06 Dekabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/4/2015 “Biz Hər Şeyə Qadirik”


  

20.04.2015 tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə, Azərbaycan Diplomatiya Akademiyasının və Milli Paralimpiya Komitəsinin təşkilatı dəstəyi ilə “Əlil İdmançılara Dəstək “ və “İstedadlı Əlillər” İctimai Birlikləri “Biz Hər Şeyə Qadirik” və “ Fiziki məhdudiyyətli istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək” layihələri çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında əlilliyi olan insanların əl işlərindən ibarət sərgi keçirilmişdir. Sərgidən sonra “Əlilliyin dərki və etiket qaydaları” mövzüsunda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin tədris, inkişaf və informasiya şöbəsinin müdiri Kamal Məmmədov tərəfindən ADA-nın tələbələrinə treninq və motivasiya xarakterli seminar keçirilmişdir. Bu tədbirlərin təşkilində Azərbaycan Diplomatiya Akademiyasının rəhbərliyi ilə bərabər 1-ci kurs tələbələri Aygün Əhmədli, Leyla Əhmədova, Hüseyin Qasımov, Adil Haciyev və Ramzi Sadiq fəal iştirak etmişlər. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse prezidenti Şaiq Həmidov açdı və çıxışında müzakirə olunan mövzu barədə geniş məlumat verdi. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə ikiqat paralimpiya, ikiqat dünya və beşqat avropa çempionu İlham Zəkiyev öz həyat fəaliyyəti haqqında danışaraq qeyd etdi ki, inasanın fiziki məhdudiyyətli olması onun qarşıya qoyduğu məqsədə nail olması üçün heç bir maneə törətmir. Bu tədbirin əsas məqsədi – Əlilliyi olan insanların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olduqlarını, onların həyat eşqini və yüksək iradəyə malik olduqlarını insanlara çatdırmaqdır. Biz insanların bizə yazıqları gəlməsini deyil, sadəcə cəmiyyətimizin inkişafına və ölkənin tərəqqisinə öz töhfəmizi vermək üçün şərait yaradılmasını istəyirik, bununla da əlilliyi olan insanların istənilən idman növü və sənədlə məşğul ola biləcəklərini göstərmək istəyirik. Eləcə də bu kimi nümunələrlə digər əlilli olan insanlara stimul vermək, onları aktiv həyata, idmanla məşğul olmağa çağırırıq.



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2735 dəfə oxunub




Flag Counter






» 3/12/2021- 2021-ci il kiçik qrant müsabiqəsinin elanı

» 3/12/2021- 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü

» 3/12/2021- Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi

» 4/12/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 4/12/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/11/2021- Salyanda Görüş

» 24/11/2021- Masallı şəhəri Respublikamızda əlilliyi olan, hərəkət məhdudiyyəti olan şəxslər üçün ən müyəssər şəhərdir.

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib