02 Dekabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/10/2014 “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

 

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1998, № 6, maddə 366; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 1; 2009, № 8, maddə 611; 2013, № 3, maddə 215; 2014, № 2, maddə 82) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 2-ci maddə üzrə:

 

1.1. 2-ci hissəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

 

“Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilərlər.”;

 

1.2. 4-cü hissədən “Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramlar üçün vəsait toplanması olan, öz fəaliyyətində mənfəət götürmək məqsədi güdməyən” sözləri çıxarılsın;

1.3. 5-ci hissədə “mənfəət götürmək məqsədi güdməyən digər xarici hüquqi şəxslər, eləcə də xarici fiziki şəxslər” sözləri “xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.”;

1.4. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

“5-1. Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

2. 3-cü maddə üzrə:

2.1. 2-ci hissədə:

2.1.1. üçüncü, dördüncü və beşinci abzaslar müvafiq olaraq dördüncü, beşinci və altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar (müvafiq icra hakimiyyəti orqanları bu maddənin 2-1-ci hissəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq);”;

2.1.2. beşinci abzasda “şöbələri” sözündən sonra “(həmin resipiyentlər yalnız bu Qanunun 2-ci maddəsinin 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş donorlardan, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) olan donorlardan qrant ala bilərlər)” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Azərbaycan Respublikasının adından qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

3. 4-cü maddəyə aşağıdakı məzmunda 4-2-ci hissə əlavə edilsin:

“4-2. Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”. 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2014-cü il.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2104 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 2/12/2020- Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanda Anım Gününün və Zəfər Gününün təsis edilməsi haqqında Sərəncamlar imzalayıb.

» 1/12/2020- Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib

» 1/12/2020- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub

» 30/11/2020- Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

» 30/11/2020- 107 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi

» 28/11/2020- Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşdiriləcək

» 28/11/2020- Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı

» 27/11/2020- Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı

» 27/11/2020- “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 27/11/2020- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 27/11/2020- QARABAĞ AZƏRBAYCANDIR

» 26/11/2020- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nda dəyişiklik

» 26/11/2020- Qanunlarda dəyişikliklər

» 26/11/2020- Üç rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri mənzil və fərdi evlərlə təmin edildi

» 25/11/2020- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

» 25/11/2020- QARABAĞ AZƏRBAYCANDIR!

» 2411/2020- Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün açıq havada idman-əyləncə sahəsi istifadəyə verilib

» 24/11/2020- “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 24/11/2020- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”

» 24/11/2020- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu