XƏBƏRLƏR




- 15.05.2014 ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti BAMF-da olub
- - DÜNYA ƏLİLLƏR BİRLİYİ
- - 23/7/2013Azərbaycan Əlil Təşkilatları İtifaqının prezidenti Davud Rəhimli 16 -20 iyul 2013-cü ildə Nyuyorkda BMT-də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası iştirakçı ölkələrin illik konfransı ərəfəsindədə Vətəndaş Cəmiyyəti Forumu, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) Forumunda iştirak etmişdir.
- - 12/9/2013 2-13 sentyabr tarixində Genevrədə BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiya üzrə Komitənin 10-cu sessiyası keçirilmiçdir.
- - Iyunun 11-dən 14-nə kimi Bakıda “Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın Monitorinqi və parallel hesabatın hazırlanması üzrə beynəlxalq Seminar-təlim keşirilmişdir” mövzusunda beynəlxalq seminar-təlim keçirilmişdir.
- - 31 mart 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası keçirilmişdir.
- - Azərbaycanın ilk hesabatı üzrə yekun tövsiyələr
- - ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti BAMF-da olub
- - Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi
- - İnkluziv təhsil sahəsində Avropa təcrübəsi Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi
- - “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının təşviqi, monitorinqi və tətbiqi” mövzusunda beynəlxalq konfrans
- - Türkiyə-Azərbaycan əlilliyi olan insanların dostluq günü
A.Lokke: “Azərbaycan təkcə neft-qazla yox, həm də insan resursları ilə zəng olan bir ölkədir”
Bu gün ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti, ATƏT-in PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miglori və “Asiya və Araqlıq dənizi Ətrafı Ölkələr üzrə İtaliya İnstitutu”nun (İSİAMED) Baş katibi Antoni Lokke Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. Onlar BAMF sədri Umud Rəhimoğlu, “Əlil Təşkilatları İttifaqı”nın prezidenti Davud Rəhimli, “Avrasiya Kredit” - Bank olmayan MMC-nin direktoru Ramil Əzizov, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının təmsilçisi Rey Kərimoğlunin iştirakı ilə geniş görüş keçiriblər.
U.Rəhimoğlu BAMF-ın yaranması, fəaliyyəti və həyata keçdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranan problemlərə də toxunub. Digər təşkilat rəhbərləri də gördükləri işlər və gələcək planları haqqında danışıblar.
Söhbət zamanı R.Miglori bu görüşdən çox məmnun qaldığını deyib: “Biz siyasətçilər peşə fəaliyyətimizlə əlaqədar çox zaman cəmiyyətdən uzaq düşürük. Bu gün çox şadam ki, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə bir aradayam və bundan çox məmnunam. Gördüyünüz işlər, həyata keçirdiyiniz layihələr barədə məlumatları dinlədim. Çox vacib işlər görürsünüz, bunlara görə sizlərə təşəkkür edirəm!”
Eyni zamanda Mikro Kredit üzrə İtaliya Daimi Komitəsinin üzvü olan A.Lokke görülən işlərlə bağlı eşitdiklərindən bu təşkilatlara heyran olduğunu deyib: “Mən sizlərin gördüyü işlərə heyran oldum! Kənardan Azərbaycan deyəndə daha çox bu ölkədəki neft, qaz, enerji resursları yada düşür, amma bu gün şahidi oldum ki, Azərbaycan həm də insan resursları ilə zəng olan bir ölkədir”
Hər iki qonaq BAMF-la, eləcə də digər təşkilatlarla mədəniyyət, təhsil və sahibkarlığın inkişaf etdirilməsi sahəsində əməkdaşlıq etmək niyyətlərində olduqlarını deyiblər.
Görüşdə birgə əməkdaşlığın istiqamətləri də geniş müzakirə edilib.
Bu xəbər 2115 dəfə oxunub