24 Noyabr 2017-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/3/2015 Hər bir Azərbaycan vətəndaşı sevinməlidir ki, Bakı-2015 I-ci Avropa Oyunları məhz doğma vətənimiz Azərbaycanda keçiriləcəkdir!


 

                            Hər bir Azərbaycan vətəndaşı sevinməlidir ki, Bakı-2015  I-ci  Avropa Oyunları

                            məhz doğma vətənimiz Azərbaycanda keçiriləcəkdir!

 

    Təsüflər olsunki, bir neçə aydır ki, bəzi mətbuat səhifələrində Bakıda keçiriləcək I-ci Avropa Oyunları ətrafında bəzi adamların haqsız olaraq məkirli məqsədlərlə dövlətimizin əlehinə qara piar aparılır. Hətda bu oyunların Azərbaycana lazım olmadığına, onunla bağlı xərclərin lüzumsuz xərclər olduğuna insanları inandırmağa çalışan qara qüvvələr bu mövzuda yanlış informasiyaları mətbuat səhifələrində, internet saitlarında yaymaqla urək bulandırmaqla azərbaycanı gözdən salmaqla məşğuldurlar.

          “XX əsrin əvvəlində, Azərbaycanın ən böyük xeyriyyəçisi və məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevinin zamanında, bir qurup azərbaycanlı axsaqqllar, Hacının yanına şikayətə gələrək bəzi iş adamlarının əlehinə danışaraq dedilər: Hacı xəbərin var? İş adamları olan filankəslər hər gün restaranlarında kef-əyləncə məclisi quraraq erməni qızları ilə əylənillər.

     Hacı yanına gələn axsaqqaları dinlədikdən sonra, onlara heç bir cavab vermədən yola salır.

     Bir müddətdən sonra həmin şikayətçilər yenidən ikinci dəfə  Hacının yanına gələrək yenə həmin iş adamlarının əlehinə danışaraq dedilər: Hacı xəbərin var? İş adamları olan filankəslər Bakının ayrı-ayrı yerlərində çox mərtəbəli yaşayış binalar və başqa  obyektlər tikirlər.

     Hacı yanına gələn şikayətçiləri dinlədikdən sonra, yenədə onlara heç bir cavab vermədən yola salır.

     Şikayətçilər bu dəfədə Hacının onların şikayətlərinə biganə qaldıqığına görə gileylənə-gileyləna, narazı halda Hacının yanından geri qayıdırlar.

     Bir müddətdən sonra həmin şikayətçilər yenidən üçüncü dəfə Hacının yanına gələrək həmin iş adamları əlehinə danışaraq dedilər: Hacı xəbərin var? Filankəslər Bakida yeni-yeni zavod və fabriklər tikirlər.

      Hacı yanına gələn şikayətçiləri təmkimlə dinlədikdən sonra onlara cavab vererək dedi: Əzizlərim siz bundan əvvəl 2 dəfə mənim yanıma gələrək filankəslər haqqında mənə şikayət edəndə, mən sizə heç bir cavab verməyərək onlara mane olmağa çalışmadım. Bilirsiz niyə görə mən onlara mane olmağa çalışmadım?  Ona görə ki, həmin şikayət etdiyiniz iş adamlarının tikdikləri yaşayış binaları, zavodlar və fabriklər özləri ilə aparmayacaqlar, onların tikdikləri fabrik və zavodlar xalğımıza, gələcək nəsillərə qalacaqdır. Onlara isə təkçə restaranlarında keçirtdikləri kef məclisləri və əylənmələri qalacaqdır.” 

      Mən, məkirli məqsədlərlə azərbaycanı gözdən salaraq qara piar aparan adamlara demək istəyirəm ki, tarixlər boyu, zaman-zaman hakimiyyətdə olan heç bir dövlət başçısı oz dövüründə tiktirdiyi zavodları, fabrikləri və başqa infraksurukturaları özüylə aparmamışdır. Siz başa düşməlisiz ki, Bakı-2015 Avropa Oyunları üçün tikilən  idman qurğuları, yeni tikililər Azərbaycana, Azərbaycan xalğına indiki və gələcək nəsillərə qalacaq, ölkəmizə gələn idmançılar onları söküb özlərı ilə aparmayacaqlar.

     Yaxın tarixə nəzər salaraq bu adamlara xatırladmaq istəyirəm ki, 1980-cı ildə keçmiş SSRİ XXII–ci Yay Olinpiya Oyunlarına ev sahibliyi edərək, Moskva şəhərində keçirtmişdir. Olimpiyadanın  sinvolu isə kremilin  qülləsi və kremilin qüləsindən astanmış 5 dairəvi halğa şəkili olmuşdur.  Olimpiyanın oyunlarının sonunda havaya şişirdlımiş yekə bir ayı maketi buraxılması və Olimpiyada oyunları haqqında düz 10 il, 1980-1990-cı ilərə kimi keçmiş rusiya xalğı qürurla və fərəhlə danışırdı.

     Tarixdə ilk Avropa Yay Olimpiya Oyunlarının 2015-ci ilin iyun ayının 12-dən 28-nə qədər Bakı şəhərində keçirilməsi ilk öncə Azərbaycan dövlətinin, xalqının və idmançılarımızın uğurlu qələbəsidir.          Azərbaycanda keçiriləcək Avropa Oyunlarında dünyanın 49 Avropa ölkəsindən 6000-dən çox idmançı 17 gün ərzində Proqrama daxil edilən 20 idman növü keçiriləcək yarışlarda mübarizə aparacaqlar. Bundan əlavə bir sıra tanınmış idmançıları, incəsənət nümayəndələri elçi qismində təmsil olunacaqlar. Elçilər oyunlarla bağlı marketinq kampaniyalarında, tədbirin təbliğində iştirak edərək yerli və xarici idmançıların ilk Avropa Oyunlarına dəstəyini təmin edəcəklər.  Axı nə üçün biz, idmançılarımızın bu vaxta kimi, həmişə xarici ölkələrdə keçirilmiş Avropa və dünya çempionatlarında, beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilmiş yüksək qiymət nəticəsində qazandığımız və 2015-ci ildə tarixdə ilk dəfə Azərbaycan dövlətinin, Avropa Oyunlarına ev sahibliyi edərək ilk Avropa Oyunlarının paytaxt Bakımızda keçirilməsindən istifadə edərək fərəhlə qürurlanmayaq.  Çünki  ilk Avropa Olimpiya Oyunları Bakıda keçirilməsi böyük tarixi hadisədir və xalqımızın böyük uğurudur. Hər bir dövlətə və xalqa nəsib olmayan bu möhtəşəm və ali titullu,  Avropa Oyunlarının Bakıda keçirilməsinə hər vaxt müxtəlif xarici ölkələrdə qonaq qismində iştirak edərək, əziyətlər bahasına Avropa və dünya çempionatlarında, beynəlxalq yarışlarda Azərbaycan  bayrağını göylərə qalxızaraq, dövlətimizi bütün dünyya tanıtdıran idmançılarımızın Avropa Oyunlarına ev sahibliyi etmələrinə mənəvi hakları vardır.

     Bakı-2015-in loqosunda və talismanında əksini tapmış Alov, Su, əfsanəvi Simurq quşu, Xalı, Ceyran və Nar da daxil olunmuş beş başlıca rəsmi elementə uyğun olaraq və Azərbaycanın təbii gözəlliklərini, mədəniyyət və irsini təsvir etdiyi üçün, hər birimiz fürsətddən istifadə edərək, Bakı-2015 Avropa Oyunlarında iştirak edən 49 Avropa ölkəsinin xalqlarının idmançı nümayəndələrinin yadaşlarında xalqımızı və mədəniyətimizi çox yüksək və mükəmməl səviyyədə, Avropa Oyunlarını layiqincə admıza layiq keçirtməliyik.  Bunun üçün bizim hər birimiz çalışmalıyıq ki, Avropa Olimpiya Komitəsinin bizə göstərdiyi etimadı Azərbaycan dövləti və xalğı yüksək səviyyədə doğruldaraq və bu Olimpiya oyunlarının tarixində təkcə oyunlar kimi deyil həmçinin gözəl xatirələr kimi qalsın.  Çalışmalıyıq ki, Avropa Oyunları bizim gələcək nəsillər üçün ən yüksək səviyyəli idman hadisəsi kimi tarixə düşsün. Hər bir Azərbaycan vətəndaşı sevinməlidir ki,  Bakı-2015 Avropa Oyunları məhz doğma vətənimiz Azərbaycanda keçiriləcəkdir! Buna görədə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına qəbul etdiyi qərara hörmətlə yanaşaraq Avropa Oyunların vətənimizdə yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni köməkliyi dövlətimizdən əsirgəməməliyik.       Millətindən, dinindən və siyasi  mənsubiyyətindən  fərqli olmayaraq, özünü Azərbaycanlı və Azərbaycan vətəndaşı hesab edən hər bir şəxs bacardığı və əlindən gələn köməkliyini dövlətimizdən və Bakı-2015 Avropa Oyunlarının keçirilməsi ilə bağlı yaradılmış təşkilat komitəsindən əsirgəməmməlidir.                                                                                                                                         Azərbaycan xalqı zaman-zaman həmişə öz qonaaq pərvərliyi ilə tarixlər boyu nümunəvi xalq kimi seçilmişdir və  bu gün də ölkəmizdə keçiriləcək Avropa Oyunlarında öz qonaq pərvəliyimizi bir daha sübut etməliyik.  Xalqımızı, Bakıda keçiriləcək I-ci Avropa Oyunları ətrafında bəzi qara qüvvələrin haqsız olaraq məkirli məqsədlərlə mətbuat səhifələrində və  internet saitlarında dövlətimizin əlehinə aparılan qara piara və şayə xarakterli  informasiyalara inanmamayaraq, doğma vətənimiz olan müstəqil Azərbaycan naminə həmrəyliyə və milli birliyə çağırıram!

         Bizdə öz növbəmizdə vətəndaşlıq borcumuzu yerinə yetirərək, Azərbaycan Respublikası “Beynəlmiləlçi Döyüşçülər” Fondunun nəzdində təsis etdiyimiz mühavizə xidmətinin əməkdaşlarının iştirakı ilə könüllü olaraq, Bakı-2015 Avropa Oyunlarında elçi qismində iştirak edərək, oyunlarla bağlı marketinq kampaniyalarında, tədbirin təbliğində iştirak edən xarici mətbuat və incəsənət nümayəndələrinin müafizəsində əlimizdən gələn köməkliyi əsirgəməyəcəyik.

       Mən, Bakı-2015 Avropa Oyunlarınında iştirak edəcək bütün idmançılarımıza və Azərbaycan dövlətinə uğurlu qələbələr  arzulayıram.

Əfqanstan və Qarabağ müharibəsinin veteran,            

                                        Azərbaycan Respublikası “Beynəlmiləlçi  Döyüşçülər”                                   Fondunun Prezidenti, SƏRRAF ORUCOV

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1803 dəfə oxunub




Flag Counter






» 20/11/2017- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar

» 12/11/2017- Azərbaycan Respublikasının Konstitusiyası günü

» 11/11/2017- Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyəti

» 7/11/2017- Gözdən Əlillər Cəmiyyətinın XVII qurultayı

» 7/11/2017- Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir

» 6/11/2017- “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib

» 6/11/2017- İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış

» 3/11/2017- “Duyğularımızın rəngi” adlı sərgi

» 27/10/2017- “20 Yanvar” İctimai Birliyi - vətənpərvərliyin təbliğatı

» 26/10/2017- CESD - layihənin yekun tədbiri

» 20/10/2017- Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı

» 19/10/2017- ƏTİ monitorinqləri davam etdirir.

» 16/10/2017- “İslamdakı gözəllik, danışan əllərlə“

» 15/10/2017- QHT, KİV-nin nümayəndələri və dəyərli dostlar!

» 13/10/2017- “Görmə həftəsi”

» 9/10/2017- Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr olunmuş tədbir

» 6/10/2017- ECOSOC ilə əməkdaşlıq imkanları və perspektivləri

» 3/10/2017- Veteranlar cənub bölcəsində

» 2/10/2017- Əlilliyi olan şəxslərin ekskursiyaları yekunlaşdı..

» 29/9/2017- Əlilliyi olan idmançılar Dənizkənarı Milli Parkda boççia yarışında