Vətəndaş institutu məsləhətçi (Niderland) təşkilatlarıdır. Tədbir çərçivəsində universitet, şəhər rəhbərliyi, əlilliyi olan şəxslərlə görüşlər olmuş, Lodz universitetində və şəhərdə əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması ilə əyani tanışlıq olmuşdur. Tədbirdə Əlil Təşkilatları İttifaqını təşkilatın prezidenti Davud Rəhimli təmsil etmişdir.

     Tədbirlərin təşkilatçısı layihənin Avstriya üzrə partnyor təşkilatı Graz Universiteti və Makedoniya universiteti (Yunanstan) olmuşdur.

    Növbəti tədbir Lodz universitetində (Polşa) olacaqdır.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2095 dəfə oxunub




Flag Counter






» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/2/2021- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

» 9/2/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçildi

» 5/2/2021- Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 5/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/2/2021- Daha üç şəhidimizin ailə üzvləri məşğulluq proqramlarına cəlb olunub, onlar üçün kiçik bizneslər yaradılıb

» 2/2/2021- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/2/2021- Sevincimə sevinən.....

» 3/2/2021- Görmə əlilliyi olan şəxslərə əlillik qruplarının təyin olunması

» 29/1/2021- “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.

» 29/1/2021- Növbəti təklif icra olunur: Əlilliyi olan şəxslərin reyestri hazırlanacaq

» 28/1/2021- Ödənişsiz hüquqi xidmətlər.

» 27/1/2021- “Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu onlayn platforma üzərində keçirildi.