24 Noyabr 2017-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/5/2015 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi seminar keçirib


 

 

 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi

Şuranın dəstəyi ilə Azəbaycan Müəllimlər İnstitutunda

seminar keçirib

 

Xəbər verildiyi kimi, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB)  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (Şura) maliyyə yardımı ilə “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” adlı layihənin icrasına başlamışdır.

Bununla əlaqədar olaraq aprelin 27-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) sözügedən layihə çərçivəsində bu ali məktəblə birgə Aprel – Dünya Autizm Maarifləndirmə ayına həsr olunmuş “Nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması” mövzusunda seminar keçirilib.

Seminarda “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri, Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi, professor-müəllim və  müvafiq ixtisaslar üzrə ali təhsil alan tələbə heyəti, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının, KİV-in nümayəndələri, bu qəbildən olan uşaqlarda nitqin korreksiyası ilə məşğul olan bir sıra reabilitoloqlar, pedaqoji işçilər və autizm sindromlu övladı olan valideynlər iştirak ediblər.

Azərbaycan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru, dosent Razim Məmmədov giriş sözü ilə iştirakçıları salamlayaraq bildirib ki, cəmiyyətimizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların rifahının yüksəldilməsi məsələsi  dövlətimizin daim diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət hazırda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Azərbaycan müstəqillik illərində insan hüquqları, xüsusilə uşaq hüquqları ilə bağlı beynəlxalq saziş və konvensiyalara qoşulmuşdur və bu yolda dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir. Əsas məqsədlərdən biri də  ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərin təhsil hüququnu təmin etmək üçün bütün səviyyələrdə inklüziv təhsilin təşkil edilməsidir. Bu sənədlərdən irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə ölkəmizdə müvafiq qərarlar qəbul edilmişdir.

Azərbaycan Müəllimlər İnstitutu bu sahəyə heç vaxt biganə qalmamış, sağlamlıq imkanları məhdud olan uşaların təhsili, onların cəmiyyətə adaptasiytası üçün  bir sıra işlərə imza atmışıdr. Bunlardan biri də 2011-ci ilin 14-15 oktyabrında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu, Avropa Gözdən Əlil Şəxslərin Təhsili və Reabilitasiyası üzrə Beynəlxalq Şura ICEVI-Europe Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Müəllimlər İnstitutunda keçirilib.

AMİ-nin ixtisasartırma fakültəsində İnklüziv Təhsil Mərkəzinin əməkdaşı tərəfindən məktəb direktorlarına, təşkilatçılara, məktəbəqədər və s. ixtisas sahiblərinə inklüziv təhsillə bağlı dərslər keçirilir.

Seminarda çıxış edən ƏCİİB-in sədri Ramilə Mahmudova ilk növbədə  hər zaman təqdim etdikləri layihələrin aktuallığını və əhəmiyyətini nəzərə alıb dəstək göstərdiyinə görə Şuraya  təşəkkürünü bildirib.

Təmsil etdiyi təşkilat haqqında seminar iştirakçılarına qısa məlumat verən R. Mahmudova bildirib ki, 28 may 2008-ci ildə – Respublika günündə təsis edilmiş və 24 dekabr 2008-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış ƏCİİB-in əsas məqsədi adından da göründüyü kimi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasına yardım etməkdən ibarətdir.

Bu qəbildən olan insanlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına, onlar üçün bərabər hüquqların və imkanların yaradılmasına dəstək vermək, onlara müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmələri üçün şəraitin yaradılmasına kömək etmək, əlilliyi olan gənclərin ictimai fəallığının artırılmasına yardım etmək və sair bu kimi məsələlər təşkilatın qarşısına qoyduğu məqsədlər sırasındadır.

Bu vəzifələrin həyata keçirilməsi üçün isə təşkilat tərəfindən elmi araşdırmalar aparıılr, müxtəlif kurslar, seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edilir, konfranslar, xeyriyyə marofonları, forumlar və sair tədbirlər keçirilir. Eyni zamanda Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq edilir.

Məlumat verilmişdir ki, ƏCİİB son iki ildə Şurasının dəstəyi ilə icra etdiyi layihələr çərçivəsində Bakıda və regionlarda müxtəlif tədbirlər təşkil etmişdir. “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili”,  “Regionlarda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili” adlı layihələrin icrası olaraq keçirilmiş təlim və seminarlar  bu qəbildəndir.

ƏCİİB-in Şurasının dəstəyi ilə icrasına başladığı “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” adlı layihəsi barədə söz açan ƏCİİB-in sədri  R. Mahmudova vurğulamışdır ki, rəhbəri olduğu həmin layihənin məqsədi – “Korreksiyaedici təlim”, “Xüsusi psixologiya”, “Təhsildə sosial psixoloji xidmət”, Məktəbəqədər təlim və tərbiyə”, “Sosial iş” və digər müvafiq ixtisaslar üzrə ali və orta ixtisas təhsili alan tələbələrin, reabilitasiya mərkəzlərində və məktəbəqədər təhsil müəssisələrində çalışan reabilitoloqların, pedaqoji işçilərin, habelə hədəf qrupuna daxil olan uşaqların valideynlərinin iştirakı ilə təlim və seminarların həyata keçirilməsini təşkil etməklə eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək verməkdən ibarətdir.

Layihənin icrası proesində eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılması üçün reabilitasiya-inkişaf mərkəzlərinin və inklüziv komponetli məktəbəqədər təhsil müəssisəsinin yaradılması ilə bağlı ictimai vəkillik işi həyata keçiriləcək, onların reabilitasiya və inklüziv təhsil xidmətlərinə cəlb edilməsinin əhəmiyyəti barədə təbliğat işi aparılacaq, valideynlərə mənəvi-psixoloji və hüquqi dəstək göstəriləcək, müvafiq ixtisaslar üzrə ali və orta ixtisas təhsili alan tələbələrin, reabilitasiya mərkəzlərində və məktəbəqədər təhsil müəssisələrində çalışan reabilitoloqların (surdopedaqoqlar, loqopedlər, psixoloqlar, sosial işçilər və s), pedaqoji işçilərin və hədəf qrupuna daxil olan uşaqların valideynlərinin peşəkarlıq səviyyəsinin və bacarıqlarının artırılmasına da diqqət yetiriləcək. Layihənin yekununda isə eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların ümumi təyinatlı məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmalarına mane yaradan mövcud problemlər və onların həlli yolları ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti dövlət oranlarına təqdim ediləcəkdir.

R. Mahmudova diqqəti Aprel – Autizm Maarifləndirmə ayına həsr olunmuş belə bir aktual mövzuda tədbirin keçirilməsi zərurətinə cəlb edərək bildirmişdir ki, rəsmi məlumatına görə, ölkə üzrə sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 62 mindən çox uşağın 7517 nəfərinin (5642 nəfəri şəhər, 1875 nəfəri isə kənd yerlərində olmaqla) nitq qabiliyyətində müəyyən problemləri vardır. Bu qəbildən olan uşaqların bir çoxunda nitq qabiliyyətinin zəif inkişaf etməsinin əsas səbəblərindən biri də məhz XXI əsrin qlobal problemlərindən biri olan autizm sindromudur. Belə ki, dünyada təxminən 70 milyon insan autizmin qurbanıdır. Narahatlıq doğuran məsələlərdən də biri də ondan ibarətdir ki, bu rəqəm hər il artmaqdadır. Təəssüflə qeyd edirik ki, qeyri-rəsmi məlumata görə, Azərbaycanda da 4000-dən yuxarı uşaq bu sindromdan əziyyət çəkir və ölkəmiz autizm sindromlu uşaqların artımına görə, 2014-cü ildə dünya ölkələri sırasında 3-cü yeri tutmuşdur. 

