26 Oktyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/11/2014 Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyəti tərəfindən “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (CƏLİLABAD ) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsi


Cəlilabad rayonunda Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyəti tərəfindən “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (CƏLİLABAD ) icma  əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsi üzrə  ictimai müzakirə keçirilmişdir. Azərbaycan Respublikası  Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə  
“Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (CƏLİLABAD ) icma  əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsini həyata
keçirir.

 Layihənin dəstəyi ilə növbəti proqramlardan biri də  21 noyabr tarixində Cəlilabad rayonunda

əlilliyi olan uşaqların sosial problemlərinin həlli məqsıdi ilə ictimaiyyıtlə görüş keçirilmişdir.

Görüş Cəlilabad  rayon Tibb Kollecində təşkil olunmuşdur. İctimaiyyətlə görüşün keçirilməsində

əsasən dövlət qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması,  Cəlilabad rayonunda təşkil

olunan sosial reabilitasiya mərkəzinə müraciət edən uşaqların ailələri ilə birlikdə aşkarlanan

problemlərin həlli yollarının tapılması , sosial durumu ağır olan ailələrə sosial yardımların təyin

edilməsi, əlilliyi olan uşaqların əlillik dərəcələrinin təyin edilməsində sənədlərin hazırlanması,

müalicə və müayinə məsələləri, əlaqədar təşkilatlara düzgün müraciət və s. sahələri əhatə

etmişdir. Əlilliyi olan uşaqların sosial rebilitasiya dəstəyinin təşkil edilməsi istiqamətində

maarifləndirilmə işlərinin aparılması iştirakçıların geniş müzakirələrinə səbəb olmuşdur.

Görüşdə iştirak edən dövlət qurumlarının müzakirə zamanı aşkarlanan problemlərin həllinə

bilavasitə dəstək vermələri əlilliyi olan uşaqların valideyinləri tərəfindən rəğbətlə qarşılanmışdır.

Açıq müzakirələr zamanı 15 nəfərin problemi aidiyyatlı qurumlar tərəfindən birbaşa həll

olunmuşdur. İctimaiyyətlə görüş zamanə Cəlilabad rayon İH-nin İctimai Siyasi şöbəsinin sədri  

Dürdanə xanım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad yaron şöbəsinin

sədri Abasov Mehdi, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyətinin sədri,

layihə meniceri Firuzə xanım Babayeva , Əlil Qadınlar (ƏQC) cəmiyyətinin sədri Məhluqə

xanım Rəhimova,  həmin cəmiyyətin Biləsuvar rayon Region üzrə şöbə sədri Firəngiz xanım

Həbibova, Əlil Qadınlar (ƏQC) cəmiyyətinin Bakı şəhər Nərimanov rayın şöbəsinin sədri, şairə

Şəhla xanım Şuşalı , CƏLİLABAD rayon İcma Əsaslı sosial reabilitasiya mərkəzinin işçiləri və

könüllüləri, təhsil, səhiyyə, məşğulluq , daxili İşlər, sahələrinin səlahiyyətli nümayəndələri

tərəfindən yaranan problemlərin həllində təklifləri dinlənilmişdir. Layihədə könüllü çalışan

Musazadə Səidə və Zəkiyeva Ülkər xanım tərəfindən fəaliyyət dövründə rastlaşdıqları

problemlərlə bağlı geniş çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilmişdir. Tədbirdə  

Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyəti tərəfindən 1-ci qrup əlil

Seyfullayev Rəşad Pərviz oğlu əlil arabası ilə təmin olunmuşdur. Daha 8-nəfər əlil uşaqların əlil

arabaları, qulaq aparatları ilə təmin olunmaları məqsədi ilə sənədlər hazırlanaraq  cəmiyyətinin

sədrinə verilmişdir. Bir neçə müalicəyə ehtiyyacı olan əlil uşaqların müalicə ocaqlarına

göndərilməsi üçün lazım olan sənədlərin hazırlanması məqsədi ilə layihə üzrə çalışan

əməkdaşlara layihə meniceri tərəfindən göstərişlər verilmişdir. Layihənin dəstəyi ilə az müdətdə

dəstək alan uşaqların valideyinləri tərəfindən təşkilatçılara minnətdarlıq dolu çıxışlar

səsləndirilmişdir.

Tarix: 21.11.2014

Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyətinin mətbuat xidməti. 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2550 dəfə oxunub




Flag Counter






» 26/10/2020- Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmuş yeni əraziləri

» 24/10/2020- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.

» 24/10/2020- Zəngilanda məscid donuz fermasına çevrilib - Video

» 23/10/2020- Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

» 22/10/2020- Prezident İlham Əliyev: Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu VİDEO

» 21/10/2020- Qarabağ Azərbaycandır!

» 20/10/2020- Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

» 19/10/2020- Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib

» 19/10/2020- Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir.

» 19/10/2020- Qarabağ Azərbaycandır!

» 19/10/2020- Prezidentin Mətbuat Xidmətinin məlumatı

» 19/10/2020- Xəbərin Başlığı

» 19/10/2020- Xəbərin Başlığı

» 19/10/2020- Xəbərin Başlığı

» 17/10/2020- Özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən, ön cəbhədə döyüşən hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq

» 17/10/2020- Füzuli rayonu və 7 kənd işğalçılardan azad edili.

» 17/10/2020- Gəncə və Mingəçevir şəhərləri növbəti dəfə raket atəşinə məruz qalıb.

» 16/10/2020- Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?

» 16/10/2020- Еще одна Олимпиада для Азербайджана

» 15/10/2020- Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib