23 Aprel 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/10/2014 Milli Məclisdə QHT-lərlə Əməkdaşlığa dair Memorandum imzalandı


Milli Məclisdə QHT-lərlə Əməkdaşlığa dair Memorandum imzalandı (memorandumun tam mətni əlavə edilib)
+ - Çap
Yerləşdirilib: 17.10.14 | Baxılıb: 91

Oktyabrın 17-də Milli Məclisdə Azərbaycan Parlamenti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumunun imzalanma mərasimi oldu. Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, QHT-lərə Dövlət Dəstəyi Şurasının təmsilçiləri, ayrı-ayrı QHT-lərin rəhbərləri, mətbuat nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdilər.

Tədbiri açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu mərasimin reallaşmasında Milli Məclis Sədrinin tövsiyə və tapşırıqlarının xüsusi rol oynadığını diqqətə çatdırdı. Qeyd etdi ki, “İctimai iştirakçılıq haqqında” qanunun qəbulundan sonra ölkədə mühüm addımlar atılıb. Qanunun mahiyyətinə və Azərbaycan Prezidentinin tövsiyəsinə uyğun olaraq QHT-lərə Dövlət Dəstəyi Şurası ilə parlament arasında, həmçinin vətəndaş cəmiyyəti arasında daha sıx əlaqələr qurulub. Memorandumun imzalanması indiyədək görülmüş işlərin yekunu və məntiqi nəticəsidir.

Əli Hüseynli xatırlatdı ki, Milli Məclisin bütün komitələri rəsmi sənəd olmadan da illər boyu qanunvericilik prosesində vətəndaş cəmiyyəti ilə yaxından əməkdaşlıq edib. Bir sıra qanunların ictimai müzakirəsi məhz parlament rəhbərliyinin dəstəyi ilə Milli Məclisin binasında keçirilib. Əməkdaşlıq nəticəsində Azərbaycan qanunlarında hər zaman geniş mənada vətəndaş cəmiyyətinin iradəsi öz əksini tapıb.

Komitə sədri Anlaşma Memorandumunun imzalanmasını ölkədəki demokratik inkişafın yeni mərhələsi kimi dəyərləndirdi. Bildirdi ki, hüquqi, demokratik, dünyəvi dövlətin əsl mahiyyətinə xidmət edəcək bu yeni sənəd Milli Məclislə QHT-lər arasında və bütövlükdə vətəndaş cəmiyyəti arasında münasibətləri tənzimləyəcək. Əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcək.

Mərasimdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev imzalanacaq sənədin əhəmiyyətini yüksək dəyərləndirdi. Qeyd etdi ki, Azərbaycanda vətəndaş cəmiyyətinin Milli Məclislə tərəfdaş səviyyəsinə çatması Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin güclənməsi istiqamətində həyata keçirdiyi islahatların, demokratiyanın inkişafına verdiyi dəstəyin nəticəsidir. Dövlət başçısının 2007-ci ildə imzaladığı Sərəncamla təsdiqlənmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın müddəaları ardıcıl olaraq həyata keçirilib. Görülmüş işlərin nəticəsidir ki, 2011-ci ildə Avropa İttifaqının dəstəyi ilə keçirilən beynəlxalq konfransda QHT-lərlə iş üzrə Azərbaycanın təcrübəsi model təcrübə kimi qəbul olunub və yayılıb.

Azay Quliyev bildirdi ki, vətəndaş cəmiyyətini özünə tərəfdaş kimi görən Azərbaycan parlamenti qanunların hazırlanmasında QHT-lərin sanballı dəstəyini görmək istəyir. Şuranın sədri QHT-lərə etimad göstərən Milli Məclisin Sədri Oqtay Əsədova və Anlaşma Memorandumunun hazırlanmasında böyük əməyi olan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə dərin təşəkkürlərini çatdırdı.

Tədbirdə Azərbaycan Milli QHT Fondunun prezidenti Rauf Zeyni Anlaşma Memorandumunun meydana gəlməsində xidməti olanların hamısına minnətdarlıqlarını bildirdi. Qeyd etdi ki, bu sənəd qanunların əhali arasında yayılmasında, maarifləndirmə işlərinin aparılmasında, vətəndaşlarla Milli Məclis arasında sıx əlaqələrin qurulmasında mühüm rol oynayacaq.

Parlamentlə qeyri-hökumət təşkilatlarının əlaqəsindən söz açan Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli nəzərə çatdırdı ki, başçılıq etdiyi komitədə bütün qanun layihələri QHT-lərin iştirakı ilə müzakirə olunub.