Seminarda iştirakçılar Aprel – Autizm Maarifləndirmə ayı ilə bağlı müxtəlif mövzularda çıxışlar ediblər. Məlumat verilib ki, BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı ilə 2 Aprel – Dünya Autizm Maarifləndirmə Günü kimi təsis olunmuş və aprel bütünlüklə Dünya Autizm Maarifləndirmə ayı elan edilmişdir. Bütün dünya ölkələrində olduğu kimi, artıq bir neçə ildir ki, aprel ayının əvvəlindən etibarən ayın sonunadək olkəmizdə də bu münasibətlə müxtəif maarifləndirmə tədbirləri təşkil olunur.

Seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudovun, Azərbaycanda autizm sindromu üzrə ilk elmi tədqiqatçı, psixoloq Tünzalə Verdiyevanın, Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) nümayəndəsi, autizm sindromlu övladı olan valideyn Zəhra Xələflinin, Azərbaycan Müəllimlər İnstitutunun İnklüziv Təhsil Mərkəzinin nümayəndəsi Aynur Vəliyevanın, AMEA-nın əməkdaşı, Şəfəq-Qayğı Reabilitasiya Mmərkəzinin rəhbəri, defektoloq–loqoped Şəfəq Məmmədovanın, həmin mərkəzin psixoloqu Şəbnəm Məmmədovanın, fizioterapevti Toğrul Ağayevin, defektologiya ixtisası üzrə ali pedaqoji təhsilə malik Elnarə Məmmədovanın, daun sidnromlu övladı olan valideyn Deyyan Altınsoyun çıxışları maraqla qarşılanıb.

Qardaş Türkiyə Respublikasının “Umuda doğru” özəl eğitim və reabilitasiya mərkəzi və “Kozaköy” özəl eğitim və reabilitasiya mərkəzinin nümayəndələri ilə onlayn bağlantı təşkil olunub.

Tədbirin sonunda “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor, Milli Məclisin deputatı Aqiyə xanım Naxçıvanlı “Yüksək ixtisaslı pedaqoji kadr hazırlığı işinin təşkili sahəsindəki xidmətlərinə, əlliliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası naminə inklüziv təhsilin inkişafına göstərdiyi fəal dəstəyə və  həmin qəbilədən olan insanları təmsil edən qeyri-hökümət təşkilatları ilə səmərəli əməkdaşlığına görə” fəxri diplomla təltif olunub.

 

 

Mətbuat xidməti

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1207 dəfə oxunub




Flag Counter






» 20/11/2017- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar

» 12/11/2017- Azərbaycan Respublikasının Konstitusiyası günü

» 11/11/2017- Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyəti

» 7/11/2017- Gözdən Əlillər Cəmiyyətinın XVII qurultayı

» 7/11/2017- Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir

» 6/11/2017- “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib

» 6/11/2017- İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış

» 3/11/2017- “Duyğularımızın rəngi” adlı sərgi

» 27/10/2017- “20 Yanvar” İctimai Birliyi - vətənpərvərliyin təbliğatı

» 26/10/2017- CESD - layihənin yekun tədbiri

» 20/10/2017- Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı

» 19/10/2017- ƏTİ monitorinqləri davam etdirir.

» 16/10/2017- “İslamdakı gözəllik, danışan əllərlə“

» 15/10/2017- QHT, KİV-nin nümayəndələri və dəyərli dostlar!

» 13/10/2017- “Görmə həftəsi”

» 9/10/2017- Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr olunmuş tədbir

» 6/10/2017- ECOSOC ilə əməkdaşlıq imkanları və perspektivləri

» 3/10/2017- Veteranlar cənub bölcəsində

» 2/10/2017- Əlilliyi olan şəxslərin ekskursiyaları yekunlaşdı..

» 29/9/2017- Əlilliyi olan idmançılar Dənizkənarı Milli Parkda boççia yarışında