XƏBƏRLƏR




- 12/9/2014 Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi
- - DÜNYA ƏLİLLƏR BİRLİYİ
- - 23/7/2013Azərbaycan Əlil Təşkilatları İtifaqının prezidenti Davud Rəhimli 16 -20 iyul 2013-cü ildə Nyuyorkda BMT-də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası iştirakçı ölkələrin illik konfransı ərəfəsindədə Vətəndaş Cəmiyyəti Forumu, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) Forumunda iştirak etmişdir.
- - 12/9/2013 2-13 sentyabr tarixində Genevrədə BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiya üzrə Komitənin 10-cu sessiyası keçirilmiçdir.
- - Iyunun 11-dən 14-nə kimi Bakıda “Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın Monitorinqi və parallel hesabatın hazırlanması üzrə beynəlxalq Seminar-təlim keşirilmişdir” mövzusunda beynəlxalq seminar-təlim keçirilmişdir.
- - 31 mart 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası keçirilmişdir.
- - Azərbaycanın ilk hesabatı üzrə yekun tövsiyələr
- - ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti BAMF-da olub
- - Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi
- - İnkluziv təhsil sahəsində Avropa təcrübəsi Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi
- - “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının təşviqi, monitorinqi və tətbiqi” mövzusunda beynəlxalq konfrans
- - Türkiyə-Azərbaycan əlilliyi olan insanların dostluq günü
08-12 sentyabr 2014 – cü il tarixdə Avstriyanın Graz və Yunanstanın Makedoniya universitetlərində Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi (“The Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan”- (ESFIDIP) layihəsi çərçivəsində Avstriya və Yunanstanda təcrübə mübadiləsi və təlimlər keçirilmişdir.
Layihənin əsas məqsədi əlilliyi olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inkluziyasını dəstəkləyən mexanizmin qurulması və bu sahədə Avropa təcrübəsini univeritetlərdə tətbiq etməkdir.
Layihənin Azərbaycandan tərəfdaş təşkilatları Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avripa ölkələrindən isə Qraz universiteti (Avstriya), Makedoniya universiteti (Yunanstan), Lodz universiteti (Polşa), Avropa Vətəndaş institutu məsləhətçi (Niderland) təşkilatlarıdır. Tədbir çərçivəsində universitet, şəhər rəhbərliyi, əlilliyi olan şəxslərlə görüşlər olmuş, Lodz universitetində və şəhərdə əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması ilə əyani tanışlıq olmuşdur. Tədbirdə Əlil Təşkilatları İttifaqını təşkilatın prezidenti Davud Rəhimli təmsil etmişdir.
Tədbirlərin təşkilatçısı layihənin Avstriya üzrə partnyor təşkilatı Graz Universiteti və Makedoniya universiteti (Yunanstan) olmuşdur.
Növbəti tədbir Lodz universitetində (Polşa) olacaqdır
Bu xəbər 2555 dəfə oxunub