Çıxışlarda vurğulandı ki, Azərbaycanda QHT-lər bütün hallarda dəstəklənir və dövlətin əsas tərəfdaşıdır. Bütün ictimai-siyasi proseslərdə, ictimai əhəmiyyətli məsələlərin həllində vətəndaş cəmiyyəti arzu olunan tərəfdaşdır.

Yekunda sənədin imzalanma mərasimi oldu. Anlaşma Memorandumunu Milli Məclis adından Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adından həmin şuranın sədri Azay Quliyev imzaladılar.


***
Azərbaycan Respublikasının Milli Məclisi ilə
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında
əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU



Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası,
Azərbaycan Respublikasında iqtisadi və siyasi islahatların həyata keçirilməsində, hüquqi dövlətin möhkəmləndirilməsində, ölkəmizin dünya birliyinə daha sıx inteqrasiya etməsində, demokratik dəyərlərin təbliğində, vətəndaş cəmiyyətinin təşəkkülündə və inkişafında qeyri-hökumət təşkilatlarının mühüm rol oynadığını nəzərə alaraq,

Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsinə və dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının münasibətlərinin dərinləşdirilməsinə yönəlmiş qanunvericilik aktlarının yüksək standartlara uyğunlaşdırılması işində Milli Məclisin müxtəlif komitələri ilə qeyri-hökumət təşkilatları arasında sistemli və daimi xarakter daşıyan əlaqələrə ehtiyac olduğunu qeyd edərək,

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərində yeni mərhələnin əsasını qoymuş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, cəmiyyətimizdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsinin zəruri olduğunu nəzərə alaraq,

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda dövlət orqanları tərəfindən ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi zərurətinin qeyd edildiyini vurğulayaraq,

Qanun yaradıcılığı və qanunvericiliyin təkmilləşdirilməsi prosesində vətəndaşların maraqlarının daha yaxşı qorunması, onların rəy və təkliflərinin dərindən öyrənilməsi, Milli Məclisin fəaliyyətində şəffaflığın daha da artırılması, qanun layihələrinin ictimai ekspertizasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi ilə qeyri-hökumət təşkilatları arasında sıx əməkdaşlığın böyük fayda verə biləcəyinə inanaraq,
Aşağıdakı sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək barəsində razılığa gəldilər:

1. Milli Məclis tərəfindən qəbul edilən qanun və qərarlar haqqında ictimaiyyətə geniş məlumat verilməsi və vətəndaşlar arasında hüquqi maarifləndirmə işinin təşkili;

2. Qanun və qərarların hazırlanması prosesində vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakının təmin edilməsi və beynəlxalq təcrübənin öyrənilməsi;

3. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının təbliğ edilməsi.







Azərbaycan Respublikasının Azərbaycan Respublikasının
Milli Məclisi adından Prezidenti yanında Qeyri-
Milli Məclisin Hüquq siyasəti və Hökumət Təşkilatlarına
dövlət quruculuğu komitəsinin sədri Dövlət Dəstəyi Şurası adından
Əli Hüseynli həmin Şuranın sədri
Azay Quliyev


Bakı şəhəri, 17 oktyabr 2014-cü il.





 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1408 dəfə oxunub




Flag Counter






» 20/4/2019- Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

» 18/4/2019- 17 Aprel Dünya Hemofiliya gününə həsr edilmiş dövlət nümayəndələri ilə konfrans keçirildi.

» 18/4/2019- Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir

» 15/4/2019- “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 12/4/2019- Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası. 04 2019

» 9/4/2019- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İctimai Şuranın üzvləri ilə görüşüb

» 6/4/2019- 1-ci “Fərqli Fərdlər” konqresi keçirildi

» 5/4/2019- QHT Gürcüstanlı həmkarrı ilə memorandum imzalayıb

» 4/4/2019- Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

» 3/4/2019- Ədliyyə Nazirliyi QHT-lər üçün yeni xidmət mərkəzini təqdim etdi

» 3/4/2019- Əlilliyi olan şəxslərə qulluq edənlərə təqaüdün təyini üçün hansı sənədlər tələb olunacaq?

» 2/4/2019- 2 Aprel - Dünya Autizmi Məlumatlandırma Günüdür.

» 1/4/2019- “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

» 1/4/2019- Azərbaycanın Boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb

» 24/3/2019- İdmançılarımıza uğurlar arzulayırıq!

» 14/3/2019- “Müyəssər Metro”

» 14/3/2019- "Xeyirə vəsilə" adlı IV Satış sərgisi

» 13/3/2019- DİM - təlimçilər üçün təlim keçirilmişdir

» 9/3/2019- Əlil Təşkilatları İttifaqı üzvlərinin müraciəti Prezidentin rəsmi internet saytına qoyulmuşdur.

» 9/3/2019- Əlil Təşkilatlar İttifaqınnda 8 mart bayramı qeyd olunmuşdur.