XƏBƏRLƏR




- 22/10/2014 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Milli QHT Forumunun təşkilatşılığı ilə ictimai müzakirə təşkil edilib
- Milli QHT Forumu QHT-Hökümət münasibətlərini müzakir etdi-SOSİAL SAHƏDƏ
- Milli Məclisdə QHT-lərlə Əməkdaşlığa dair Memorandum imzalandı
- Qurban Bayramı münasibətilə təbrik
- Milli QHT Forumu “Vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolu”nu müzakirə etdi-QUBADA
- Milli QHT Forumu “Vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolu”nu müzakirə etdi-QUBADA
- Azərbaycan Milli QHT Forumu “Distant Təhsillə bağlı ictimai müzakirə” keçirdi
- MQF İdarə Heyətinin yığıncağı keçirildi
- Qazaxıstan Respublikasının bir qrup KİV nümayəndələri Milli QHT Forumunda olmuşlar.
- AZƏRBAYCAN MİLLİ QHT FORUMUNUN BEYNƏLXALQ TƏŞKİLATLARA VƏ RESPUBLİKADA FƏALİYYƏT GÖSTƏRƏN DİPLOMATİK KORPUSA MÜRACİƏTİ
- Rauf Zeyni: Leyla Yunus dünya ictimaiyyətində Azərbaycan haqqında yanlış təsəvvür yaradırdı
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Xəbərlər
Milli QHT Forumu QHT-Hökümət münasibətlərini müzakir etdi-SOSİAL SAHƏDƏ

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Milli QHT Forumunun təşkilatşılığı ilə ictimai müzakirə təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan “Azərbacan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrin budəfəki mövzusu hər bir insanın gündəlik həyatda qarşılaşdığı problemlərə həsr olunub. “Vətəndaşların sosial müdafiəsi sahəsində QHT-Hökümət münasibətləri” mövzusunda təşkil olunan müzakirələrdə MQF-nin prezidenti Rauf Zeyni, Ombudsmanın Əlil olan şəxslərlə iş üzrə müşaviri Müqabil Mahmudov, BDU-nun hüquq elmlər professoru, QHT sədri Mayis Əliyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, QHT və KİV nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan MQF-ni prezidenti Rauf Zeyni layihə haqqında iştirakçıları məumatlandırıb. Müzakirələr çərçivəsində artıq bir sıra mövzular ətrafında disskusiyaların aparıldığını deyən R.Zeyni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın vacib olduğunu qeyd etdi. R.Zeyni bundan sonra da layihə çərçivəsində müxtəlif strateji mövzularda müzakirələrin təşkil olunacağını qeyd etdi.
Sonra məruzə ilə çıxış edən BDU-nun hüquq elmlər professoru, QHT sədri Mayis Əliyev Sosial Müdafiə, sosial hüquqların araşdırılması sahəsində mövcud problemlərdən və bu problemlərin həlli üçün aparılan islahatlardan danışdı.
Ombudsmanın Əlil olan şəxslərlə iş üzrə müşaviri Müqabil Mahmudov çıxış edərək sosial müdafiə sahəsində təmsil etdiyi qurumun apardığı işlərdən, həyata keçirdiyi layihələrdən danışdı.
Digər çıxış edə QHT rəhbərləri Davud Rəhimli, Nazir Quliyev, İradə Rzazadə, Aydınxan Əbilov, Məhluqə Rəhimova, Zaur Seyidzadə, Akif Kərimov “Vətəndaşların sosial müdafiəsi sahəsində QHT-Hökümət münasibətləri” mövzusunda təşkil olunan müzakirələrin olduqca vacib və lazımlı bir addım olduğunu diqqətə çatdırdılar.
Bu xəbər 2793 dəfə oxunub